İlk rübdə “TotalEnergies”in gəlirləri azalsa da, “Equinor”un gəlirləri artıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 30 aprel, AZƏRTAC
Fransa, Norveçin iri neft şirkətləri “TotalEnergies” və “Equinor” cari ilin birinci rübü üzrə gəlirlərini açıqlayıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu ilin birinci rübündə Fransanın “TotalEnergies” şirkətinin xalis gəlirləri 18 faiz azalaraq 4,2 milyard dollara düşüb.
Göstəricilərin proqnozdan aşağı olmasına maye qaz xaric biznesin bütün seqmentlərində gəlirlərin azalması səbəb olub.
Qeyd edək ki, şirkətin gəlirləri üzrə ilin ilk rübü üzrə proqnozlaşdırılan məbləğ 4,3 milyard dollar idi.
Buna baxmayaraq, qeyd olunan dövrdə Norveçin neft-qaz istehsalçısı “Equinor” şirkətinin gəlirləri 14,9 faiz artaraq 8,65 milyard dollara yüksəlib.
Hesabat dövrü üzrə proqnozlaşdırılan məbləğ 8,51 milyard dollar idi.
Ötən ilin birinci rübündə şirkətin gəlirləri 7,53 milyard dollar olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 30 Aprel 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















