Icma.az
close
up
RU
İlkin səhiyyə xidmətinin təkmilləşdirilməsi üzrə yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidmətinin təkmilləşdirilməsi üzrə yeni konsepsiya təsdiqləndi

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Azərbaycanda əhalinin sağlamlıq göstəricilərini yaxşılaşdırmaq, icbari tibbi sığorta ilə tibbi xidmətlərə əlçatanlığı artırmaq və səhiyyə sistemini daha dayanıqlı etmək məqsədilə "İlkin Tibbi-Sanitariya Yardımının Təkmilləşdirilməsi üzrə Konsepsiya" sənədi təsdiqlənib.

AZXEBER.COM xəbər verir ki, konsepsiya sənədi 2030-cu ilə qədər əhaliyə əlçatan, keyfiyyətli və davamlı ilkin tibbi sanitariya-yardımının təmin olunmasını qarşıya məqsəd qoyur. 

Konsepsiyada ailə həkimliyi institutunun gücləndirilməsi, TƏBİB-in tabeliyindəki ilkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi nəzərdə tutulur. 

Məlumat üçün bildirək ki, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi əhaliyə icbari tibbi sığorta çərçivəsində əlçatan, keyfiyyətli, əhatəli və pasiyentyönümlü tibbi xidmətin göstərilməsinə  gətirib çıxaracaq. Habelə, ən ucqar nöqnələrdə olan vətəndaşalrın da fasiləsiz tibbi xidmət almalarına imkan yaradacaq, xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə xidmət etmiş olacaq. Bu da ilkin səhiyyə sahəsində icbari tibbi sığorta fondundan ayrılan maliyyə resurslarından səmərəli istifadəyə və universal tibbi təminatın təşkilinə də müsbət təkan verəcək.

İlkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin fəaliyyətinin rəqəmsallaşması çərçivəsində, kənd tibb məntəqələri, kənd həkim məntəqələri, ailə sağlamlıq mərkəzləri (ASM) və ambulator-poliklinik tibb müəssisələrinə müraciət edən pasiyentlərin qeydiyyatının, müayinə və müalicə üçün göndərişlərin verilməsi və izlənilməsi prosedurlarının tam elektronlaşdırılması planlaşdırılıb.

Əsas yeniliklərdən biri ilkin tibbi-sanitariya yardımının maliyyələşməsinin adambaşına və fəaliyyət nəticələrinə əsasən aparılması ilə bağlıdır. Yeni yanaşma bu sahəyə ayrılan maliyyə resurslarının regionlar üzrə balanslı paylanmasını hədəfləyir. Yeni maliyyələşmə mexanizmi ilkin tibbi-sanitariya yardımının rəqabət qabiliyyətliliyini və tibb mütəxəssisləri üçün cəlbediciliyini artıracaq. 

Tibbi xidmət təchizatçılarına düzgün motivasiya yaradan ödəniş mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Belə ki, ana və uşaq sağlamlığı, xroniki xəstəliklər və digər  prioritet xəstələnmə halları üzrə xidmətlərin göstərilməsinə görə tibb mütəxəssislərinin əməkhaqlarına həvəsləndirici əlavələr tətbiq ediləcək. Bundan əlavə, təhkimçiliyində olan əhalinin sağlamlıq və yaş göstəricilərinə, habelə iş şəraitinə görə ailə həkimlərinə və tibb bacılarına stimullaşdırıcı maliyyə ödənişlərinin edilməsi nəzərdə tutulur.

Konsepsiya sənədində nəzərdə tutulan tədbirlər əhalinin ehtiyaclarına uyğun keyfiyyətli səhiyyə xidmətlərinə bərabər qaydada və maliyyə yükü ilə qarşılaşmadan əlçatanlığı təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) artıq 2 ilə yaxındır ki, əhaliyə əlçatan, əhatəli, davamlı və koordinasiyalı ilkin tibbi-sanitariya yardımının təmin edilməsi üzərində çalışır. Hazırda Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair birgə pilot layihə həyata keçirilir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 14 Avqust 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri