Icma.az
close
up
RU
İlmə ilmə yaşayan tarix: Qarabağ xalçaları VIDEOREPORTAJ

İlmə ilmə yaşayan tarix: Qarabağ xalçaları VIDEOREPORTAJ

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyinin qapısından içəri daxil olanda bizi rənglərin və naxışların sehrli dünyası qarşılayır. Hər biri ilmə-ilmə toxunmuş, əsrlərin yaddaşını özündə yaşadan xalçalar sanki zamana meydan oxuyur. Qarabağ xalçalarının bənzərsiz gözəlliyi burada ayrı bir atmosfer yaradır. Muzeydə addımladıqca Azərbaycan xalçaçılıq sənətinin zənginliyinə, naxışların dərinliyinə və bu sənətə hopmuş tarixə bir daha valeh oluruq.

Burada Qarabağ xalçaları ilə yaxından tanış olarkən hər bir nümunənin öz hekayəsi olduğunu hiss edirik. Hər ilmədə bir ruh, hər naxışda bir tarix yaşayır. Qarabağ xalçalarının incəliyi, rəng harmoniyası, böyük ölçülərdə toxunması və zəngin süjet xəttinə malik olması onu digər xalçalardan fərqləndirir. Xalçaların üzərində xalq nağıllarından, dastanlardan və hətta tarixi hadisələrdən bəhs edən süjetlər öz əksini tapıb. “Rüstəm və Zöhrab” dastanından tutmuş Molla Nəsrəddin obrazına qədər müxtəlif motivlər Qarabağ xalçalarında əks olunub.

AZƏRTAC-ın müxbiri Milli Xalça Muzeyində olub, Qarabağ xalçaları barədə ətraflı məlumat əldə edib.

Əməkdar rəssam, professor Məmmədhüseyn Hüseynovla söhbət zamanı o, Azərbaycan xalçaçılığının geniş bir məfhum olduğunu bildirir: “Azərbaycan xalçaçılığı çox zəngindir. Biz açıq şəkildə deyə bilərik ki, ən qədim xalça nümunələrinin və xalçaçılıq alətlərinin tapıldığı ərazilər bizim coğrafiya ilə uzlaşır və dünya alimləri də bunu təsdiqləyir. Azərbaycan xalçaçılığını dörd böyük növ üzrə tanıyırıq və Qarabağ xalçaçılığı bu təsnifatın üçüncüsüdür. Lakin Qarabağ xalçalarının daxilində üç əsas qrup - Şuşa qrupu, Cəbrayıl qrupu və Qarabağ qrupu mövcuddur. Eyni zamanda, Qarabağ xalçaları təkcə bədii dəyəri ilə deyil, həm də tariximizin, mədəni kimliyimizin və milli yaddaşımızın daşıyıcısı kimi mühüm əhəmiyyətə malikdir”.

Qarabağ xalçaçılığının əsas fərqi onun iri ölçülü toxunmasıdır. Dəst xəli-gəbələrin hazırlanması, sıx toxunuş texnikası və xüsusi rəng ahəngi ilə seçilir. Bu barədə danışan Məmmədhüseyn Hüseynov Qarabağ xalçalarının bədii və texniki xüsusiyyətlərindən də bəhs edir. Deyir ki, Qarabağ xalçalarında rənglərin harmoniyası çox mühümdür. Burada qırmızı, mavi, yaşıl və sarı rənglərin xüsusi ahəngi müşahidə edilir. Bundan başqa, Qarabağ xalçalarının üzərində müxtəlif süjetlər yer alır. Nağıllardan, dastanlardan gələn motivlər burada əks olunub. Məsələn, Osmanlı paşalarının, Molla Nəsrəddin obrazının əks olunduğu xalçalar var. “Qarabağ xalçalarının bu qədər zəngin olması təsadüfi deyil. Bu gün dünyanın bir çox muzeylərində Qarabağ xalçaları saxlanılır. O cümlədən, Azərbaycan Milli Xalça Muzeyi Qarabağ xalçalarına dair geniş kolleksiyaya malikdir. Xarici turistlər və yerli sənətsevərlər Qarabağ xalçalarını yaxından görmək, onları daha dərindən öyrənmək istəyəndə ilk ünvan olaraq Xalça Muzeyinə üz tuturlar”, - deyə o əlavə edir.

Azərbaycan xalçaçılıq sənətinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. 2010-cu ildə Azərbaycan xalça sənəti Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısı”na daxil edilib. Bu, Azərbaycan xalçaçılıq sənətinin beynəlxalq miqyasda tanınmasına və qorunmasına mühüm töhfə olub.

Azərbaycan Milli Xalça Muzeyi xalçaçılıq sənətinin yaşadılması və tədqiqi sahəsində mühüm rol oynayır. Muzeydə Qarabağ xalçaları da daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrinə aid nadir xalça nümunələri saxlanılır və nümayiş etdirilir. Bu təşəbbüslər sayəsində Qarabağ xalçaları dünya miqyasında tanıdılır, qədim toxuculuq ənənələri gələcək nəsillərə ötürülür və xalçaçılıq sənəti Azərbaycanın mədəni kimliyinin ayrılmaz hissəsi kimi yaşadılır.

Bu gün Qarabağda xalçaçılıq ənənələrinin yenidən dirçəldilməsi istiqamətində mühüm işlər görülür. Xalçaçılar azad olunmuş ərazilərdə qədim texnikaları qoruyaraq yeni nümunələr ərsəyə gətirir, Qarabağın bənzərsiz naxışlarını yaşadırlar. Hər bir Qarabağ xalçası gələcək nəsillərə buraxılan dəyərli mirasdır – mədəniyyətimizi, kimliyimizi və tarixi yaddaşımızı yaşadan bir irs. O irs ki, onu qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri