Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Qarabağ ilmə ilmə toxunur Emin Tarverdiyev

Qarabağ ilmə ilmə toxunur Emin Tarverdiyev

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vətən Müharibəsi dövründə və ötən müddətdə fəaliyyəti ilə daim diqqət mərkəzində olan "Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev Qarabağa səfər edib. Təbii ki, bu, ilk baxışdan adi xəbərdir. Lakin Emin Tarverdiyevin sosial şəbəkələrdəki paylaşımlarından hiss edilir ki, o, səfərini yüksək təəssüratlarla başa vurub. E.Tarverdiyev AFN-lə söhbətində Qarabağdakı vəziyyətlə, rəhbərlik etdiyi ictimai birliyin fəaliyyəti ilə bağlı suallara aydınlıq gətirib.


- Emin bəy, sosial şəbəkələrdə paylaşımlarınızdan belə başa düşülür ki, Qarabağ səfəriniz ürəyinizcə olub. Səfər təəssüratlarınız maraqlıdır.


- Əlbəttə. 5 ay öncə getdiyimiz Qarabağla indiki Qarabağ arasında çox ciddi fərq var. Region elə sürətlə dəyişir, inkişaf edir ki, adamın ürəyi dağa dönür. Belə deyək, Qarabağ ilmə-ilmə toxunur.

- Səfərin məqsədi nə idi?

- Bizim "Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin görünməz, üzdə olmayan qəhrəmanları da var. Sayları çox olsa da, onların iki nəfərinin adını həmişə və hər yerdə fəxrlə çəkirəm. Bunun biri Məhəmməd Əmrahov, digəri isə Nəsimi Əhmədzadədir. Məhəmməd Əmrahov 3600 şəhid üçün hazırladığımız QR kodlu məlumat bazasının ağırlıq və məsuliyyətini bu gün də çiyinində daşıyır. Nəsimi ilə tanışlığımız isə 44 günlük Vətən Savaşına təsadüf edir. Maddi və mənəvi olaraq ordumuzun yanında idi, dəstəyini əsirgəmirdi. Məhəmmədin metal lövhələrin üzərində çap olunmuş QR kodların ağacalara vurulmasında əziyyəti danışlmaz idisə, Nəsimi isə "Vətən Bağı”nın damcı suvarma sistemini quranda ustalarla bərabər orada tər tökmüşdü. Nəsimi işi ilə bağlı çox vaxt Azərbaycanda olmurdu. Zərurətdən bu dəfə qısamüddətli də olsa Azərbaycanda idi və çalışdım ki, hər ikisinin həmişə arzuladığı Şuşanı, Xankəndini görsünlər. Və işğaldan azad olunmuş Qarabağımızı görmək hər ikisinin haqqı idi.

- Səfər zamanı sizi heyrətləndirən nə oldu?

- Açıq deyim ki, hər şey. İlk olaraq Qafqazın Xrosiması Ağdam yenidən qurulur. Bildiyim qədərilə Ağdamın mərkəzində ilkin mərhələdə 64 yaşayış binası tikilir və 2026-cı ildə Ağdam ilk sakinlərini qarşılayacaq, Ağdama həyat qayıdacaq. 5 ay öncə dar bir yolla Əsgərandan Xankəndiyə getmişdiksə, indi bu yol ən azı 3 dəfə genişləndirilir. Xocalı yenidən 30 il onu həsrətlə gözləyənlərə qucaq açır. Səfər yoldaşlarımın hər ikisi üçün Xocalını görmək daha maraqlı idi. Xankəndi sanki 5 ay əvvəl gördüyüm yer deyildi, hava soyuq olsa da, Xankəndidə həyat qaynayırdı. Hər addımda yenilənmə, canlanma hiss olunur. Artıq Xankəndi-Şuşa yolunun da bəzi hissələrində genişləndirmə işləri aparılır.

- Bundan əvvəlki səfərinizdən sonra ictimai birlik olaraq "İşğaldan azad olunmuş əraziləri necə qoruyaq?” təkliflər paketi ilə çıxış etmişdiniz. Nəticə varmı?

- Yaxşı ki, bu məsələyə toxundunuz. Təkliflər paketində 8 məsələ qeyd olunmuşdu. Vaxt az olsa da, gözümdən yayınmayan məsələlərə diqqət yetirdikdə bu təkliflər paketindən ən azı 5-nin artıq həyata keçiridliyinin şahidi oldum və vətəndaş cəmiyyətinin bir üzvü kimi bu məni sevindirməyə bilməz. Adi bir misal çəkəcəm: Cıdır düzünün sonu bildiyiniz kimi, qayalıqlardı və artıq həmin qayalıqlarda belə zibil qutuları yerləşdirilib. Fürsətdən istifadə edib Şuşa ictimaiyyətinə, oraya köçən insanlara təşəkkür edirəm. Çünki təkliflərimizdən biri də mütəmadi iməcliklərin keçirilməsi idi ki, onlar artıq bu işi məzarlıqlardan başlayıblar. Bu isə ən vacibidir.

Bu gün Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bizə elə bir şərait yaradıb ki, yaxşı, maraqlı təkliflərə biganə qalınmır. Bizim keçən ilin avqustunda Qarabağ səfərindən sonra verdiyimiz təkliflər paketindən sonra agentlik bu istiqamətdə maarifləndirici işlər görməyə başladı. Və yəqin ki, bu, mütəmadi olaraq davam edəcək.

- İctimai birlikdə hansısa yeniliklər varmı?

- Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumuna üzv olmaq barədə müraciət etmişdik və üzvlüyümüz artıq təsdiqlənib. Yaxın vaxtlarda bir QHT olaraq işlərimizin güzgüsünü təqdim edəcəyik. Saytımız hazırlanır. Düşünürəm ki, artıq 5 ildə gördüyümüz işləri daha sosial şəbəkələr üzərindən yox, saytımız vasitəsilə "Vətən Bağı”nın dostları ilə bölüşməyin zamanıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Yanvar 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see617

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see319

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see228

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see216

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri