İlon Mask 366 milyon dollar xərclədi Tramp isə onu qorumağa söz verdi
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərindən sonra Demokratlar Partiyası Konqresdə nəzarəti ələ keçirəcəyi təqdirdə, sahibkar İlon Maskı və onun yaxın köməkçilərini mümkün araşdırmalardan qoruyacağını vəd edib.
“Qafqazinfo” “Bloomberg”ə istinadla xəbər verir ki, Tramp bu barədə “Pod Force One” podkastına müsahibəsində danışıb.
ABŞ liderindən Mask və köməkçilərinə qabaqlayıcı əfv verilməsinin mümkünlüyü soruşulub:
“Əgər buna ehtiyac yaransaydı, əlbəttə. Heç tərəddüd etməzdim”.
Qeyd edək ki, “Reuters” agentliyinin oktyabrın 13-də yaydığı məlumata görə, Mask 2026-cı il aralıq seçkilərində Respublikaçılar Partiyasının Konqresdəki nəzarətini qorumasına kömək etmək üçün təxminən 366 milyon dollar xərcləyib. Bu məbləğ onu builki seçkilərin ən böyük siyasi ianəçisi edib.
Agentlik yazır ki, aralıq seçkilər Mask üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Nümayəndələr Palatasındakı demokratlar onun “SpaceX” şirkətinin rəhbəri kimi əldə etdiyi dövlət müqavilələrinin və Hökumətin Səmərəliliyi Departamentindəki (DOGE) fəaliyyətinin araşdırılmasını tələb edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 02 Noyabr 2026 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















