Icma.az
close
up
RU
İlon Maskın Avropa Parlamentindəki adamı kimdir? Politico

İlon Maskın Avropa Parlamentindəki adamı kimdir? Politico

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müstəqil Avropa Parlamentinin üzvü Fidias Panayiotu milyarderlə 2023-cü ildə tanış olub və Ukraynadan tutmuş rəqəmsal qaydalara qədər bəzi böyük siyasi məsələlərdə öz xəttini tutub.

Qaynarinfo "Politico"nun İlon Maskın Fidyas Panayiotu ilə əlqələrindən bəhs edən yazısını təqdim edir:

2024-cü ilin dekabrında İlon Mask Avropa Parlamentində Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin genişmiqyaslı işğalına qarşı müqavimətinə yardım etməyi dayandırmağın vaxtı gəldiyini deyən 24 yaşlı kiprli qanunverici ilə bağlı bir video yayımladı.  

X platformasında yayımlanan videoda YouTube influenseri Fidyas Panayiotu kameraya yaxınlaşdırılmış səhnələrdə, Avropa siyasətçilərinin heç vaxt döyüş meydanında qalib gələ bilməyəcək olan Kiyevə dəstəyi davam etdirməsini ''çılğınlıq və insanlıqdan kənar'' adlandırırdı.  

Bu, əlbəttə ki, Maskın ruhuna yaxın olan bir mövzudur. Texnologiya sahibkarı ABŞ-ın Ukraynaya hərbi dəstəyini açıq şəkildə tənqid edib və 2022-ci ilin sonlarından Putinə əlaqə saxlayıb.  

Amma Mask Fidyas Panayiotunu necə ruhdaş kimi müəyyənləşdirib? Dünyanın ən varlı adamlarından biri ilə Avropa Parlamentində nisbətən tanınmayan bir siyasətçi arasındakı bu əlaqə diqqət çəkir. Bu, belə bir sualı ortaya çıxarır: İkili arasında əlaqə nədir?

Twitter qərargahında bir qucaqlaşma

Bir müddət Panayiotu. 22 yaşlı influenser və Mask pərəstişkarı olaraq, San-Fransiskoda yerləşən keçmiş Twitter qərargahı qarşısında Maskı qucaqlamaq üçün gözləmişdi.  

2023-cü ilin yanvarında Tesla və SpaceX rəhbəri ilə görüşən Panayiotu ― Kiprdə daha çox ilk adı ilə tanınan Fidyas ― sevincdən ağladı, ardınca birlikdə qəribə bir qucaqlaşma paylaşdılar.  

"Siz sadə şəkildə danışırsınız, amma qəribə insansınız”, - iyun ayında Avropa Parlamentinə üzv seçilmiş Panayiotu Mask haqqında belə deyib.  

Siyasi təcrübəsi olmayan və özünü sadə vətəndaşlara Avropa İttifaqı institutlarının iş prinsiplərini videoları vasitəsilə başa salan "naşı" siyasətçi kimi təqdim edən Panayiotunu siyasi baxımdan müəyyənləşdirmək çətindir.  

Deputat seçildikdən sonra izləyicilərindən yaşıllara ― sol mərkəzli bir siyasi qrupa ― qoşulub-qoşulmamalı olduğunu soruşdu. Daha sonralar isə, qadın düşməni kimi fikirləri ilə tanınan, ifrat sağçı influenser Endryu Teytin podkastında iştirak etdi.  

Panayiotu get-gedə Maskın baxışlarına yaxın və ya uyğun gələn mövqelər tutur və beləliklə Avropa Parlamentində Maskın ən yaxın müttəfiqlərindən birinə çevrilir.  

Mask tez-tez Panayiotunun videolarını X platformasındakı 211 milyon izləyicisi ilə paylaşır və bununla da gənc qanunvericinin əhatə dairəsini böyük ölçüdə genişləndirir. Panayiotu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin təyinatının demokratik olub-olmamasını sual altına alaraq qeyd etmişdi ki, bu təyinat səsvermə ilə deyil, qapalı qapılar arxasında razılaşma ilə baş tutub.  

"Fidyas düzgün məqamı vurğulayıb”, - Mask həmin videonu X-də paylaşaraq bildirib. Panayiotunun səsləndirdiyi məqam, parlamentdə həm sol, həm də sağ tərəfdəki ifratçıların tez-tez paylaşdığı fikirdir.  

"Bu, qəribə dərəcədə açıq bir münasibətdir”, - Panayiotunun məsləhətçisi Xesus Minçon "Politico"ya bildirib.  

2023-cü ilin əvvəlindəki qucaqlaşmadan bəri ikisi münasibətlərini yalnız sosial media üzərində saxlayıb. Nəticədə sosial media platformasının rəhbəri öz gündəmini irəli apara bilən bir təsir qüvvəsini Aİ institutlarında tapıb.  

"İlon Mask dünyada bir çox yeniliklər etdi, dünya Tesla, SpaceX və digər layihələri sayəsində daha yaxşı bir yer oldu. Biz də parlamentdə bir neçə yenilikçi ideya gətirmək istəyirik”, - Fidyas "Politico"ya bildirib.  

Gələcəkdəki əməkdaşlıq planlarından danışan zaman isə deyib: "Heç nə planlaşdırmıram, bir şey olarsa, təbii şəkildə olacaq… Heç nə tələb etmirəm, əməkdaşlıq təbii şəkildə inkişaf etsin”.  

Son həftələrdə Mask Almaniya və Britaniyada anti-miqrasiya mövzularını gücləndirən ifrat sağçı mövqelərdən çıxış edib. Ən çox mübahisə doğuran hərəkət isə, 23 fevral seçkilərindən öncə Almaniyanın populist "Almaniya üçün Alternativ” partiyasını açıq şəkildə dəstəkləməsi olub.  

Rəqəmsal Xidmətlər Aktının tənqidi  

Parlament daxilində Panayiotu, xüsusilə Rəqəmsal Xidmətlər Aktı (DSA) ilə bağlı Maskın mövqeyini müdafiə edib. Bu qaydalar, böyük şirkətlərin qanunsuz məzmuna nəzarət etməsini tələb edir.  

X platforması və konkret olaraq Mask tərəfindən yayımlanan məlumatlarla bağlı məsələlər DSA-nın icrası üçün əsas mübarizə meydanına çevrilib. Mask isə tənzimləmə vasitəsilə Komissiyanı senzura tətbiq etməkdə ittiham edir.  

Panayiotu bu yaxınlarda "söz azadlığı hücuma məruz qalır” adlı bir klipdə Maskın arqumentlərini təkrarlayıb. Mask həmin klipi paylaşaraq Fidyası "möhtəşəm” adlandırıb və onun "Aİ parlament üzvü” olduğunu vurğulayıb.  

Deputat həmçinin X platformasının istifadəçilərə məzmunu yoxlama və etiketləmə imkanı verən "Cəmiyyət Qeydləri” funksiyasını müdafiə edib. Avropa Komissiyası hazırda Meta tərəfindən qəbul edilən bu proqramın DSA qaydalarına uyğun olub-olmadığını araşdırır.  

"Bəzən Avropada bəyənmədiyimiz bəzi fikirləri dezinformasiya kimi etiketləyərək onları senzura edirik”, - Panayiotu sosial media platformalarında dezinformasiya ilə bağlı müzakirədə deyib.  

''Fidyas Avropa İttifaqı Prezidenti olsun!''  

Panayiotu yalnız Maskın baxışlarını təbliğ etmir, həm də Maskın liderlik üslubundan ilham alır.  

Son zamanlar Avropa İttifaqı işçilərinin sayını 80 faiz azaltmağı təklif edib. O bildirib ki, bu ideyanı Maskın X platformasında yaratdığı yenilikçi yanaşmadan götürüb.  

"Çox sayda əməkdaşın işi tənzimləmək olduğu halda, nəticədə innovasiyanı dayandıran çox sayda bürokratiya yaranır”, - Panayiotu bildirib.  

Hazırda X platformasında 170.000, YouTube-da isə 2.7 milyon izləyicisi ilə Panayiotu Brüsselin siyasi dairələrində ― müsbət və ya mənfi ― müzakirə mövzusuna çevrilib.  

Yüksək vəzifəli bəzi siyasətçilər Panayiotunun videolarında yer almaq üçün sıraya düzülür, digərləri isə onları tənqid edirlər. Məsələn, Avropa Parlamentinin vitse-prezidenti Nikolae Ştefanuta bir dəfə onun videolarından birini "yanıldıcı” adlandırıb.  

Fidyas bildirib ki, onu Avropa Parlamentinə namizədliyini verməyə ruhlandıran onun "ən böyük qəhrəmanı” Mask olub.  

"Fidyas Avropa İttifaqı Prezidenti olsun!” - Mask 2024-cü ilin noyabrında X platformasında yazıb.  

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see231

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see194

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see193

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see193

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see190

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see186

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see185

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see184

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see180

PAŞİNYAN KREMLDƏN İCAZƏ ALINA BİLMƏYİB Bunu təkcə biz yox, ABŞ da görür...

08 Avqust 2026 16:48see178

Heç kim torpağını atıb çıxıb gedən deyil Zelenski

09 Avqust 2026 00:17see176

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see174

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see171

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see170

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq FOTO

08 Avqust 2026 23:09see166

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see165

Maqnit qasırğaları haqda BİLMƏDİKLƏRİMİZ: İnsanlar və texnika üçün nə dərəcədə təhlükəlidir

09 Avqust 2026 00:59see163

Kredit kartı şifrəsində 0 rəqəmi olanlara xəbərdarlıq edildi

09 Avqust 2026 00:32see162

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see161

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri