İlon Maskın ianə etdiyi 474 milyon dollar “işə yaramayıb”
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərin ilkin nəticələrinə görə, Demokratlar Konqresin hər iki palatasında çoxluğu əldə edib.
Yeniavaz.com xəbər verir ki, seçkilərin nəticələri maliyyə bazarlarına da təsir göstərib. ABŞ fond bazarlarının əsas indeksləri üzrə fyuçerslərdə eniş qeydə alınıb, İlon Maskın şirkətləri də ilkin itkilərlə üzləşib.
“CBS News” və “NBC News”un proqnozlarına əsasən, Demokratlar yanvar ayından etibarən həm Nümayəndələr Palatasına, həm də Senata nəzarət edə biləcəklər.
Senat uğrunda mübarizədə Demokratlar ənənəvi olaraq Respublikaçıların üstünlük təşkil etdiyi bəzi ştatlarda da qələbə qazanıblar. Texasda demokrat Ceyms Talariko Respublikaçı Ken Paxtonu məğlub edib. Bu, ştatda uzun müddətdən sonra Demokratların Senat mandatı qazanması kimi qiymətləndirilir.
Digər ştatlarda da Demokrat namizədlər uğur əldə ediblər. Ohayoda Şerrod Braun, Şimali Karolinada Roy Kuper, Ayovada Coş Turek qalib gəlib, Corciyada isə Con Ossoff Senatdakı mandatını qoruyub.
Senatda Demokratların nəzarəti ələ keçirməsi artıq təsdiqlənmiş nəticələrdə öz əksini tapır. “Associated Press”in məlumatına görə, Demokratlar Texas, Kanzas, Şimali Karolina və Ohayo kimi ştatlarda mühüm qələbələr qazanıblar. Texasda Ceyms Talariko 1988-ci ildən sonra bu ştatdan Senata seçilən ilk demokrat olub. Ohayoda isə Şerrod Braun yenidən senator mandatını əldə edib.
Seçkilərin nəticələri ABŞ Prezidenti Donald Trampın Konqresdəki siyasi mövqeyinə də təsir göstərə bilər. Senata nəzarətin dəyişməsi prezident administrasiyasının qanunvericilik təşəbbüslərinin qəbulunu çətinləşdirə, Konqresdə araşdırmaların aparılması imkanlarını artıra bilər. Tramp isə seçkilərin nəticələrini qəbul etməyə və Demokratlarla işləməyə hazır olduğunu bildirib.
Seçkilərin ilkin nəticələri maliyyə bazarlarında da özünü göstərib
“Reuters”in məlumatına görə, çərşənbə günü ABŞ fond bazarlarının əsas indeksləri üzrə fyuçerslər aşağı düşüb, dollar zəifləyib, ABŞ xəzinə istiqrazlarına tələbat isə artıb.
Texnologiya şirkətlərinin səhmləri xüsusilə diqqət çəkib. İnvestorlar Demokratların Konqresdə güclənməsinin süni intellekt sektoruna və iri texnologiya şirkətlərinə qarşı tənzimləmələrin sərtləşməsinə səbəb ola biləcəyindən narahatdırlar. Xüsusilə məlumat mərkəzlərinin tikintisi və süni intellekt infrastrukturu ilə bağlı mümkün məhdudiyyətlər bazarda risk amili kimi qiymətləndirilir.
Gecə ticarətində “Nasdaq-100” fyuçersləri 2%-ə yaxın, “S&P 500” fyuçersləri isə təxminən 1% geriləyib.
Seçkilərin nəticələri İlon Maskın rəhbərlik etdiyi şirkətlərin səhmlərinə də təsirsiz ötüşməyib. Gecə ticarətində “Tesla” və “SpaceX” səhmlərində ucuzlaşma qeydə alınıb.
Maskın namizədi seçkidə məğlub oldu
İnvestorların diqqətini çəkən məqamlardan biri də Maskın seçkilərdə Respublikaçılara göstərdiyi maliyyə dəstəyidir. O, bu seçki dövründə Respublikaçı namizədləri və siyasi təşkilatları dəstəkləmək üçün yüz milyonlarla dollar xərcləyib.
“The New York Times”ın hesablamalarına əsasən, İlon Mask 2026-cı il aralıq seçkiləri ilə əlaqədar siyasi təşkilatlara ümumilikdə 474 milyon dollar ianə edib. Bu məbləğ 2025-ci il yanvarın 1-dən 2026-cı il oktyabrın 14-dək açıqlanmış ianələri əhatə edir.
Maskın Texasda Respublikaçı Ken Paxtonu dəstəkləmək üçün də böyük məbləğdə vəsait ayırdığı bildirilir. Lakin Paxtonun demokrat Ceyms Talarikoya məğlub olması Maskın siyasi dəstək göstərdiyi namizədlərdən birinin seçkidə uğursuzluğa düçar olması ilə nəticələnib.
Xatırladaq ki, Mask 2025-ci ilin mayında siyasi xərclərini azaltmaq niyyətində olduğunu bildirmişdi. Lakin 2026-cı il seçkiləri ərəfəsində Respublikaçıların Konqresdəki mövqelərini qoruması üçün yenidən böyük həcmdə maliyyə dəstəyi göstərib.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:İlon Maskın bu işə nə aidiyyəti var?
15 May 2026 19:19
Maskın ixtisar etdiyi işçiləri Rusiya işə alır Səbəb
03 Mart 2025 13:21
İlon Maskın atası 200 milyon dollar toplamaq istəyir
01 Fevral 2025 20:48
İlon Maskın sərvəti artır
12 Noyabr 2024 10:43
İlon Maskın səhhəti pisləşdi
03 Aprel 2025 20:32
Baxış sayı:86
Bu xəbər 04 Noyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















