“İlski” neft emalı zavodu əlil edilib...
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Rusiya Federasiyasının Krasnodar diyarında "İlski" neft emalı zavodunu sıradan çıxarıb.
SİA-nın məlumatına görə, əməliyyat rus partizanları ilə birgə həyata keçirilib.
Sentyabrın 7-nə keçən gecə Xüsusi Əməliyyat Qüvvələri Rusiya Federasiyasının Krasnodar diyarındakı “Qara qığılcım” müqavimət mərkəzi ilə birgə neft emalı zavodunda xüsusi əməliyyat keçiriblər.
Təxminən saat 02:00 radələrində Xüsusi Əməliyyat Qüvvələrinin və Rusiya partizanlarının planlaşdırılmış tədbirləri nəticəsində neft emalı zavodunun fəaliyyətini təmin edən əsas obyekt - ELOU-AT-6 emal bölməsi tamamilə məhv edilib.
...ELOU-AT-6 ilkin neft emalı kompleksidir, gücü ildə 6 milyon ton xam neftdir. Bu bölmə xam nefti susuzlaşdırır və duzsuzlaşdırır, daha sonra benzin və dizel yanacağı kimi müxtəlif neft məhsulları əldə etmək üçün onu fraksiyalara ayırır.
Bunu Xüsusi Əməliyyat Qüvvələri izah edir.
...Belə ki, Rusiya neft emalı zavodu tamamilə sıradan çıxıb və aqreqat təmir olunmayana qədər fəaliyyət göstərə bilməyəcək.
Əli Babayev
Baxış sayı:57
Bu xəbər 08 Sentyabr 2025 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















