Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

İlyas Əfəndiyev və Elçin Əli Əmirli yazır

İlyas Əfəndiyev və Elçin Əli Əmirli yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Əli ƏMİRLİ

Hələ orta məktəbdə oxuduğum illərdə dərslərimdən daha çox bədii kitablar oxuyur, mütaliədən böyük zövq alırdım. Əsərlərini  ləzzətlə oxuduğum yazıçılardan biri İlyas Əfəndiyev idi. "Söyüdlü arx", "Körpüsalanlar" və "Dağlar arxasında üç dost" romanlarını sözün həqiqi mənasında su kimi içir, birnəfəsə oxuyur, bütün o hadisələri təsəvvürümdə canlandırır, özümü də o hadisələrin içində, sevdiyim qəhrəmanların arasında hiss edirdim. Teatra uşaqlıqdan vurğun olduğumdan "Söyüdlü arx"a sevgim, heyranlığım daha çoxdu.  Sovet ideologiyasının sifarişinə və sosrealizmin tələblərinə uyğun olaraq sovet adamlarının yüksək mənəvi keyfiyyətlərindən, proletar inqilabınının xalqlara bəxş etdiyi xoşbəxt həyatdan, mənəvi nələr-nələr gətirən hadisələrdən bəhs edən çoxcildli romanlar sırasında İlyas Əfəndiyevin prozası öz səmimiliyi, realizmi və təbiiliyi  ilə heyrətamiz təsir gücünə malik idi. Uşaq sadəlövhlüyü ilə özüm özümə sual edirdim, niyə o biri  yazıçılar da İlyas Əfəndiyev kimi yazmırlar?

Teatrı böyük məhəbbətlə, ehtirasla sevən bir yeniyetmə kimi İlyas Əfəndiyevin dramaturgiyasından da xəbərdar idim. Onun pyesləri əsasında qoyulan tamaşaları görməsəm də, onlar haqqında daha çox "Kommunist" qəzetinin 4-cü səhifəsində (o zamanlar qəzetlərin 4-cü səhifəsi maraqlı olurdu, ona görə hamı qəzetləri 4-cü səhifədən oxuyurdu) dərc edilən resenziyaları böyük maraqla oxuyur, izləyirdim. "Sən həmişə mənimləsən" pyesinin, onun əsasında Tofiq Kazımovun hazırladığı tamaşanın uğuru mənə oxuduğum məqalələrdən məlum idi. Məktəbi bitirib Bakıya gələndə isə birinci işim artıq bir ildi  səhnədə oynanan "Sən həmişə mənimləsən" tamaşasına baxmaq oldu. Daha sonralar "Məhv olmuş gündəliklər", nəhayət, məşhur  "Unuda bilmirəm"! Bu tamaşada Həsənağa Turabovla Amaliya Pənahovanın aktyor məlahəti daha parlaq, daha qabarıq görünürdü. Cənubi Azərbaycan mövzusu  Azərbaycanın ana teatrında  möhtəşəm bir səhnə ilə canlandırılırdı. Məmmədrza Şeyxzamanovun ifasında səslənən cənub, vətən, məcburi ayrılıq və həsrət dolu monoloq bütün zalı titrədirdi. O dövr üçün bu çox cəsarətli hadisə idi, həm dramaturq üçün, həm də teatrın özü üçün. Həmin səhnə hər dəfə gurultulu alqışlarla qarşılanırdı. Niyə belə inamla deyirəm, çünki o tamaşaya dəfələrlə baxmışdım, tamaşaçı münasibətini də dəfələrlə görmüşdüm. "Unuda bilmirəm" tamaşası şəxsi həyatımda da böyük rol oynadı. Çox sevdiyim qızın ailəsindən "hə" cavabı almaq müşkülə çevrilmişdi, bir növ əsərin qəhrəmanının problemi ilə həyatda özüm üzləşmişdim. Məsələni elə qurdum ki, qızın  anası ilə, yəni gələcək qayınanamla məhz bu tamaşada uğurlu tanışlıq yapa bildim.

Bir dramaturq kimi mənim dramaturji mütaliəm kifayət qədər  genişdir. Həm klassik, həm  müasir rus dramaturqlarının əsərlərindən öyrənirdim, Avropa, Amerika dramaturqlarının əsərləri ilə də tanışlığım az deyildi, amma etiraf edim ki, mənim  dramaturgiyaya gəlməyimdə İlyas Əfəndiyev yaradıcılığı, konkret desək, dramaturgiyası daha böyük rol oynadı, mən onun pyeslərindən necə yazmağı öyrəndim, bildim ki, səhnəyə uydurma romantik hadisələri, yalan qarışıq tarixi obrazları deyil, hər gün gördüyümüz, tanıdığımız sadə adamları, müasirlərimizi gətirməliyik. Tamaşaçı səhnədə özünü görmək istəyir. Mən onun pyeslərini oxuya-oxuya, tamaşalarına baxa-baxa nəsrdən birdəfəlik ayrılıb dramaturgiyaya keçdim. İlyas Əfəndiyev isə proza ilə dramaturgiyanı paralel şəkildə, ömrünün sonunadək davam etdirdi, həm də çox uğurla davam etdirdi. "Geriyə baxma, qoca" adına və məzmununa görə ədəbiyyatımızın ən gözəl avtobioqrafik romanlarından biridir.

Yaradıcılığını bu qədər sevdiyim yazıçı ilə şəxsi tanışlığım, münasibətim yox dərəcəsində idi. Amma bircə dəfə görüşmək imkanı oldu. Ötən əsrin 92-ci ilində Azdramada "Meydan" adlı  əsərimin bədii şurada müzakirəsi vaxtı dedilər İlyas Əfəndiyev də şuranın üzvü kimi məclisdə iştirak edəcək. Onu da dedilər ki,  çoxdandır müzakirələrə qatılmır.  Gəldi və pyesin oxunuşuna axıradək qulaq asdı. Kiçik fasilədə mənimlə maraqlandı, tanış olduq. Dedi, mən axır vaxtlar səhhətimlə bağlı bədii şuranın müzakirələrində olmuram, həm də gəlib çox vaxt bəyənmədiyim yazılara qulaq asa bilmirəm, olur oxunu yarımçıq qoyub gedirəm, müəllifləri də rəncidə eləyirəm, amma biləndə ki, yeni, tanımadığım müəllifdir, Elçindən soruşdum, kimdi o Əli Əmirli, dedi "ciddi yazıçıdır". Onda qərara gəldim ki, iştirak edim.

Əlbəttə, çox-çox köhnədən xatirimdə qalan bu təəssüratları təzələyən Elçin itkisi oldu. İlyas Əfəndiyevdən fərqli olaraq Elçinlə tanışlığım, az da olsa ünsiyyətim vardı. Onun da yaradıcılığını yaxşı bilirdim. Dramaturgiyasına sayğım da böyük idi. Dünya ədəbiyyatını qoyuram bir tərəfə, Azərbaycan ədəbiyyatını, xüsusilə müasir Azərbaycan ədəbiyyatını heç kim Elçin qədər bilmirdi. Niyə belə inamla deyirəm? Bizim ədəbi reallığımızda xoşa gəlməyən bir qayda var, yaşlı nəsil yazıçılar gənc nəsli, demək olar, oxumur, gənc nəsil də yaşlıları. Təbii ki, bir-birlərini də bəyənmirlər. Halbuki ən vacib olan yazarın yaşı deyil, yazının keyfiyyətidir. Elçin yeganə yazıçı idi ki, yaşından, mövqeyindən, hətta tərbiyəsindən asılı olmayaraq bütün yazarları  oxuyurdu. Bir qayda olaraq yüksək vəzifəsi, mövqeyi, nə bilim statusu olan yazıçılar sıraviləri saya salmır, onları oxumağı vaxt itkisi, bəlkə də özlərinə əskiklik hesab edirlər. İyirmi beş il Baş nazirin müavini olmuş, yüksək dövlət mükafatlarına layiq görülmüş Xalq yazıçısı Elçin isə çox az adamın və ya heç kəsin tanımadığı yazarları da oxumağa vaxt tapırdı, bəyəndikləri haqqında təəssüratını yazıb mətbuata çıxarırdı.

Onu da deyim ki, hansı vəzifədə işləməyindən asılı olmayaraq Elçin ilk növbədə yazıçı idi. Çoxları da onun yüksək dövlət vəzifəsində olduğundan xəbərsizdi, xalq onu məhz yazıçı kimi tanıyırdı. Çünki o özü də yaradıcılığını hər bir vəzifədən üstün bilirdi. Bilirdi ki, bu həyatda olmayanda da, onu məhz zəngin, parlaq yaradıcılığı  yaşadacaq. Sağlığında olduğu kimi, adı ən istedadlı Azərbaycan yazıçılarının ön cərgəsində olacaq.

Bir vacib məqam da var, Elçin İlyas Əfəndiyevi bir oğul kimi dərin məhəbbətlə sevirdi. Lap uzaqdan da onun atasına nə qədər bağlı olduğu aydın görünürdü. Elə bir yazısı, elə bir çıxışı, müsahibəsi olmazdı ki,  İlyas Əfəndiyevdən söz açmasın, onun əsərlərindən danışmasın, yada salmasın, yaradıcılığını böyük məhəbbətlə qiymətləndirməsin. Onların qəribə yazıçı, sənətkar bağlılıqları da vardı: hər ikisi yazıçı-dramaturq və haqlı olaraq Xalq yazıçısı idi. Yaradan hər ikisinə 82 il ömür yazmışdı. İlyas Əfəndiyev "Hökmdar və qızı" tamaşasının premyerasına baxa bilmədi, əcəl imkan vermədi. Elçinə də "Baş" romanı əsasında Azdramada Mehriban Ələkbərzadənin hazırladığı  tamaşanın premyerasında iştirak etmək qismət olmadı. Amma təsəlli yeri var. Hər iki dramaturq onlarla tamaşalarının premyeralarında iştirak etmiş, bitib-tükənməyən tamaşaçı alqışları görmüş, əsl dramaturq xoşbəxtliyi yaşamışdı.         

Elçinlə vida mərasimi də ağır, dramatik bir hadisə, hamını göz yaşına boğan çox qəmgin tamaşa idi. Günay xanımın bitib-tükənməyən hönkürtü səsi hələ də yaddaşımı ağrıdır. Çox az adam yazıçının ağır xəstə olduğunu bilirdi, o, öz xəstəliyi haqqında haqlı olaraq mətbuata informasiya ötürmürdü, odur ki, onun qəfil ölüm xəbəri hamını sarsıtmışdı. İnsan axını ilə dolub-boşalan salonda adamların üzündə dərin hüzn, kədər, iztirab vardı. Bu, tək bir adamın itkisi deyildi, bu, tamam bir Elçin epoxasının bitməsi idi. Altmışıncılar ədəbi nəslinin ən parlaq nümayəndələrindən birinin əbədiyyətə qovuşması idi.                                                                                               

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see298

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see288

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see254

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see252

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see246

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see237

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see217

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see216

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see204

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see198

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see196

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see195

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see191

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see186

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see181

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see178

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see172

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see165

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see163

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri