Icma.az
close
up
RU
Dilimiz, mədəniyyətimiz, mənəviyyatımız Əli Əmirli yazır

Dilimiz, mədəniyyətimiz, mənəviyyatımız Əli Əmirli yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əli ƏMİRLİ

Elə bir dövrdə, elə bir zamanda yaşayırıq ki, evində kompüterin arxasında əyləşib internet vasitəsilə dünya ölkələrinin hər birinin mədəniyyəti, onun ən müxtəlif sahələri ilə tanış ola bilərsən və görərsən ki, yaşadığımız bu zamanda mədəniyyət yalnız estetik sahə olmaqdan başqa, həm də ayrı-ayrı ölkələrin, dövlətlərin dayanıqlı inkişafının əsas göstəricisidir. Çağdaş dövr özünün virtual mənzərəsi ilə diqqəti çəkir. Kiber texnologiyalar həyatın əsas sahələrini əhatə edir. Azərbaycanda da süni intellektdən, yeni elektron idarəetmədən, "ağıllı" texnologiyalardan geniş istifadə olunur. Bu modernləşmənin mədəniyyət  sferasına da nüfuz etməsi hələlik o qədər də güclü görünmür, amma özünü getdikcə hiss elətdirir. Elə bu mövqedan çıxış edərək ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü və təsdiq etdiyi "Azərbaycan mədəniyyəti-2040" Azərbaycan Mədəniyyət Konsepsiyası ölkəmizin mədəni siyasətində yeni bir inkişaf mərhələsinin başlanğıcıdır. Şübhəsizdir ki, Konsepsiyada irəli sürülən mədəniyyət sahələrinin hər birinin dünya mədəniyyəti mənzərəsinin nəzərə alınması ilə inkişaf etdirilməsi fövqəladə dərəcədə əhəmiyyətlidir və bütün məqamlarda ölkə miqyasında bu işlər üçün məsul olan qurumlar və təşkilatlar üçün bir kompas rolu oynayacaqdır.

Bir yazıçı-dramaturq və pedaqoq kimi "Azərbaycan mədəniyyəti-2040" konsepsiyasının dilimiz və ədəbiyyatımız üçün göstərilən inkişaf istiqamətləri haqqında bəzi mülahizələrimi dilə gətirmək  istərdim. Elə bu yerdə İlham Əliyevin yerli telekanallara verdiyi çox maraqlı və əhəmiyyətli müsahibəsindən bir məqama diqqət yetirək: "Əgər biz müstəmləkəçilik dövründə dilimizi qoruyub saxlaya bilmişiksə, bu azad, sərbəst şəraitdə necə ola bilər dilmizi qoruya bilməyək?"

Doğrudan da, biz uzun illər, cənab Prezidentin dediyi kimi, müstəmləkə vəziyyətində yaşamışıq, bütün dövlət idarələrində də hakim dil rus dili olub. Uzun illər əməkdaşı olduğum texniki yönümlü bir elmi-tədqiqat institunda bütün işlər, sənədlər, çıxışlar, məruzələr, hesabatlar ancaq rus dilində gedirdi. Gizli deyil ki, Bakının özündə çox azərbaycanlı ailələr də evdə rus dilində danışır, ünsiyyətdə olurdular, hətta o vaxtlar rus dilini yaxşı bilməyən ali təhsilli adama "bezqramotnı" deyirdilər. Uzun illər bu proses davam etsə də, dilimizi itirmədik, yaşada bildik. Bu məsələdə, əlbəttə, Azərbaycan ədəbiyyatının misilsiz rolunu qeyd etməmək mümkün deyil. Bu gün bir çoxlarının az qala adını-imzasını unutduğumuz Azərbaycan yazıçılarının, şairlərinin ədəbi yaradıcılığı Azərbaycan dilini qorudu, tək qorumadı, həm də inkişaf etdirib yüksək səviyyəli ədəbi dil yaratdı. Dünyanın ən ünlü yazıçılarının dünyaca məşhur əsərlərinin dilimizə tərcümələri göstərdi ki, özünü, milli mənliyini  unudanların bir çoxunun yuxarıdan aşağı baxdığı bu dildə Şekspir də danışa bilər, Tolstoy da, Balzak da, Höte də. Bu gün dərin razılıq hissi, hətta fəxrlə danışdığımız, yazıb-oxuduğumuz dilin qorunmasında, inkişaf etməsində sovet yazıçıları dediyimiz o sənətkarların rolu misilsizdir. Əlbəttə, Prezidentin müasir zamanımızda "...bu azad, sərbəst şəraitdə necə ola bilər dilimizi qoruya bilməyək?" deməsində bir narahatlıq da hiss olunur. Çünki müasir dünyamızda sürətlə dəyişən, yeniləşən texnoloji imkanların müsbət cəhətləri ilə bərabər, bir basqısı da var və bu basqıda mənəvi aşınmalarla bərabər, dil də ciddi ziyan görə bilər və görür də. Bir məqamı da qeyd etmək yerinə düşər. "Müstəmləkəçilik" dövründə hakim dilin danışıq dilinə, məişət səviyyəsində ünsiyyətə ciddi müdaxiləsi danılmazdı, amma bizə hər bir cəhətdən tamam yad dil olduğuna görə o dil rəsmi və ədəbi Azərbaycan dilinə sirayət edə bilmirdi, əgər belə bir şey olurdusa, o, dərhal yad görünür, yaşarılıq qazana bilmirdi. Bu gün isə vəziyyət bir qədər dəyişib, qohum dillər çox asanlıqla Azərbaycan dilinə sirayət edə bilir. Gənclərimizin böyük əksəriyyəti həm danışıqlarında, həm də yazılarında Türkiyə türkcəsinin təsirindədirlər. Mən qətiyyən türk dilinin əleyhinə deyiləm, hətta tələbələrimə deyirəm, ya təmiz Azərbaycan dilində yazın, ya da təmiz türk dilində. İki dili bir-birinə qarışdıranda hər iki dil əziyyət çəkir, mətn ən azı yaxşı səslənmir. Odur ki, dilimizi yad təsirlərdən ciddi şəkildə qorumalıyıq.

Yeri gəlmişkən, dilimizin, ədəbiyyatımızın qorunması sayəsində ölkə başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə Azərbaycan klassiklərinin əsərlərinin latın qrafikası ilə çap etdirilməsi o dövr üçün böyük əhəmiyyəti olan hadisə idi. Bu elə dövr idi ki, ölkənin maddi imkanları bir o qədər də geniş deyildi, amma Prezident məsələnin nə qədər vacib olduğunu bildiyindən bu qərarı qəbul etmişdi. 2019-cu ildə ölkənin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə İlham Əliyev bu məsələni belə xatırlayır: "Yadımdadır, elə ilk qərarlarımdan biri də o idi ki, Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap etdirək. Çünki bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtıilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi. Biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatı klassiklərinin kitabları da latın qrafikası ilə çap olundu".

Bu məqamda yadımıza salaq: dövlətimiz tərəfindən yaradıcı təşkilatlara - Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Teatr Xadimləri İttifaqı və Bəstəkarlar ittifaqına hər zaman böyük diqqət və qayğı ilə yanaşılıb. Məhz bu illər ərzində, konkret desək, son on ildə ölkənin əsas teatrlarına göstərilən diqqət milli teatrımızın inkişafına stimul verib. Eyni zamanda, bölgələrimizdə teatr binalarının bir çoxu yenidən tikilərək istifadəyə verilib, yeni teatrlar yaradılıb.

Son illərdə Azərbaycan teatrında yeni forma və məzmun axtarışları və onların müsbət nəticələri özünü göstərir. Bu gün Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişaf istiqamətlərini müəyyənləşdirən sənət adamlarının əksəriyyəti məhz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunlarıdır. Dövlətimizin diqqət və qayğısı sayəsində Universitetin beynəlxalq əlaqələri genişlənir, yeni təhsil formaları, qabaqcıl təhsil metodları tətbiq olunur.

Mən Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Heydər Əliyev fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan dili və ədəbiyyatı" forumunu da yada salmaq istəyirəm. Forum ölkənin mədəni həyatında mühüm hadisəyə çevrildi. Üç gün içində milli sərvətimiz olan Azərbaycan dilinin və qədim köklərə malik ədəbiyyatımızın müasir vəziyyəti, həllini gözləyən problemləri və  inkişaf perspektivləri bu iki vacib sahənin mütəxəssisləri tərəfindən müzakirəyə çıxarıldı. Xüsusi qeyd etməliyəm ki, müzakirəyə çıxarılan panel mövzuları yüksək səviyyədə düşünülmüşdü: "Qloballaşmanın Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunma mexanizmləri", "Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və müasir trendlər". Bu mövzuların aktuallığı "Azərbaycan Mədəniyyəti-2040" konsepsiyasının dilimiz və ədəbiyyatımızla bağlı istiqamətlərinə tam uyğundur. Necə ki, Konsepsiyada dilimizlə bağlı çağırışlar belə təqdim edilir: "Azərbaycan dilinin inkişafı, o cümlədən beynəlxalq aləmdə təbliği və təşviqi, əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilində elmi, elmi-publisistik və bədii əsərlərin sayının və keyfiyyətinin artırılması". Şübhəsizdir ki, bütün bu tapşırıqlar, onlardan irəli gələn müzakirələr nəticəsində problemlərin həlli üçün qəbul edilən qərarlar böyük əhəmiyyət kəsb edir. Nəticə isə budur: dil varsa, millət də var, dil varsa, o millətin ədəbiyyatı da var və həmişə də olacaq.

Əlbəttə, həyat, onun əsas atributu olan mədəniyyət və onun əhatə etdiyi ən müxtəlif sahələr daima dəyişməkdə, irəliləməkdə, yenilənməkdədir. Bu sahədə nail olunmuşlarla kifayətlənmək olmaz. Yeni mədəniyyət konsepsiyasının qəbul edilməsi də məhz bu reallığın nəzərə alınmasının nəticəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri