Icma.az
close
up
RU
İlyas İsmayılovun qardaşı oğlu: Ədalət Partiyasında yaşananlar...

İlyas İsmayılovun qardaşı oğlu: Ədalət Partiyasında yaşananlar...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılovun qardaşı oğlu Gündüz İsmayılov partiyada baş verənlərlə bağlı Teleqraf-ın suallarını cavablandırıb.

Globalinfo.az onunla müsahibəni təqdim edir:

– Gündüz bəy, Ədalət Partiyasında rəhmətlik əminiz İlyas İsmayılovun 40 mərasimindən sonra sədrlik uğrunda yaşanan qalmaqala münasibətiniz necədir? Ailə üzvləri baş verənləri necə qarşılayır?

– Rəhmətlik İlyas İsmayılov Ədalət Partiyasında özündən sonra partiyaya sədrlik edə biləcək şəxslər yetişdirib. Onlardan biri və ən etibarlısı Mütəllim Rəhimlidir (sədr müavini) ki, o partiya yaranandan oradadır. Yadımdadır mən prokurorluqda işləyəndə, 1998-ci ildə əmimoğlu rəhmətlik Etimad İsmayılov Mütəllim bəylə yanıma gəlirdi, soruşdum ki, bu cavan oğlan kimdir? Etimad bəy dedi ki, bu cavan oğlanı nüfuzlu bir partiyaya dəvət etdilər və özünə də yaxşı imkanlar təklif olundu, amma o, vicdanını satıb getmədi. Mütəllim bəyin bu xarakterinə görə əmimin də ona böyük hörməti var idi, öz balası kimi sevirdi. İlyas müəllim iki çağırış deputat kimi çalışdığı dövrdə də bütün səfərlərdə onu Mütəllim müşayiət edirdi.

– İlyas bəy özündən sonra partiyaya sədrliklə bağlı vəsiyyət etmişdi?

– Rəhmətlik əmim vəsiyyət etmiş olsaydı belə Ədalət Partiyasında ən yüksək nüfuz Mütəllim Rəhimliyə məxsus idi. Ədalətli şəkildə qurultay keçirilsə, partiya üzvlərinin mütləq əksəriyyəti ona səs verəcək. Sadəcə olaraq bəziləri partiyaya, onun liderinin irsinə xəyanət etdilər.

Gündüz İsmayılov

– Kimlərdir xəyanət edənlər?

– Meydan Babayev və digərlərinin adını eşidirik. Amma mən hələ də inanmaq istəmirəm. Axı, bu necə ola bilər? Əmimin baş daşı martın 27-si qoyulub. İki həftə sonra bu adamlar onun partiyasında həngamə qopartdılar. Görün bu adamlar necə hərəkət edir?! 30 il birlikdə çörək kəsəsən, sonra da naqislik edəsən…İlyas bəy Ədalət Partiyasını öz övladı qədər sevirdi. Sən isə bu gün onun övladını öldürürsən, insan bu qədər şərəfsiz olmaz.

– Hazırda partiyanın qərargahı ətrafında da qalmaqal var. Ali məclisin sədri Meydan Babayev sonuncu dəfə qərargahın əsas qapısının kilidini dəyişib, Mütəllim Rəhimli və digərlərinin ora daxil olmasının qarşısını almışdı…

– Bu adamlar yanlış yoldadır. Hər şey qayda-qanunla tənzimlənir. “Siyasi partiyalar haqqında” qanunda göstərilib ki, partiya sədri dünyasını dəyişibsə və yaxud fəaliyyətini icra edə bilmirsə, Ali Məclisin çağırdığı qurultay əsasında yeni sədr seçilməlidir. Bunun üçün siyasi mübarizə aparmaq olar. Bunu etmək əvəzinə durub partiyanı parçalamağa çalışmaq naqislikdir. Əslində o adamlar məğlub olacaqlarını bildikləri üçün bu yola əl atdılar.

– Sizcə, partiya sədrliyinə ən şanslı namizəd kim idi?

– Ədalət Partiyasının rayon təşkilatlarında belə hamı bilirdi ki, İlyas bəydən sonra orada favorit şəxs Mütəllim Rəhimlidir. Normal qurultay keçirilsəydi, hamı Mütəllim bəyə səs verəcəkdi.

– İlyas bəy sağlamlıq durumu kəskinləşdiyi dövrdə sədrliklə bağlı nəsə deyibmi?

– Xəstəxanada olanda yanına iki nəfər gəlmişdi. Onları tanımırdım. Düşünürdüm ki, Müsavat partiyasından və digər partiyalardan kimlərsə ziyarətə gəlib. İlyas bəy də nahar edirdi, elə koridorda bu adamlarla söhbət etdi. Sonradan bildim ki, onlar Ədalət Partiyasından Meydan və Mehman adlı şəxslərdir. Orada söhbət əsnasında İlyas bəydən soruşdular ki, kimi təklif edirsiniz? Sözsüz ki, bu düzgün söz deyildi. İlyas bəyin həmin vaxtlar səhhəti yaxşılaşırdı, gümrah idi. Eyni zamanda bu adam hansısa bəyanatla vəzifəsindən imtina etməyib və yaxud xəbərdarlıq etməyib ki, mən istefa verirəm və s. Ona görə də onların bu hərəkəti çox yersiz idi.

– İlyas bəyin bu məsələyə münasibəti necə olmuşdu?

Mütəllim Rəhimli

– O, çox müdrik adam idi. Ona görə də bu mövzuya aid nəsə demədi və üstündən ötüb keçdi.

– Özünün hansısa qruplaşmalar haqqında məlumatı var idi?

– Əlbəttə, hər şeyi bilirdi. Onunla çox söhbət etmişəm. Xəstəxanada yanında olanda çox şeyləri danışıb. Partiyadan Namiq bəy var, özü də qohumdur, İlyas bəyin yanından çıxıb onunla xeyli söhbət etdim. Dedim ki, Namiq, əmim deyir gedin Mütəllimin yanında olun. Dedi ki, o sözü mənə də deyib, Mütəllimi tək qoymayın, o, etibarlı oğlandır. Sonra mən bir- iki rayon təşkilatına da zəng vurdum, onlar da Mütəllim bəyin tərəfində olduqlarını söylədilər. Elə rayon təşkilat sədrlərimiz var ki, ondan başqa heç kimi qəbul etmirlər.

– Belə çıxır ki, o, özü Mütəllim bəyin namizədliyi üzərində dayanırmış…

– Varis məsələsinə gələndə, o dedi ki, gedin özünüz seçin. Amma iki nəfərin adını daha çox çəkirdi – Mütəllim Rəhimli ilə Elxan Şükürlü. Mən də partiya yaranan gündən orada olanlardanam. Prokurorluqda çalışsam da, təşkilatlanma işində onlara hərtərəfli köməklik etmişəm.

– İlyas bəyin Amerikada yaşayan oğlu Mətin İsmayılovun partiyada yaşananlara münasibəti necədir? Siz onunla bu mövzuda müzakirə aparmısınız?

– Elə İlyas bəydən sonra partiyada qalmaqal böyüdükcə, onunla da danışmağa başladım. O mənə dedi ki, partiyaya tez-tez gəl-get və Mütəllimin yanında ol, ona dəstək ver. Çünki o, dürüst adamdır. Ədalət Partiyasında vicdanını pula satanlar çox oldu, amma Mütəllim başqa oğlandır.

– Partiyada olanlara ailənin adından kiminsə müdaxilə etməsi ehtimalı varmı?

– Ailə adından mən müdaxilə edə bilərəm. Çünki İlyas bəyin həyat yoldaşı da xəstədir. Mətin də Amerikada yaşayır. İlyas bəyin son gününə kimi yanında da mən olmuşam. Ona görə lazım olsa, öz mövqeyimizi ortaya qoyacağıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Aprel 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri