Icma.az
close
up
RU
İMAM kimi kişi...

İMAM kimi kişi...

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Həqiqətən də mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm.”- bu kəlmələr Allahın rəsulu, həzrət Məhəmmədə məxsusdur. Bunu təsdiq edən yüzlərlə məsəl çəkmək olar, amma sevindirici haldır ki, məhz sevimli peyğəmbərimizdən miras qalan gözəl əxlaqı bu gün də yaşadanlar var. Onlar öz davranışları ilə bu mirası insanlara ötürür, cəmiyyətə aşılayırlar. Belə insanlardan biri də haqqında söhbət açmaq istədiyim Dünyamalı Məmmədovdur...
Çağdaş Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən, ölkənin ən istedadlı yazıçılarından biri Meyxoş Abdullah onun barəsində deyir: “Dünyamalı müəllimi 40 ildən artıqdır ki, tanıyıram. Sadə, təvazökar, xeyirxah və dəyanətli bir insan kimi. Müxtəlif vəzifələrdə calışıb, kiçik vəzifədən tutmuş Milli Məclisin deputatına kimi şərəfli bir yol keçib, ucalibdir. Harada olubsa, hansı vəzifəni daşıyıbsa o ağlının gücünə arxalanıb, vicdanının səsinə qulaq asıbdir. İnsanlarla mədəni davranmaq, onlara kömək etmək onun bir vətəndaşlıq borcu olub. İşlədiyi müddətdə bir nəfərdən də olsun 1 manat belə umacağı olmamayıb. Əksinə, ondan kömək gözləyən, maddi vəziyyəti çətin olan insanlara həmişə əl tutub. Onu hər kəs xeyirxah, təmiz insan kimi tanıyır. O fəxr ediləsi bir insandır. Böyüklüyü, ağsaqqallıği, dostlara sədaqəti ilə seçilir. Təmkinlidir, səbirlidir, az danışib, çox dinləməyi sevən bir insandır. Onu özümüzə ağsaqqalımiz kimi qəbul edirik. Sözün həqiqi mənasında, o bir nurdur. Allah ona cansağlığı, uzun ömür qismət etsin.”
Dünyamalı Böyükxan oğlu Məmmədov 1952-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Həziabad kəndində dünyaya gəlib. Səkkiz illik təhsilini orada aldıqdan sonra, orta təhsilini Göytəbə şəhərində başa vurub. 1969-1974-cü illərdə indiki Azərbaycan Texniki Universitetinin inşaat fakültəsində ali təhsilə yiyələnib. 1974-1975-ci illər ərzində Salyan rayonunda Salyan Kolxozlararası Tikinti İdarəsində tikinti ustası, 1975-1982-ci illərdə Cəlilabad RİK Yol İstehsalat sahəsində baş mühəndis vəzifələrində işləyib. 1979-cu ildən Cəlilabad RİK-də Komsomol katibi olub. 1979-cu ildən 1984-cü ilədək Dövlət İdarələri İşçilərinin Həmkarlar İttifaqının Cəlilabad Rayon Komitəsinin sədri vəzifəsində çalışıb. 1982-1988-ci illərdə Cəlilabad RİK Yol İstehsalat sahəsinin rəisi vəzifəsində işləyib. 1988-1990-cı illərdə Azərbaycan KP Cəlilabad RK-da təlimatçı vəzifəsində çalışıb. 1990-1991-ci illər ərzində Cəlilabad Rayon Xalq Nəzarət Komitəsinin sədri olub. 1992-ci ilin aprel ayının 16-dan sentyabr ayının 21-nə qədər Cəlilabad Rayon İcra Başçısının müavini vəzifəsini icra edib. 1992-1993-cü llər ərzində 35 saylı SMD-nin sədri vəzifəsində işləyib. 1990-1993-cü illərdə işdən ayrılmamaqla Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsində təhsilini davam etdirib. 1993-cü ildə Cəlilabad Rayonun təsərrüfat hesablı "Göytəpə Ticarət Müəssisəsi" üzrə direktor müavini vəzifəsində çalışıb. 1993-1995-ci illərdə Cəlilabad Rayon İcra Başçısının I müavini vəzifəsində işləyib. 1995-2000-ci illərdə 96 №-li Cəlilabad şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputat olub. 2001-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədrinin köməkçisi vəzifəsində çalışıb. 2005-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq "Dövlət qulluğunun baş müşaviri" ixtisas dərəcəsinə layiq görülüb. Haqqında Toğrul Şəmil oğlu Xəlilov tərəfindən "Ləyaqətli insan" adlı kitab yazılıb və həmin kitab 2010-cu ildə Bakı şəhərində "Adiloğlu" Nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr olunub...
...İmam Cəfər Sadiq gözəl əxlaqın mənası barədə ona verilən sualın cavabında buyurub: “Gözəl əxlaqlı insan yumşaq xasiyyətli, mehriban, danışığında saf və ədəbli olan, adamlarla mehriban rəftar edən kəsdir...”
Sərdar Allahyarov adlı bir müəllim isə söyləyir: “Onu tanıdınsa, cazibəsindən çıxmaq mümkün deyil. Hər dəfə nəsə yeni bir cizgi, yeni bir ünsiyyət, yeni bir düsüncə tərzi ilə insanın ruhunu alıb aparır. Sadəliyi, ictimai və siyasi baxişlarındakı aydınlıq, durustlük hər gorüsdə səni özünə çəkir. Dünyamalı müəllim insanlığa etalon ola biləcək bir ziyalı, siyasi xadim və şəxsiyyətdir. Dostların onunla hər görüşu, ömür tarixçəmizin zəngin bir parçasıdir...”
Doğrudur, Dünyamalı müəllim haqqında çox adamdan- deputat həmkarı Soialist əməyi qəhrəmanı Tərlan Musayevadan, dostu Elçin Hüseynov və başqalarından ürək sözlərini toplamışam, amma onların söylədiklərini bir yazıya sığışdırmaq mümkün olmadı. Onu da xüsusi vurğulamağı özümə borc bilirəm ki- məndə Dünyamalı müəllimə səmimi sevgini, dərin ehtiramı dostum iş adamı, kərbəlayi Rafiq Abışov yaradıb...
Ümumiyyətlə, Dünyamalı müəllimə xas olan müsbət xüsusiyyətlər çoxdur, onları bir-bir sadalamağa ehtiyac duymadım, əsasən ƏXLAQ mövzusuna önəm verdim. Axı, kimdə gözəl əxlaq varsa mərdlik, cəsarət, mədəniyyət, xeyirxahlıq, o cümlədən də bütün müsbət xüsusiyyətlər onun yanında olur. El arasında belə kişilərə- İMAM kimi kişidir- söyləyirlər...
...Bəli, Allahın rəsulu buyurub: ““Həqiqətən də mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm.” Yəqin ki, haqqında söhbət açdığım Dünyamalı Məmmədov da peyğəmbərdən miras qalan GÖZƏL ƏXLAQI yaşatmaq üçün bu dünyadadır. O, öz missiyasını ləyaqətlə icra edir...
Hörmətlə, Elman Eldaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Yanvar 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see645

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see354

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see268

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see267

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see248

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see245

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see200

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see199

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see198

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see197

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see191

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see188

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see182

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see178

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see169

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see168

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see163

Ukrayna Qərbdən 101 milyard dollar dəstək almaq niyyətindədir

18 Avqust 2026 01:23see160

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see159

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri