Icma.az
close
up
RU
İmamoğlu 7 il həbsdə qalacaq və… SENSASİON TƏHLİL KONKRET

İmamoğlu 7 il həbsdə qalacaq və… SENSASİON TƏHLİL KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Türkiyəni “Sözcü TV”, “Halk TV”, “NOW” və bu qəbildən olan media qurumlarının propaqandası əsasında qavrayıb, hər dəfə vəcdə gələn bəzi şəxslər yenidən öz yanlış təəssüratları ilə ortadadırlar. Halbuki, bundan əvvəlki proseslərdə, xüsusilə də seçki dövrlərində bənzər halların yaşandığını və nəticələrin həmin şəxslərin nə qədər məhdud vizyona sahib olduqlarını açıq şəkildə ortaya qoyduğunu unutmaq olmaz. Həm də bir yox, bir neçə dəfə…

Bilin və agah olun: Türkiyənin yeganə Prezidenti Rəcəb Tayyib Ərdoğandır və bundan sonra da o olacaq. Heç bir siyasi təlatüm, daxili proses və istər vaxtında, istərsə də vaxtından əvvəl keçiriləcək seçkilər onu iqtidardan sala bilməz”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist, televiziya aparıcısı Turan İbrahimov bidirib.

O, Türkiyədə baş verən son hadisələrlə bağlı sosial media hesabında paylaşdığı yazısında maraqlı və kateqorik təhlillə çıxış edib.

Jurnalistə görə, Ərdoğanın hakimiyyətdən getməsi yalnız onun sağlamlığı və alın yazısı ilə mümkündür. Turan İbrahimov hesab edir ki, Ərdoğan ömrünün sonuna qədər Türkiyəyə rəhbərlik edəcək və hazırda dünyada dörd əsas liderdən biridir: Tramp, Putin, Si Cinpin və Ərdoğan!

Onun sözlərinə görə, İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu ətrafında yaşananlar isə, əslində, Türkiyə müxalifətinin, daha dəqiqi, CHP-nin içində baş verən parçalanmanın nəticəsidir. Onun fikrincə, CHP daxilində keçmiş başqan Kamal Kılıçdaroğlu ətrafında birləşənlər, Ankara bələdiyyə başqanı Mansur Yavaş tərəfdarları və İmamoğlu tərəfdarları uzun müddətdir ki, bir-birilə intriqa və mübarizə içindədir. Məqsəd partiyada şəriksiz liderliyi ələ keçirməkdir.

“Bunun üçün bir-birinin ‘zibilini’ ortalığa tökür, hüquq-mühafizə orqanlarına ‘paslar’ verirlər. İmamoğlu ən populyar və ən ambisiyalı fiqur olduğu üçün ondan xilas olmağa çalışırlar”, – deyə Turan İbrahimov qeyd edir.

Tanınmış aparıcı bildirir edir ki, son prezident seçkilərində Ərdoğana səs verməyən 50 faizlik seçici kütləsinin küçələrə çıxması, aylarla etiraz etməsi belə heç bir nəticə verməyəcək. Onun fikrincə, İmamoğlu həbs olunacaq və azı 6-7 il həbsxanada qalacaq.

Jurnalist bu proseslərin nəticəsi kimi CHP daxilində ABŞ-dəki qlobalistlərə yaxın olan kəsimin təmizlənəcəyini və partiyanın klassik solçuların nəzarətinə keçəcəyini proqnozlaşdırır. Onun fikrincə, CHP yenə də əsas müxalifət partiyası olaraq qalacaq, lakin bu dəfə daha fərqli və təmkinli mövqedə.

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:372
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Mart 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri