Güldən İmamoğlu barədə sensasion açıqlama: Vaxtilə Ərdoğana və mənə...
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin sabiq prezidenti Abdullah Gül İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılmasına reaksiya verib.
Globalinfo.az xəbər verir ki, o, vaxtilə prezident Rəcəb Tayyib Ərdoğana edilənlərin hazırda təkrarlanmasının yanlış olduğunu deyib.
“Növbəti seçkilərə üç ilə yaxın vaxt qalıb. Bəzi problemlərin siyasi dialoq və düsturlarla həlli mümkün olsa da, bu cür təlatümdə qalmaq bizi irəli aparmayacaq. Prezident Rəcəb Tayyib Ərdoğana və mənə edilən haqsızlıqları ictimai vicdanın necə qəbul etmədiyini xatırlayaq. Xalqın iradəsi ilə bələdiyyə sədri seçilən Əkrəm İmamoğluna qarşı da oxşar səhvlərə yol verilməməlidir”.
Abdullah Gül bildirib ki, belə bir qarışıqlıq Türkiyədə nə iqtidara, nə də müxalifətə xeyir verməyib və verməyəcək:
“Biz qanunu və ədaləti gözdən qaçırmamalıyıq. Əks halda, Türkiyə itirəcək”.
Günay Rəsulqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Mart 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















