İmamoğlu bu dəfə casusluğa görə dindiriləcək
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbul Cumhuriyyət Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu və TELE1 telekanalının baş redaktoru Mərdan Yanardağa qarşı “casusluq” ittihamı ilə istintaq başladıb.
Modern.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Merdan Yanardağ bu çərçivədə saxlanılıb və polis bölməsinə aparılıb.
İstintaq çərçivəsində Əkrəm İmamoğlunun da eyni ittihamla ifadəsinin alınmasına qərar verilib.
Xatırladaq ki, Əkrəm İmamoğlu "Cinayət təşkilatına rəhbərlik etmək", "Cinayət təşkilatına üzv olmaq", "Qəsb", "Rüşvət", "Qəsdən fırıldaqçılıq", "Şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "Tender saxtakarlığı" ittihamları əsasında açılan cinayət işi çərçivəsində saxlanılıb.
Baxış sayı:86
Bu xəbər 24 Oktyabr 2025 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















