AK Partiyadan CHP yə sərt cavab Bu, siyasi əxlaqsızlığın zirvəsidir
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı başladılan istintaqla əlaqədar mətbuat konfransı keçirib.
Modern.az xəbər verir ki, Çelik Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelin "sivil çevriliş" ittihamına sərt reaksiya verib.
"Siyasətçinin etməli olduğu məhkəmə prosesini izləməkdir. Heç birimiz dosyenin məzmunu ilə bağlı hər hansı məlumata sahib deyilik. Prokurorun ittiham aktını məhkəmənin necə dəyərləndirəcəyini qiymətləndirəcək olan siyasətçilər deyil. Ona görə də, heç birimizin məhkəmə prosesi ilə bağlı qiymətləndirməsi keçərli olmaz. Özgür Özel baş verənləri Prezidentimiz və AK Partiya tərəfindən CHP-yə qarşı "çevriliş" adlandırıb.
Onun istintaqla bağlı Prezidentimizə qarşı söylədikləri qəbuledilməzdir. Cənab Özgür Özel çevrilişə cəhd nədir, bunu siyasi təşkilatlar necə dəstəkləyər, deyə maraqlanırsa, bununla bağlı ən zəngin literatur CHP-nin tarixində mövcuddur. Özelin Prezidentimizi və partiyamızı "sivil çevriliş" ifadəsi ilə yan-yana anması siyasi əxlaqsızlığın zirvəsidir.
Siyasətdə harada dayanılmalıdır, CHP-nin öyrənməsi lazım, onun bununla bağlı qabiliyyətinin olmadığı görünür. Süni intellekt belə CHP-nin irəli sürdüyü arqumentlərdən daha yaxşısını ortaya qoya bilər. Süni intellektin CHP-yə öyrədəcəyi çox şey var. Süni intellektin daha ixtisaslı qiymətləndirmə aparacağı aşkardır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 20 Mart 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















