Icma.az
close
up
RU
İmamoğlu işi ilə bağlı hesabat: Sabiq merin adamı İsa Qəmbəri necə maliyyələşdirib?

İmamoğlu işi ilə bağlı hesabat: Sabiq merin adamı İsa Qəmbəri necə maliyyələşdirib?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İstanbul Böyükşəhər Bələdiyyəsindəki "casusluq" istintaqı ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi ətraflı material təqdim edib.

Materialda istintaq çərçivəsində Türkiyədə İqtisadi Cinayətləri Araşdırma Komissiyası (MASAK) tərəfindən hazırlanmış hesabatdan çıxarışlar göstərilib.

Hesabatda martın 6-da Türkiyənin hüquq-mühafizə orqanlarına sözügedən cinayət işi çərçivəsində informator kimi ifadə verən Ü.D.A-nın sözləri xüsusən diqqət çəkib.

Belə ki, ifadə verən şəxs cinayət işi çərçivəsində saxlanılan şübhəli Hüseyin Günün casusluq fəaliyyətlərinə toxunub. Ü.D.A-nın ifadəsində şübhəli Hüseyin Günün ittiham olunduğu cinayət əməllərində Azərbaycanla bağlı müddəalar da yer alıb:

"Hüseyin Gün 2005-ci ildə ABŞ-də fəaliyyət göstərən "E.P." adlı vəkil bürosunda çalışan T.P. adlı vəkilə göstəriş verərək ölkə xaricində "Freedom LLC" adlı şirkətin yaradılmasını istədi. Bu şirkətin qurulmasından sonra Azərbaycanda o dövrdə müxalifətdə olan İsa Qəmbər kimi bir çox şəxsləri Azərbaycanı demokratikləşdirmə adı altına maliyyələşdirdiklərini bilirəm".

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun "siyasi/hərbi casusluq" istintaqı çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu, kommunikator Necati Özkan və jurnalist Merdan Yanardağ həbs olunub.

Prokurorluq sübut olaraq hüquq-mühafizə orqanlarına edilmiş zəngi, rəqəmsal materialları, HTS (Historical Traffic Search) məlumatları və Hüseyin Gün adlı şəxsin peşman olduğunu bildirərək verdiyi ifadəni əsas göstərib. "Cinayət törədilməsinə dair əsaslı şübhə", "qaçmaq riski" kimi amillər nəzərə alınaraq sözügedən şəxslər barəsində həbs qərarı verilib. İmamoğlu, Özkan və Yanardağın vəkilləri ittihamları rədd ediblər.

İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan "casusluq" istintaqı Türkiyənin "112 Təcili Çağrı Mərkəzi"nə gələn zənglə başladılıb. Gələn zənglə daxil olan məlumatda Türkiyə vətəndaşı Hüseyin Günün xarici ölkələrə casusluq etdiyi, bu yolla da Türkiyədəki seçki prosesinə təsir göstərəcək maliyyə vəsaitlərini əldə etdiyi iddia olunub. Prokurorluq iddiaları nəzərə alaraq Hüseyin Günün saxlanılması barədə qərar qəbul edib. Saxlanılan şəxs verdiyi ifadədə peşman olduğunu bildirərək əlindəki rəqəmsal materialları prokurorluğa təqdim edib. Onun cihazlarında ABŞ-də yerləşən kibertəhlükəsizlik şirkəti "PiiQ Media"nın rəhbəri Aaron Barrla yazışmalar tapılıb. Şübhəlinin heç bir ticarət fəaliyyəti olmasa da, bank hesablarında 85 milyon türk lirəsi (təxminən 3.4 milyon AZN) həcmində pul transferi müəyyən edilib. Bütün bunlardan sonra isə istintaq İBB sədri Ekrem İmamoğlu, seçim kampaniyasındakı müşaviri Necati Özkan, jurnalist Merdan Yanardağ və İBB-nin əməkdaşı Melih Geçek daxil edilərək genişləndirilib.

İstintaq çərçivəsində müəyyən edilib ki, Hüseyin Günün əsas əlaqəsi "mənəvi anası" adlandırdığı Seher Alaçam vasitəsilə Necati Özkanla olub. N.Özkan Hüseyin Gündən bir sıra məlumatları əldə etməsini istəyib, sonradan həmin məlumatlar Ekrem İmamoğluna təqdim olunub.

Prokurorluq məlumatlarına görə, Hüseyin Gün xarici kəşfiyyat orqanları ilə əlaqəli bir şəxsdir. Necati Özkan onun Türkiyədəki əsas əlaqədə olduğu şəxs, Ekrem İmamoğlu siyasi hədəf, Merdan Yanardağ isə media sahəsindəki əlaltısı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see341

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see277

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see210

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see168

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see155

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri