Icma.az
close
up
RU
İmamoğlu ilə bağlı hesabat: atasının da adı hallanır...

İmamoğlu ilə bağlı hesabat: atasının da adı hallanır...

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan terror və korrupsiya istintaqı çərçivəsində İstanbul Böyük Şəhər Bələdiyyəsi (İBB) sədri Əkrəm İmamoğlu haqqında hazırlanan Maliyyə Təhlil Hesabatının təfərrüatı ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hesabatda Əkrəm İmamoğlunun adına müxtəlif yollarla əldə edilmiş çox sayda daşınmaz əmlak qeydlərinin olduğu və onun Balıkəsir, İstanbul və Çanaqqala şəhərlərində 17 daşınmaz əmlakı satış yolu ilə əldə etdiyi bildirilib.

Bundan başqa, Balıkəsir-Ərdəmirdə yerləşən 5 daşınmaz əmlakın atası Həsən İmamoğlundan Əkrəm İmamoğluna bağışlandığı qeyd edilib.

Eyni zamanda, hesabatda “FETÖ-ya üzv olmaq və təşkilatı maliyyələşdirmək” ittihamı ilə həbs edilən Aydın Böyükşəhər Bələdiyyə sədri Özləm Çerçioğlunun müşaviri Erkan Qaraarslana məxsus şirkətlərə İstanbulun Avcılar, Beylikdüzü və Sarıyer bələdiyyələrindən ümumilikdə 10 milyon 329 min lirə müşavirlik (Danışmanlık) haqqının köçürüldüyü qeyd edilib. FETÖ üzvü olduğu üçün həbs edilən Erkan Qaraarslan və İmamoğlu arasında bağlanan 1 milyon 754 lirəlik müşavirlik anlaşması ilə bağlı kəşfiyyat məlumatları da hesabatda qeyd edilib.

Hesabatda İmamoğlunun 2020-2025-ci illər arasında ticarətçi və ya şirkət rəhbəri olan və ya şirkət adından çıxış edən şəxslərin kommersiya fəaliyyəti zamanı “fırıldaqçılıq”, “İctimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək”, “Adi hədə-qorxu gəlmək”, “Ədalətli məhkəmə araşdırmasına təsir göstərməyə cəhd”, “Məhkəmə vəzifələrini yerinə yetirən şəxsə təsir göstərmək”, “Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək”, “Zor və ya hədə-qorxu ilə və ya hər hansı digər qanunsuz hərəkətlə ictimai fəaliyyətin həyata keçirilməsinin qarşısını almaq”, “Dövlət qurumları və ya təşkilatların tenderini saxtalaşdırmaq” kimi cinayətlərlə bağlı istintaq və təqib qeydlərinin olduğu vurğulanıb.

Qeyd edək ki, bir neçə gün öncə İBB-də baş tutan əməliyyatlar çərçivəsində bələdiyyə sərdi Ə.İmamoğlu da daxil olmaqla, 100-dən çox şəxs şübhəli şəxs qismində saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Mart 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see237

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see236

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see232

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see232

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see229

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see227

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see222

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see208

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see207

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see205

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see199

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see192

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see192

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see192

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see190

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see188

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see187

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see185

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see183

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri