Icma.az
close
up
RU
İmamoğlu ilə İsa Qəmbəri birləşdirən təhlükəli detal Araşdırma başlamalıdır

İmamoğlu ilə İsa Qəmbəri birləşdirən təhlükəli detal Araşdırma başlamalıdır

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə barəsində casusluq ittihamı ilə istintaq aparılan İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun işində Azərbaycanla bağlı hissə diqqət çəkib.

Sitat:

“Şübhəli şəxs Hüseyn Gün 2005-ci ildə ABŞ-da fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının sədri olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib”.

İsa Qəmbər yerli mediaya açıqlamasında şirkətin adını ilk dəfə eşitdiyini deyərək, iddianı təkzib edib. Amma sözügedən məsələnin hələ də qaranlıq qaldığı bildirilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Əkrəm İmamoğlunun istintaqı zamanı ortaya çıxan bu faktlar və iddialar tamamilə əsaslı ola bilər:

“Çünki Azərbaycanla Türkiyə qardaş dövlətdir. Zaman-zaman Ankaradan Bakıya müxtəlif təşkilatlar və şəxslər yardımlar göstərib. Bunları qəbul edənlərin casusluq məqsədi güddüyünü düşünmürəm. Böyük ehtimalla, onlar bunu qardaşlıq münasibətinin, qarşılıqlı dəstəyin təzahürü kimi qəbul ediblər. Əgər İsa Qəmbər bu iddiaları təkzib edirsə, deməli, ya bu faktlar mövcud olmayıb, ya da hadisələr çox əvvəl baş verdiyi üçün detalları unudub. Hər halda, sözügedən məsələ kifayət qədər ciddidir. Əgər hadisə 2005-ci ildə baş veribsə, həmin dövrdə ölkədə siyasi hakimiyyət zəif idi. Xüsusilə 2003-cü il seçkilərində İsa Qəmbərin hakimiyyətə gəlmə ehtimalı barədə danışılırdı və o, həmin dövr üçün iddialı siyasi fiqurlardan biri hesab olunurdu. Bu səbəbdən Türkiyədən ona və ya partiyasına dəstək göstərilməsi ehtimalı tamamilə mümkündür”.

Heydər Oğuz

Siyasi şərhçi bildirib ki, Azərbaycan hakimiyyəti belə informasiyalara ciddi yanaşmalıdır:

“Burada söhbət ABŞ-da fəaliyyət göstərən hüquq təşkilatları ilə mümkün əlaqələrdən gedir. Həmin dövrdə FETÖ-nün ABŞ-dakı fəaliyyəti güclü idi və bu qurum müxtəlif vasitələrlə dəstək alırdı. Ona görə də bu hadisələrdə onun izlərinin olub-olmaması diqqətlə araşdırılmalıdır. Məsələ yalnız İsa Qəmbər və ya Müsavat Partiyası ilə məhdudlaşmamalıdır. Digər siyasi partiyalar da daxil olmaqla, bütün qurumların maliyyə mənbələri araşdırılmalı, kənar təsirlərin olub-olmaması müəyyən edilməlidir. FETÖ həm Azərbaycan, həm Türkiyə, həm də ümumilikdə türk dünyası üçün ciddi təhlükə mənbəyidir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri