İmamoğlu xalqa təşəkkür etdi
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Bələdiyyələr Birliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu çıxışı zamanı vətəndaşlara təşəkkürünü bildirib.
Sfera.az “Sözcü”nəşrinə istinadən xəbər verir ki, o, xalqın öz dəyərlərinə ürəkdən sahib çıxdığını vurğulayaraq minnətdar olduğunu deyib:
“Millətimiz ona aid olan hər şeyə ürəkdən sahib çıxır və çıxmağa davam etməlidir. Cumhuriyyətimizə, demokratiyaya, ədalətli Türkiyənin gələcəyinə və xalqımızın iradəsinə sahib çıxırsınız, sizinlə qürur duyuram. Xalqımızın bu məsuliyyət hissi bütün dünyaya ilham verir. Bu günlər məsuliyyət alma zamanıdır. Sabah isə xalqımızın bütün haqlarını alacağı, demokratiyanın ən yüksək səviyyəyə çatacağı, hüququn üstünlüyünün doyunca yaşanacağı və 86 milyon insanını bərabərləşdirəcək 21-ci əsrin Türkiyəsində birlikdə yaşayacağımız günlər gələcək”,- İmamoğlu qeyd edib.
Fidan Hacızadə
Baxış sayı:113
Bu xəbər 22 Mart 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















