İmamoğlunun yaxın adamları onu “satdı”: Şok ifadələr
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu barəsində yeni iddialar gündəmə gəlib.
“Cebheinfo.az” xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) saxlanılan bəzi üzvlərinin ifadələri ortaya çıxıb. Onlar İmamoğlu barədə korrupsiya kimi şikayətlər aldıqlarını, amma Prezident Rəcəb Tayyib Ərdoğana düşmənçilik etdikləri üçün bunları gözardı etdiklərini deyiblər:
“Biz onun yanlışlıqlarını gördük, amma buna rəğmən, həmişə daha yaxşı olacağını ümid etdiyimiz üçün susduq. İndi böyük bir peşmanlıq içindəyik”.
İmamoğlu haqqında deyildiyi iddia olunan digər ifadələr də aşağıdakılardır:
“Avropa paytaxtlarında uğur dalınca getdiyini gördük. Onunla hakimiyyətə gələcəyimiz üçün susduq. “Nə edir etsin, bizi maraqlandırmır” dedik. “Yetər ki, bizi Ərdoğandan qurtarsın” dedik.
Hər kəs onu tənqid edəndə, biz sahib çıxdıq. Onun korrupsiyaya bulaşdığını, digər partiyalarla işbirliyi etdiyini gördük, amma uğurlu idi deyə səsimizi çıxarmadıq. Hətta CHP-ni bir vasitə olaraq gördüyünü bilməyimizə rəğmən, heç nə demədik. Peşmanıq”.
Aslan
“Cebheinfo.az”


