İmamoğlunun ən yaxın adamının sərvətİ Türkiyəni ŞOK ETDİ
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun ətrafında gedən qalmaqallar yeni bir mərhələyə keçib. Türkiyə mətbuatında yayılan son məlumata görə, İmamoğlunun yaxın ətrafından olan vəzifəli şəxs - İBB Media AŞ-nin İdarə Heyətinin sədri və eyni zamanda onun şəxsi müşaviri Murat Ongunun evində aparılan axtarış zamanı böyük miqdarda xarici valyuta və Türk lirəsi aşkar edilib.
Bu əməliyyat yolsuzluq araşdırması çərçivəsində həyata keçirilib.
TRT tərəfindən yayımlanan görüntülərdə, Murat Ongunun evindən çıxarılan çantalardakı pulların sayı və miqdarı ölkə gündəmini silkələyib.
Əldə olunan məlumata görə, İmamoğluna qarşı bu prosesi başladan elə onun öz partiyası olan CHP-li yetkililərin, bələdiyyə üzvlərinin və qohumlarının hüquq - mühafizə orqanlarına rəsmi şikayətləridir.
CHP daxilindən verilən bu şikayətlər əsasında başlanan istintaq, İmamoğlunun siyasi karyerası üçün ciddi təhlükə yaradıb. Hazırda onunla bərabər 106 vəzifəli şəxs saxlanılıb və istintaq davam edir. /Musavat.com
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Mart 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















