İmamverdi İsmayılovun hekayəsi Türkiyə mətbuatında Foto
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Yazıçı, millət vəkili İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsi Türkiyədə nəşr olunan, məşhur yazarların və görkəmli ədəbiyyat simalarının da imzalarının yer aldığı “Türk ədəbiyyatı aylıq fikir və sənət dərgisi”ndə işıq üzü görüb.
“Qafqazinfo”nun məlumatına görə, bu hekayə milli mətbuatımızda, populyar ədəbi dərgilərimizdə və müxtəlif yerli saytlarımızda dəfələrlə dərc olunaraq geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Qeyd edək ki, “Bayquş və qarovulçu” hekayəsi haqqında dəyərli imza sahibləri, akademiklər, yazıçı və ədəbiyyat tənqidçilərinin resenziyaları, analitik müəllif rəy və yazıları, dəyərli fikirləri dərc olunub.
Son zamanların ədəbi hadisəsinə çevrilən hekayə Türkiyə mətbuatının da diqqətini cəlb edib. Belə ki, İ.İsmayılovun “Bayquş və qarovulçu” hekayəsini türk xalqları ədəbiyyatının təəssübkeşi, Azərbaycan mədəniyyəti və ədəbiyyatına hər zaman böyük sevgi ilə yanaşan, şair və yazıçılarımızın əsərlərini türk dilinə tərcümə edən tanınmış türk şairi və yazıçısı, tərcüməçi İmdat Avşar çevirib.
Böyük ədəbi zövqlə tərcümə edilən hekayə Türkiyədə yüksəktirajlı və ən çox oxunan “Türk ədəbiyyatı aylıq fikir və sənət dərgisi”nin sentyabr nömrəsində qardaş oxucularımıza təqdim olunub.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 29 Sentyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















