Icma.az
close
up
RU
“İmarət”dən etiraf: “Özümüzü öldürürük, nə sağdan, nə soldan dəstək olur” 1450 niderlandlıya məğlub olduq

“İmarət”dən etiraf: “Özümüzü öldürürük, nə sağdan, nə soldan dəstək olur” 1450 niderlandlıya məğlub olduq

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Çərşənbə günü “Qarabağ” yaşıl meydanda, azarkeşləri isə tribunada uduzdu. Bəli, uduzdu. Niderlanddan gələn 1450 azarkeş 29 mindən artıq azərbaycanlını üstələdi. Hava yağışlı olsa da, tribunalar doldu. Sağ olsunlar. Amma sakit dayanacağıqsa, bu dolu tribunalar kimə və nəyə lazımdı?”
Stadionda bizimkilərdən təxminən 20 dəfə az olan niderlandlılar bir dəqiqə də dayanmadılar. Sanki “Ayaks” Bakıda yox, Amsterdamda oynayırdı. Bu üzücü məqamla bağlı “İmarət”in rəhbərlərindən Elnur Quliyevlə əlaqə saxladıq: “Onların futbol ənənələri çox dərindi, azarkeşliklərinin yaşı çoxdu. İstər ultraslıq olsun, istər tarixi olsun. “İmarət Tayfa”nın apardığı strategiya Türkiyədə, İspaniya görülsəydi, bizə rəqib azarkeş qrupu olmazdı. Siz bilmirsiz, kadr arxasında nə qədər iş görürük. Nə qədər savadlı uşaqlarımız var ki, Bakı Dövlət Universitetində, ADA-da təhsil alır. Başqa ölkələrə öz hesabımıza gedirik. Müqayisə aparmaq düzgün deyil. Ölkə çempionatında 200-300 nəfər oluruq. Avrokuboklarda da olsun ikiqatı, bir az da çox - 1000 nəfər. 1500 nəfər üzvümüz var, amma hamısı gəlmir. Biletlərimiz də ayrı satılır ki, hər yoldan ötən almasın. Yuxarıdakı yerləri başqası alır. Çalışırıq ki, yanımızda otursunlar. Özümüzü öldürürük, nə sağdan, nə soldan dəstək olur. Bizə qoşulmurlar. Günlərlə səsimiz batır. Süd içirik, bal içirik ki, səsimiz yerinə gəlsin. Azərbaycanda futbol mədəniyyəti olmadığına görə digər sektorlar bizə dəstək vermir. Onların söhbəti, danışığı bizə az da olsa, mane olur. Niderlandda futbol və azarkeşlik mədəniyyəti bizim komandadan və azarkeşlərdən daha çoxdu. Bizim seçim imkanlarımız məhduddu. Ölkə çempionatına azarkeş gəlmir. Onlardan necə dəli fanat düzəldək? Avrokuboklarda bilet tapılmır, baxırsan ki, oturmağa yer yoxdu. Çempionat oyunlarına isə heç kim gəlmir. 300 nəfər ayrı, 50 min. Onlar 50 minin arasından 1450 fanat tapıb. Hətta daha çoxdu. Orda çempionat oyunlarında bütün tribunalar, pablar, restoranlar dolur. Amma bizdə belə deyil. Bu “İmarət”in, “Qarabağ Ordu”nun, “Neftçi” avrokuboklarda oynasa, “Forza Neftçi”nin günahı deyil. AFFA o vaxt pulsuz bilet paylayırdı. Bizi çağırmışdılar. Demişdik ki, pulsuz vermək olmaz, azarkeşləri pis öyrədirsiz. Bu da o yarıtmaz siyasətin nəticəsidi. Azarkeşlərə güzəşt etmək olmaz. 10 manat pul verib gəlir oyuna baxır, sonra deyir ki, “Nəriman niyə pis oynadı?” 10 yox e, 100 manat olmalıdı bilet. Minimum 30 manat olmalıdı. Azarkeş Nərimanı tənqid edirsə, 30 manat verib oyuna baxmalıdı”.
Fanklub rəhbəri “Ayaks”la oyundan sonra Qurban Qurbanov və Nəriman Axundzadəni tənqid edənlərə də cavab verdi: “Qarabağ”ın 7 xal toplaması möcüzədi. Dünən UEFA-da klubların büdcəsinə baxmışam, ən az büdcəyə malik klubda 65 milyondu. Büdcə fərqi var, Azərbaycan futbol ölkəsi deyil, “Ayaks” elə-belə komanda deyil. Əvvəlki məşqçi olsa, bəlkə də Qurban müəllim daha yaxşı təhlil edərdi. Qazonun durumu da komandamıza mane oldu. “Qarabağ” topla oynayan komandadı. Qurban Qurbanov heç vaxt bəhanə axtarmır, amma dolayı yolla o da bunu bildirdi. Nərimana gəlincə, guya “Qarabağ” Nərimana görə uduzdu? Biz onu qazanmaq istəyiriksə, üstünə getməməliyik. Ən azı çalışır – qaçır-edir. Etdiyi səhvlər də təzyiqə görədi. Nərimanı tənqid etməklə düzəltməyəcəyik ki, daha da pis olacaq. Bu tip futbolçudu. “Yekədiş” Ronaldo, Kriştiano Ronaldo, Lionel Messi kimi futbolçular o qədər olub ki, boş qapıya qol vura bilməyiblər. Nəriman, düzdü, heç nə edə bilmədi. İki dəfə top ayağının arxasına düşdü. Amma yüzdəyüz qaçırdığı epizod da olmadı. Qalan dəqiqələrdə “Ayaks” daha yaxşı oynadı, sonradan meydana çıxan futbolçular daha effektiv oldu. Məğlubiyyət Nərimana görə olmadı. Yankoviç də çox səhv etmişdi. Onun üstünə ona görə düşmürük ki, oyunu ümumilikdə yaxşı səviyyədə keçirir. Bizim üçün ÇL-də olmağın özü uğurdu. Düzdü, qələbə istəyirdik. Amma... İnşallah, “Ayntraxt”ı udarıq. Düzdü, 7 xal da böyük nəticədi. Futbolla yaxından-uzaqdan əlaqəsi olmayan, futbolumuza heç bir xeyri olmayan, uduzan kimi komandanı tənqid edən psixoloqlar, blogerlər, stadiona gəlməyən, kluba xeyir verməyən insanlar “Qarabağ”a, Qurban müəllimə ağıl verməyə çalışır. Onsuz da bu adamlar daha pis olur. Demək olmaz ki, canınız sağ olsun, 7 xal toplamısız? “Qarabağ”ın adından reytinq yığmağa çalışırlar. Bilirlər ki, hamı baxacaq, gündəm mövzudu. Kimisə əzmək, günahlandırmaq vicdanlı iş deyil. Azərbaycan futbolunun siması U-19 komandamızın “Ayaks”a 0:8 uduzmasıdı. “Qarabağ” başqa dünyanın komandasıdı. Qurban müəllim, rəhbərlik, orda çalışanlar, futbolçular nəsə edir. Komandamıızın yanında olmalıyıq”.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Dekabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see140

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri