“İmişli” Qubaya köçməyə hazırlaşır işlər başladı
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Komandanın Premyer Liqada iştirakını təmin etmək məqsədilə “İmişli” klubu ev oyunlarını keçirəcəyi Quba Olimpiya İdman Kompleksi stadionunda artıq bir müddətdir ki, təmir və yenidənqurma işlərinə başlayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumay yayıb. Hazırda stadionda Peşəkar Futbol Liqasının (PFL) tələblərinə uyğun olaraq bir sıra əsaslı yeniliklər həyata keçirilir. Paltardəyişmə otaqları, o cümlədən hakimlər, AFFA nümayəndələri üçün nəzərdə tutulan otaqlar müasir standartlara uyğunlaşdırılır.
Konfrans zalı yaradılıb, media zonası hazır vəziyyətə gətirilir. O cümlədən CBC Sport-un yayım tələblərinə uyğun texniki platformalar quraşdırılır.
“İmişli” ev oyunlarını sentyabr ayından etibarən Quba şəhərində keçirməyi planlaşdırır. Bu məqsədlə bütün zəruri addımlar atılıb və prosesə nəzarət diqqətlə həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 21 Avqust 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















