Icma.az
close
up
RU
İmişli rayon Ağsaqqallar Şurasının Qaravəlli kənd ərazi təşkilatının təsis iclası keçirildi

İmişli rayon Ağsaqqallar Şurasının Qaravəlli kənd ərazi təşkilatının təsis iclası keçirildi

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişli rayon Ağsaqqallar Şurasının Qaravəlli kənd ərazi təşkilatının təsis iclası keçirilib.

Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, müavin Məmi Atakişiyev, aparat rəhbəri Murad Seyidov, sədrin milli münasibətlər üzrə köməkçisi Adil Kərimov, idarə heyətinin üzvü Famil İmanov və Qaravəlli kənd ağsaqqalları iştirak edirdi.

İlk öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin və yaxın zamanlarda dünyasını dəyəşən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov tədbir iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamladı.

Saleh müəllim Azərbaycanda, o cümlədən İmişli rayonunda ağsaqqallar şurasının fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrdən ətraflı şəkildə məlumat verdi. Cəmiyyətimizdə ağsaqqalların daim artan nüfuzunu qeyd edərək bildirdi ki, ağsaqqallar şurası öz fəaliyyətində milli- mənəvi dəyrlərimizi həmişə üstün tutmaqla, dövlətimizə, dövlətçiliyə və möhtərəm prezidentimizə sədaqətlə xidmət etmək nümunəsi göstərir. Ağsaqqallar şurası Azərbaycan vətəndaşının yanında olan, onu müdafiə edən ictimai, siyasi proseslərdə öndə gedən bir təşkilatdir. Saleh müəllim bu şərəfli yolda bütün ağsaqqallara əzmkrarlıq və uğurlar arzuladı.

Müzakirə olunan məsələ ətrafında çıxış edənlər: İmişli Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev, müavin Məmi Atakişiyev, sədrin milli münasibətlər üzrə köməkçisi Adil Kərimov, idarə heyətinin üzvü Famil İmanov və aparat rəhbəri Murad Seyidov Ağsaqqallar şurasının çoxşaxəli fəaliyyəti haqında fikirlərini tədbir iştirakçılarına çatdırdılar və Qaravəlli kənd ağsaqqallarına uğurlar arzuladılar.

Tədbirdə mövcud əsasnaməyə uyğun olaraq təşkilati məsələyə baxıldı. Açıq səsvermə yolu ilə 7 nəfərdən ibarət Qarəvəlli kənd ərazi təşkilatının aşağıdakı tərkibə idarə heyyəti üzvləri seçildi:

Tahir Quluyev, Adəm Əliyev, Yaqub Məhəmmədov, Ramiz Cahangirov, Nazim Zahidov, Səttar Əhmədov, Qənbər Babaşov.

Yeni seçilən idarə heyəti üzvləri sırasından səs çoxluğu ilə Tahir Quluyev- sədr, Adəm Əliyev- müavin və Yaqub Məhəmmədov- müavin seçildilər.

Yeni seçilən Qaravəlli kənd ağsaqqallar şurasının sədrinə və müavinlərə Azərbaycan Ağsaqqallar Şurasının xüsusi döş nişanları təqdim olundu. Qaravəlli kənd ağsaqqallar şurasının üzvləri təbrik edilərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulandı.

Tədbirin sonunda xatirə fotoları çəkildi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Aprel 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri