Icma.az
close
up
RU
İmişlidə 23 şagirdin 200 dən çox bal topladığı məktəbdən reportaj FOTO

İmişlidə 23 şagirdin 200 dən çox bal topladığı məktəbdən reportaj FOTO

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İmişli, 21 aprel, Aydın Yavərzadə, AZƏRTAC

İmişli şəhəri Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin şagirdləri buraxılış imtahanında qazandığı yüksək nəticələrlə seçiliblər. Hədəfləri isə növbəti dəfə imtahanda daha yüksək bal toplamaqdır.

AZƏRTAC-ın bölgə müxbiri şagirdlərlə söhbət edib, onların gələcək hədəfləri ilə bağlı qeydləri qələmə alıb.

Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında iştirakçı olan Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin şagirdlərindən 23 nəfəri 200-dən çox bal toplayıb. Həmin şagirdlərdən 15 nəfəri məktəbin 11 t sinifinin şagirdləridir. Onlar arasında ən yüksək nəticəni İsmayılov Fərid Zaur oğlu qazanıb.

Məktəb-liseyin texniki təmayüllü sinfinin şagirdi öz uğurunun sirrindən danışarkən bildirib ki, yüksək nəticə qazanmaq üçün ən başlıcası əzmlə çalışmaqdır. "İlk növbədə hədəflər uğrunda mübarizə aparmaq lazımdır. Təyin etdiyimiz həmin hədəf uğrunda əlimizdən gələn qədər mübarizə aparmalıyıq. Mən həkim olmağı qarşıma məqsəd qoymuşam. Bunun üçün də gecə-gündüz çalışıram. İlk mərhələdə (buraxılış imtahanında – red.) hədəfimə çox yaxınlaşdım. Növbəti imtahanda məqsədim 400 bal toplamaqdır”.

Sinifin yüksək bal toplayan ikinci şagirdi isə Aytən Həəsənovadır. Uğur qazanmağında müəllimlərinin və valideynlərinin böyük rolunun olduğunu söyləyən şagird deyib: “Buraxılış imtahanından 295 bal toplaya bildim. Əslində isə hədəfim 300 bal idi. Amma olmadı. Növbəti hədəfim blok imtahanda 400 bal toplamaqdır. Arzum isə Bakı Dövlət Universitetində riyaziyyat fakültəsində təhsil almaqdır”.

Məktəbdə kimya fənnindən dəsr deyən, şagirdlərin isə sinif müəllimi olan Kəminə Məmmədovanın sözlərinə görə, müəllim üçün ən qürurverici an zəhmətinin bəhrəsini görməkdir. “Şagirdlərimiz belə uğurlu nəticələrə davamlı və planlı şəkildə çalışmaqla nail olublar. Yüksək nəticə üçün əlbəttə ki, biliklə yanaşı əzm və zəhmət, eləcə də uşaqlar üçün yaradılmış pedaqoji mühitin sağlamlığı lazımdır. Biz əlimizdən gələn dəstəyi göstərdik. Onlar da bunun qarşılığını topladıqları balla göstərdilər. İnanıram ki, 11t sinfi imtahanın növbəti mərhələsində də yüksək nəticə göstərəcək", - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see324

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see277

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see222

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see193

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see175

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see149

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see141

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri