Rüfət özünü imtahandan az bal topladığı üçün öldürübmüş Şagirdin intiharının TƏFƏRRÜATI
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yevlax rayonunun R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbinin 11-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Rüfət Şirinli yaşadığı evin həyətində özünü asıb.
Moderator.az xəbər verir ki, adıçəkilən kəndin icra nümayəndəsi Elxan Səfərov "Teleqraf"a bildirib ki, şagirdin intiharına səbəb buraxılış imtahanında az bal toplaması olub.
Onun sözlərinə görə, şagird Polis Akademiyasına qəbul olmaq istəyirmiş: "Martın 2-də buraxılış imtahanı verib və 100-dən çox bal toplayıb. Amma qarşısına daha çox bal yığmağı məqsəd qoymuşdu. Çünki istədiyi ali məktəbə qəbul olmaq üçün yüksək bal lazım idi. Təəssüf ki, az bal topladığına görə özünə qəsd edib".
İcra nümayəndəsi söyləyib ki, Rüfət sakit təbiətli, mədəni bir gənc idi:
"Yaxşı uşaq idi, dərslərini də yaxşı oxuyurdu. Anası da müəllimdir. Ona ailəsindən heç bir təzyiq olmayıb. Ailədə iki qız, bir oğlan olublar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 03 Mart 2025 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















