Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? AÇIQLAMA
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Müəllimlərin əməkhaqlarının şagirdlərin nəticələrinə əsasən müəyyənləşdirilməsi ilə bağlı təkliflər son günlər yenidən gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, bu yanaşmanın müəllim fəaliyyətinin qiymətləndirilməsində nə dərəcədə effektiv və ədalətli olduğu müzakirə mövzusuna çevrilib. Bəs müəllimin maaşı şagirdin nəticəsinə bağlanmalıdırmı?
Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov Avtosfer.az-a açıqlamasında bildirib ki, müəllimin maaşının birbaşa şagird nəticələrindən asılı olması müsbət hal kimi qiymətləndirilə bilməz:

''Bu, sadəcə təşviq məqsədilə mükafatlandırma formasında tətbiq oluna bilər. Şagirdlər müxtəlif regionlardan və fərqli sosial-iqtisadi mühitlərdən gəlirlər. Onların ailə vəziyyəti, valideynlərinin təhsil səviyyəsi, dünyagörüşü, evdə kitabxananın olub-olmaması və digər amillər akademik nəticələrə birbaşa təsir göstərir. Buna görə də müəllimlərin maaşını birbaşa şagirdlərin nəticələrinə bağlamaq düzgün olmaz. Müəllimin baza maaşı olmalıdır və həmin maaşa müxtəlif meyarlar əsasında əlavələr edilə bilər. Magistratura və doktorantura təhsili, 10 ildən və ya 20 ildən artıq iş təcrübəsi, sertifikatlaşdırma nəticələri və şagirdlərin inkişaf göstəriciləri nəzərə alına bilər. Burada əsas meyar şagirdin yüksək bal toplaması və ya olimpiadada medal qazanması deyil, müəllimin şagirdi hansı səviyyədən hansı səviyyəyə çatdırması ola bilər. Şagirdlər ilin əvvəlində monitorinq zamanı 30 faiz nəticə göstərirsə, ilin sonunda bu göstərici müəllimin fəaliyyəti nəticəsində 70 faizə yüksəlirsə, burada 40 faizlik inkişafdan söhbət gedir. Digər müəllim isə ilin əvvəlində 80 faiz nəticə göstərən şagirdlərlə işləyir və ilin sonunda bu nəticəni 90 faizə çatdırır. Bu halda birinci müəllimin əldə etdiyi inkişaf daha yüksək qiymətləndirilməlidir''.
Ekspert qeyd edib ki, yəni əsas məsələ şagirdin hansı nəticə ilə başladığı və müəllimin onu hansı səviyyəyə çatdırdığıdır:
''Bu göstərici müəllimin baza maaşına təsir etməməli, əlavə mükafatlandırma və ya maaşa əlavə şəklində tətbiq oluna bilər. Şagird nəticələrinin qiymətləndirilməsi zamanı müəllimin əməyinin daha ədalətli qiymətləndirilməsi üçün magistratura və doktorantura təhsili, sertifikatlaşdırma nəticələri, iş təcrübəsi və digər peşəkar göstəricilər nəzərə alınmalıdır. Həmçinin məktəbdə dərnəklər yaradan və şagirdləri həmin istiqamətdə müntəzəm hazırlayan müəllimlərin fəaliyyəti də semestrlik və ya illik əlavə ödənişlərlə qiymətləndirilə bilər''.
Fatimə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Avqust 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















