Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Həmin qadağanı bir il daha uzatdılar

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

İMİŞLİDƏ SSRİ BAYRAĞI VƏ “GEORGİYEV LENTİ” Rayonda rusiyasayağı “Qələbə paradı”ını kim təşkil edib? + VİDEO

İMİŞLİDƏ SSRİ BAYRAĞI VƏ “GEORGİYEV LENTİ” Rayonda rusiyasayağı “Qələbə paradı”ını kim təşkil edib? + VİDEO

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təbii ki, Hitler faşizminə qarşı müharibədə Azərbaycan xalqının böyük itkilər verdiyini, qəhrəmanlıq, fədakarlıq göstərdiyini nəzərə alsaq, 9 mayın ölkəmizdə xüsusi qeyd edilməsində qeyri-adi heç nə yoxdur. Əksinə, bununla da həmin savaşda həlak olan həmvətənlərimizin ruhu yad edilmiş, onlara ehtiram göstərilmiş olur və sair.

Lakin İmişlidə bir neçə gün əvvəl 9 mayla bağlı keçirilən və sosial şəbəkələrdə görüntüləri yayımlanan tədbir bütün əndazələri aşıb. Sanki bu tədbir Azərbyacnda deyil, SSRİ-nin bərpası həsrətilə alışıb yanan Rusiya vilayətlərinin birində keçirilir. Ərazi SSRİ bayraqları ilə “bəzədilib”, tribunanın üzərində qırmızı SSRİ bayrağı dalğalanır. O SSRİ bayrağı ki, məsələn, 20 yanvarda həmin bayrağın altında Bakıya soxulan rus imperiya qoşunu yüzlərlə həmvətənimizi şəhid etmişdi… Bundan əlavə, iştirakçıların yaxasına Rusiya imperiyasının işğalçılıq simvolu hesab edilən və bir çox ölkələrdə rəsmən qadağan edilmiş “Georgiyev lenti” taxılıb, fonda SSRİ-nin əzəmətini ifadə edən musiqi səslənir, rus dilində çıxışlar edilir və sair. Yeri gəlmişkən, rus dilində çıxış edənlər Rusiyadan gələn hansısa qonaqlar yox, Azərbaycanın dövlət dilini bilməyə və rəsmi tədbirdə, ictimaiyyət qarşısında bu dildə danışmağa borclu olan Azərbaycan vətəndaşlarıdır…


Bu mənzərəyə baxanda, sanki bir anlıq Azərbaycanın SSRİ adı qoyulan rus-kommunist işğalı dövründəki tədbirlərə qayıdırsan. Bircə qırmızı qalstuklu uşaqlar, Leninin heykəli və Stalinin portretləri çatışmır…

Bəs, İmişlidəki bu “qələbə paradı”nı təşkil edən SSRİ və rus sevdalıları kimlərdir? Belə məlum olur ki, əsas təşkilatçı İmişli rayon Ağsaqqallar Şurası adlı təşkilatdır. Bu ağsaqqalların “baş ağsaqqalı” isə 1962-ci il təvəllüdlü, yəni, hələ pensiya yaşına belə çatmamış Saleh Səmədov adlı şəxsdir. Belə məlum olur ki, bütün bu “SSRİ nostaljisi” və Rusiya təbliğatı qoxusu verən təmtəraqı da həmin tədbirə şəxsi “Rols-roys”u ilə təşrif buyurmuş S.Səmədovdur…

 Saleh Səmədov

Kiçik araşdırmadan aydın olur ki, bu şəxs İmişlidə kifayət qədər tanınan “məmur-biznesmen”dir. Üstəgəl də YAP İmişli Rayon Təşkilatının "Energetik" Ərazi Partiya Təşkilatının sədridir. Onun bioqrafiyasında anbar müdirliyindən “bazarkom”luğa, icra başçısı müavinliyindən MMC rəhbərinə qədər hər cür vəzifələr var. 1992-2003-cü illərdə Respublika Bazarlar İdarəsinin rəisi, sonra Bakı Baş Ticarət İdarəsi rəisinin müavini, Səbael rayon Ticarət və İctimai İaşə İdarəsinin rəisi, Nərimanov rayon Ticarət Departamentinin rəisi, İmişli Rayon Məşğulluq Mərkəzinin direktoru, arada “FM-RUS” Kommersiya Firmasının direktoru və “Araz” MMC firmasının təsisçisi, eləcə də Bakı Şəhəri İstehlak Bazarı və Xidməti Departamentində idarə rəisi, İmişli Rayon icra başçısının müavini, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsinin rəisi, 2018-2020-ci illərdə isə Azərbaycan Metrologiya İnstitutunun baş direktoru olub. Bütün bu vəzifələri ona görə sadalayırıq ki, İmişlinin Sarıxanlı kəndinə bir neçə 100 min dollar qiyməti olan lyuks avtomobili ilə gedən və orada sözügedən tədbiri təşkil edən şəxsin bu kahkəşanının əsl mənbəyi barədə təsəvvürünüz olsun…

Nəhayət, maraqlı olan Rusiyanın məlum təyyarəmizin vurulması da daxil olmaqla Azərbaycana qarşı təxribatları, təzyiqləri, kiberhücumları, eləcə də Azərbaycanın Moskvadakı 9 may paradından imtinası fonunda bu cür açıq SSRİ və Rusiya atributları ilə zəngin, Kreml narrativlərinə uyğun tədbirə İmişli İcra Hakimiyyəti və YAP rayon təşkilatının münasibətidir. 

Elçin Rzayev

Bu tədbir kimə, nəyə xidmət edir və onun bu formada keçirilməsi kimin marağına uyğundur? Yəqin ki, İmişlinin icra başçısı Elçin Rzayev və rayonu parlamentdə təmsil edən iki deputat bu tədbirdən xəbərsiz deyillər. Əgər xəbərləri varsa, onların yuxarıda verilən suallara cavabı maraqlı olardı…

Cəlal Məmmədli

“AzPolitika.info” 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 May 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see264

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see245

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see200

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see174

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see154

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see137

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see134

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see133

Həmin qadağanı bir il daha uzatdılar

26 Dekabr 2025 02:14see129

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri