Icma.az
close
up
RU
“İmişli”nin icarçı direktoru: Əcnəbi məşqçilərlə danışıqlar aparılır

“İmişli”nin icarçı direktoru: Əcnəbi məşqçilərlə danışıqlar aparılır

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Növbəti mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq "İmişli"nin baş məşqçisi Fərid Namazovla müqaviləsi başa çatsa da yeni çalışdırıcısının adına hələlik aydınlıq gəlməyib.

İdman.biz xəbər verir ki, klubun icarçı direktoru Aqşin Mürsəlov bu barədə QOL.az saytına açıqlama verib.

O, bir neçə mütəxəssislə danışıq apardıqlarını söyləyib: “Biz portuqaliyalı, türkiyəli, ingiltərəli mütəxəssislə və iki yerli məşqçi ilə danışıqlar aparırıq. İdarə heyəti iyun ayının 20-dən sonra bir araya gələcək. O zaman yekun qərar veriləcək".

Klub rəsmisi Pro kateqoriyası olmayan portuqaliyalı mütəxəssis Kristian Souza ilə ilkin razılıq əldə etmələri ilə bağlı xəbərləri isə təkzib edib: “Bildirdiyiniz məşqiçi ilə danişıqlar aparmamışıq. Biz başqa məşqçilərlə danışırıq. Hansı ki, hamısı PRO kateqoriyalı məşqçilərdir. Yalniz Fərid Namazov hazırda Pro kateqoriyası üzrə təhsil alır. Biz Pro kateqoriyasından kənar baş məşqçi gətirməyi fikirləşmirik”.

Mürsəlov ev oyunlarını Premyer Liqaya tam hazır olmayan İmişli şəhər stadionunda, yoxsa başqa arenada keçirəcəkləri ilə bağlı suala da cavab verib: "Stadionla əlaqədar dəqiq bir söz yoxdur. Biz AFFA-nın stadionun hüquqi məsələləri ilə bağlı dəstək göstərməyini gözləyirik. Sağ olsunlar, bununla bağlı dəstək göstərəcəklərini bildiriblər. Biz İmişlini təmsil edirik. Məqsədimiz ev oyunlarımızı öz doğma stadionumuzda keçirməkdir. Müvəqqəti olaraq ev oyunlarımızı başqa stadionlarda keçirmək ehtimalımız da var. Nəzərə alaq ki, bu, müvəqqəti xarakter daşıyacaq. Digər klublar kimi, bizim də bundan istifadə etmək hüququmuzun olduğunu düşünürük".

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 İyun 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri