Icma.az
close
up
RU
İmişlinin Tuqay meşələrində yulğun ağacları 50 faizə qədər artıb AZƏRTAC

İmişlinin Tuqay meşələrində yulğun ağacları 50 faizə qədər artıb AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

İmişli, 18 noyabr, Aydın Yavərzadə AZƏRTAC

Kür-Araz ovalığında yerləşən İmişli rayonu ərazisi həm də adı qırmızı kitaba düşən yulğun ağaclarının məskənidir. Həmin ərazidə Yulğun ağacları əsasən Tuqay meşələrində daha geniş yayılıb. Son illərdə isə bu ağacların ciddi şəkildə artımı müşahidə edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə yulğun ağaclarına əsasən Araz və Kür çayı sahillərində daha çox rast gəlinir. Son illərdə isə bu ağacların artması çay kənarlarında əsrarəngiz gözəllik yaratmaqla yanaşı, oksigen mənbəyi olaraq böyük potensial mənbəyinə çevrilib.

Bioloq Gülüstan Quliyev deyir ki, yulğun bitkisinin adı latınca tamarix olaraq bilinir və bir çox əhəmiyyətləri var: “Yulğun ağacı yulğunkimilər fəsiləsinə aid olan bitkidir və dünyada bir çox növü var. Onların arasında florida, koç, 4 erkəkcikli, 8 erkəkcikli, meyr yulğunu daha çox yayılan növlərdir. Qafqaz ərazisində yulğunun 10 növü bitir ki, bunun da 7-si Azərbycanın payına düşür. Yulğun bitkisi əsasən düzənlik, dağətəyi, yarımsəhra və bozqır tipli ərazilərdə yayılır. Bu bitki quraqlığa davamlı olması ilə yanaşı, çay kənarı ərazilərində də yayılır. Yulğun növləri bir-birinə çox bənzəsə də onları fərlqləndirən cəhətlər də var ki, bunu da gövdədən, rəng və yarpaq qurluşundan ayırd etmək olur. Məsələn, 4 erkəkcikli yulğunun gövdəsi boz və qara-boz rəng olur, yarpaqları isə kiçik və pulcuq şəkillidir. Meyr yulğununda isə yarpaqlar lanseft şəkilli olmaqla uzunsovdur. Yulğun bitkisi çox əhəmiyyətli olmaqla yanaşı, həm də gözəl çiçəkləri olan ağacdır. Bu ağaclar aprel-may ayında ağ və çəhrayı rəngli çiçəklər açır, daha sonra toxum verir ki, bu da yulğun ağaclarını çiliklə bərabər həm də toxumla artırmağa imkan verir. Yulğunun ən üstün cəhəti isə digər bitkilərdən daha çox oksigen verməsidir. Eyni zamanda, yulğunluq ərazinin havası, hətta onun tüstüsü ağciyər və tənəfüs yolları üçün müalicəvi əhəmiyyətə malikdir”.

Uzun illərdən bəri meşəbəyi çalışan Qərtəman Ələkbərov son illər ərzində İmişli rayonu ərazisində yulğun ağaclarının artmasının müşahidə edildiyini bildirir: “Azərbaycan ərazisində yulğun bitkisinin ən çox yayıldığı ərazi Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası və Kür-Araz ovalığının payına düşür. İmişli ərazisində isə yulğun ağacları Araz çayı boyunca yerləşən 2000 hektardan, Kür çayı boyunca isə 2500 hektardan çox olan Tuqay meşlərində daha çox yer alır. Hündürlüyü 6 metrədək olan bu ağaclar əsasən təbii bərpa yolu ilə çoxalır. Bu ağaclar təbiətdəki bir çox canlılar üçün sığınacaq rolu da oynayır. Eyni zamanda, yulğunluq sahəsinin havası çox müalicəvi əhəmiyyətə malikdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri