Icma.az
close
up
RU
İmkan vermədik, yoxsa danışardı RADİO

İmkan vermədik, yoxsa danışardı RADİO

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

7 may dünya elm və texnikası tarixinə radionun ad günü kimi daxil olub. 1895-ci ilin məhz bu günü rus fiziki Aleksandr Stepanoviç Popov radioəlaqənin ilk seansının həyata keçirilməsilə bağlı məruzə ilə çıxış edərək dünyada ilk radioqəbuledicini təqdim etmişdi. Və nə gözəl də etmişdi. Bu gündən dünənki-radiolu günlərimzə nəzər salarkən, hər zaman yalnız belə düşünmək olar.

Bu gün yadıma illər öncə hər birimizin evində divarlardan asılan, dolabların başında, masaların üzərində yeri olan radiolar düşdü. Gecə-gündüz oradaca bizi xəbərlərlə, əyləncəli verilişlərlə, konsert proqramları ilə təmin edən, uşaqlığımızın nağılı olan radiolar.

Bütün günü açıq olurdu. Ölkənin hər yerindən, hətta xarici xəbərlər bülleteni ilə dünyadan da xəbərdar olurduq. Gecə bir az səsini azaldırdıq. Oradaca nənə-babalarımız demişkən, “danışırdı”.

Bu gün isə bütün ölkəni gəzsək, bəlkə də bir evdə belə radio tapa bilmərik. Çünki onun yerini sosial şəbəkələr alıb. O sosial şəbəkələr ki, bütün günü oradayıq. Bizi real həyatımızdan virtual həyata şirnikləndirən sosial aləm: radiomuz da, televizorumuz da, söhbət, görüş yerimiz də oradadır. Məktublaşmağımız, hal-xoş etməyimiz də oradadır.

Bu gün radio yalnız kimin maşını varsa, oradadır. Maşında digər vasitələrdən istifadə edə bilmədiyimiz üçün məcburən radionu açmalı oluruq. Uzaq səfərlər zamanı, şəhərdə tıxacda qalan zaman dadımıza radio çatır. Vaxtımızı doldurmaq, öldürmək üçün bir musiqi dinləyirik, istər-istəməz ölkə xəbərlərindən məlumatlı oluruq, bəzi verilişləri dinləmək məcburiyyətində qalırıq.

Deməli, radionu yalnız ölkədə sürücülər dinləyir. Bir də maşında olanlar və ya taksi xidmətindən istifadə edənlər. Onlar da ki, təbii ki, bir saatadək və ya ondan da xeyli az vaxt ərzində.

Radionu verdik sosial şəbəkələrə qurban. İndi evlərimizdə, işdə, küçədə, bir sözlə, hər yerdə yanımızda telefon var. Biz istədiyimiz məlumatı da ondan alırıq, radio kimi də ondan istifadə edirik. Lakin əvvəlki radiolardan aldığımız “doğmalığı” müasir texnologiyadan, süni intellektdən ala bilirikmi? Əlbəttə, yox.

Lakin nə etməli ki, qısa zaman kəsiyində qapı-pəncərələrimizi internetin üzünə elə görməmişliklə açdıq, onu yuxarı başa elə dəvət etdik ki, oldu ev sahibi. Artıq gecdir onu evdən çıxara bilməyimiz. İnternet olub həyatımızın bir parçası. Xeyiri xeyrimizdir. Xeyrindən çox zərərləri isə bizdən qopara-qopara gedir. Haradək, bax, bu suala hələ ki, cavab tapa bilən çox az insan var.

Danışmayan, artıq susan radioları xatırlayan mənim kimi minlərlə insan var bu gün. O radiolardan mənəvi zənginlik alan insanlar. Vaxt gələcək o insanlar da radiolar kimi torpağa qovuşacaq. Ondan sonra isə bizim övladlarımız və onların övladları tamamilə bu gün sürətlə həyatımıza daxil edilən süni intellektlə baş-başa qalacaq: onların radiosu da, televiziyası da, mətbuatı da o olacaq.

Təəssüf edək, yoxsa zamanın tələbidir deyib, baş əyək, bax, bu seçim qarşısında hələlik bir söz demək çətindir... Lakin onu düşünmək o qədər çətin deyil ki, imkan versəydik, danışardı Radio. Amma vermədik.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri