Ukrayna ssenarisinin Gürcüstanda təkrarlanmasına imkan vermədik Kobaxidze
Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Biz Ukraynada baş verən ssenarinin Gürcüstanda təkrarlanmaması üçün hər şey etdik”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, gürcü cəmiyyəti daha təcrübəlidir və onun dəstəyi ilə hökumət Gürcüstan üçün ciddi təhlükələrdən xilas ola bildi.
“Ukrayna məhv edilib, əhalinin təqribən dörddə biri ölkəni tərk edib və məcburi köçkünə çevrilib. Yüz minlərlə ukraynalı həlak olub. Bunların hamısı Ukraynada ona görə baş verdi ki, cəmiyyət o zaman lazımı ehtiyat göstərmədi. Gürcüstan cəmiyyəti daha təcrübəli olduğundan biz ilk növbədə, ölkəmiz üçün müharibədən qurtulduq”, - İ.Kobaxidze söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















