İrlandiyalı basketbolçu: “Azərbaycanın müdafiəçilərinə imkan vermədik”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Hər oyuna qələbə üçün çıxırıq. Tapşırıqları düzgün yerinə yetirdikdə buna nail oluruq”.
Bunu İdman.biz-ə İrlandiya millisinin basketbolçusu Neal Quinn deyib.
O, DÇ-2027-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşmanı şərh edib. Quinnin sözlərinə görə, 15 xal fərqilə qalib gəldikləri matç çətin keçib: “Ötürmələr və ya top itkilərini nəzərə alsaq, hər iki komanda səliqəsiz oynadı. Əvvəlcədən çətin bir qarşılaşma olacağını bilirdik. Doğrudan da, gözlədiyimiz kimi alındı. Rəqibin müdafiəçilərinə imkan vermədik. Hallı maksimum dərəcədə bağlamaq əsas niyyətimiz idi. Lazımi yerlərdə yaxşı müdafiə olunduq və önəmli xallar qazanaraq üstünlüyümüzü sona qədər qoruduq. Oyunun sonlarında isə güclü çıxış edərək qələbəni təmin etdik”.
Qeyd edək ki, Azərbaycan qarşılaşmada 64:79 hesabı ilə uduzub. Yığmamız 7 xalla qrup sonuncusu olub və tsikli cəmi 1 qələbə ilə başa vurub.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 24 Fevral 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















