İmkanım olsaydı, Paşinyanı təbrik edərdim Partiya sədrindən hadisə kimi açıqlama
Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Paşinyanın qalib gəlməsi həm Ermənistanda, həm də bütövlükdə Cənubi Qafqazda son illərdə gedən proseslərin davamlılığını təmin etdi. Bu nəticə, eyni zamanda, Ermənistanın Rusiyadan tam asılılıqdan uzaqlaşmaq istiqamətində irəlilədiyini göstərir.
Təbii ki, Rusiya Ermənistanı asanlıqla öz təsir dairəsindən buraxmayacaq və müəyyən müddət ərzində ölkədəki proseslərə təsir göstərməyə çalışacaq. Lakin Robert Köçəryanın qalib gələcəyi təqdirdə Rusiyanın Cənubi Qafqaz siyasəti əvvəlki mərhələsinə qayıda bilərdi. Bu halda regionda yenidən gərginlik və qarşıdurma riskləri arta, münaqişə mühiti formalaşa bilərdi".
Bu sözləri "Sitat.info"ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, Paşinyanın qələbəsi Cənubi Qafqazın gələcəyi üçün mühüm siyasi və geosiyasi hadisədir:
"Paşinyanın qələbəsi təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün mühüm siyasi və geosiyasi hadisədir.
Mən Paşinyanın qələbəsini müsbət qiymətləndirirəm. Çünki, Qafqaz xalqları düşmənçilik və qarşıdurma siyasəti ilə deyil, əməkdaşlıq və qarşılıqlı inkişaf yolu ilə irəliləyə bilər. Uzun illər region ölkələri bir-birinin inkişafına mane olan siyasətlərin şahidi olub. İndi isə Cənubi Qafqazın tədricən daha normal geosiyasi məkana çevrildiyini görürük. Ümid edirəm ki, yaxın gələcəkdə region münaqişələr zonasından əməkdaşlıq zonasına çevriləcək.
ABŞ və Qərbin Ermənistana verdiyi dəstək, eləcə də ölkə daxilində aparılan islahatlar nəticəsində korrupsiya və seçki saxtakarlığı kimi problemlər əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. Paşinyanın seçkilərdə demokratik şəkildə qələbə qazanması da bunun göstəricisidir.
Ermənistan cəmiyyətinin son illərdə demokratiyaya, Qərbə inteqrasiyaya və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə doğru daha inamlı addımlar atdığı müşahidə olunur. Ermənistan təcrübəsi göstərir ki, bir ölkədə korrupsiya və seçki saxtakarlığı minimuma endirilərsə, hətta ağır milli məğlubiyyətlər belə dövlət institutlarını sarsıtmaz və cəmiyyətin gələcəyə inamını tamamilə məhv etməz.
Ermənistan Qarabağ müharibəsindən sonra ciddi psixoloji sarsıntı yaşamışdı. Lakin ölkə tədricən həmin mərhələni geridə qoymağa çalışır və itirilən imkanları başqa sahələrdə kompensasiya etmək üçün addımlar atır. Bu da Ermənistan vətəndaşlarının daha sabit və firavan gələcəyi üçün vacib amillərdən biridir.
Hətta imkanım olsaydı, Paşinyanı təbrik edərdim. Çünki onun qələbəsi bu və ya digər formada Azərbaycan əleyhinə müxtəlif geosiyasi oyunların həyata keçirilməsinin qarşısında müəyyən maneə rolunu oynaya bilər".
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 08 İyun 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















