Icma.az
close
up
RU
Qələmi süngüyə çevirməyin vaxtıdır! İkinci Dünya müharibəsi illərində mətbuat və ədəbiyyat

Qələmi süngüyə çevirməyin vaxtıdır! İkinci Dünya müharibəsi illərində mətbuat və ədəbiyyat

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün 9 May - faşizm üzərində qələbə günüdür.

Kulis.az İkinci Dünya müharibəsi vaxtı Azərbaycan mətbuatının vəziyyəti, o illərdə dərc olunan qəzetlərdəki məqalələrin məzmunu haqqında araşdırmanı təqdim edir.
İkinci Dünya müharibəsi illərində Azərbaycan mətbuatı "dinc sovet həyatını pozan azğın faşistlərə” qarşı siyasi-ideoloji savaş elan etmişdi. Düşmənlərə qarşı mübarizə şüarları qəzet səhifələrini bəzəyirdi.
Müharibənin başlanması haqda ilk dəfə"Kommunist” qəzeti xəbər vermişdi. Qəzet həmin sayında Molotovun çıxışını, SSRİ-nin ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan olunması barədə qərarını çap etmişdi.

"Kommunist”in ilk səhifəsində Azərbaycanın tanınmış ziyalılarının, şair və yazıçılarının müharibə əleyhinə Bakıda keçirilən mitinq və yığıncaqlardakı çıxışları rəsmi informasiya agentliyi olan AzərTAC-ın "Vətəni var qüvvəmizlə müdafiə edəcəyik” müraciəti yığcam şəkildə oxuculara çatdırılırdı.
Redaksiya heyəti adından nəşr olunan "Ədəbiyyat və incəsənət” qəzeti müharibənin başlanma xəbərindən 6 gün sonra, 1941-ci il iyunun 29-da oxuculara çatdırıldı.
Qəzetin həmin sayında "Stalin uğrunda, Vətən uğrunda” adlı baş məqalə və bir sıra gənc şair və yazıçıların xalqa müraciəti kifayət qədər diqqəti çəkir. Əli Vəliyev, Mir Cəlal, Həmid Araslı, Mikayıl Rzaquluzadə və Süleyman Vəliyevin imzaladığı "Qəhrəman qızıl ordu sıralarına” adlı müraciətdə deyilirdi: "Artıq zaman bu hökmü vermiş, qızıl qələmlərin odlu süngülərə çevrilməsi vaxtı çatmışdır. Qudurğan faşizmin qəti ölüm dəqiqələri yaxınlaşmışdır. Biz - yazıçılar hələlik cəbhəyə, qəhrəman və mərd döyüşlərə doğru gedirik”.

Mətbuat tarixi araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, II hissə, 1920-1990-cı illər” əsərində müharibə illərində mətbuatın vəziyyətinə xüsusi diqqət ayırıb. Müəllif araşdırmasında bildirib ki, ölkənin səfərbərliyə alınması üçün Azərbaycan sovet mətbuatı partiyanın kəsərli bir silahına çevrilib. Sənaye, nəqliyyat və kənd təsərrüfatını müharibənin tələblərinə uyğunlaşdırmaqda ciddi təbliğat və təşviqat işinə başlayıb, fəaliyyətini bu istiqamətdə qurub.

Müharibənin ilk aylarında mətbuatda ideoloji iş qaydalarını və təbliğatın konkret istiqamətlərini müəyyənləşdirmək üçün qərar qəbul edildi. Qərarda respublika mətbuatından öz fəaliyyətlərini yenidən qurmaq, iş üslublarını hərbi qaydalara uyğunlaşdırmaq tələb olunurdu. Respublikanın partiya qəzetləri döyüş bölgələrində vəziyyəti və yerli həyatı geniş işıqlandırmağa başladı, məxsusi olaraq, neft sənayesi işçilərinin fəaliyyətinə geniş yer verildi.
Belə ki, İkinci Dünya müharibəsində neft ehtiyacının 75 faizini Bakı ödəyirdi ki, bu da Azərbaycan neftçilərindən gecəni gündüzə qatan gərgin iş tələb edirdi. Azərbaycan mətbuatı məxsusi olaraq neft sənayesinə diqqət yönəldir, arxa cəbhədə fədakarlıq göstərən neftçilərə mənəvi ruh verir, onları qələbələrə çağırırdı. Bu sahəyə həsr olunan materiallara səfərbəredici başlıqlar qoyulurdu. "Kommunist”, "Bakinski raboçi”, "Ədəbiyyat və incəsənət” kimi mərkəzi mətbuat orqanları müharibənin ilk ayında bu mövzuda 50-dən çox baş məqalə, habelə partiya, sovet və təsərrüfat işçilərinin məqaləsini dərc edib.

Təbliğat və ideoloji baxımdan fəaliyyətinin mərkəzi mətbuatın prinsipləri, direktivləri üzərində kökləyən Azərbaycan mətbuatı öz iş sistemində Leninin belə bir tövsiyəsinə əsaslanırdı ki, müharibənin nəticəsi kütlələrin şüurluluğundan, onların müharibəni nə dərəcədə düzgün başa düşmələrindən, bu məqsədlərin onlara yaxın olub-olmamasından asılıdır.
Mətbuat səhifələrində Lenin və Stalinin şəxsiyyəti ön planda təsvir olunur, sosializmin imperializm tərəfindən sınağa çəkildiyi vurğulanırdı. Faşizmin cəmiyyət üçün təhlükəliliyi məqalələrin, ədəbi nümunələrin əsas qayəsini təşkil edirdi. Müharibənin başlanma xəbərini dərc edən qəzetlərin ilk səhifəsini Stalinin iri portreti bəzəyirdi. Ziyalılar, dövrün tanınmış qələm sahibləri alman faşizminə qarşı mübarizədə Stalin şəxsiyyətinin, qətiyyət və igidliyinin tərənnümü ilə məşğul idi. Onlar qələbənin əldə olunmasında şəxsiyyət faktorunu önə çəkirdilər. İnsanların silaha sarılıb Vətəni müdafiə etməsi üçün mitinqlərdən, kütləvi tədbirlərdən geniş istifadə olunurdu. Bir qayda olaraq bu cür tədbirlərdə şair və yazıçılar emosional ovqatda, vətənpərvərlik ruhunda şeirlər oxuyur, şüarlar səsləndirirdilər.

"Kommunist”, "Bakinski raboçi”, "Ədəbiyyat və incəsənət” qəzetində bu cür tədbirlərə bütöv səhifələr ayırırdı.
Sözügedən qəzetin 23 iyun tarixli 25-ci sayında "Faşizmə ölüm” reportajı Bakı əhalisi üçün şair və yazıçıların, ziyalıların, sənət adamlarının təşkil etdikləri mitinqə həsr olunub.
Qəzetlərin manşetlərində, səhifələrin başlıqlarında, demək olar ki, məqalələrin böyük qismində faşizmə nifrət ruhunda şüarlar dərc olunurdu. Bu baxımdan "Kommunist” qəzetinin 24 iyun sayında "Qəhrəman xalqın qüdrətli səsi” məqaləsinin sonunda dərc olunan şüarlara diqqət çəkmək yetərlidir: "Azğın düşməni axıradək məhv edəcəyik”, "Vətənin çağırışına səs verməyə hazırıq”, "Əmək cəbhəsində namusla çalışacağıq”, "Biz qalib gələcəyik!”.
Bu şüarlar insanları səfərbərliyə, düşmənlərə qarşı mübarizəyə çağırır, vətəndaşların müqavimət gücünü artırır, vahid ideya ətrafında həmrəyliyini yaradırdı.
"Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı sonralar respublika mətbuatının aparıcı şüarına çevrildi.
Bakı ziyalılarının keçirdiyi ümumşəhər mitinqi "Kommunist”, "Ədəbiyyat və incəsənət”, "Bakinski raboçi” qəzetlərində reportajlar şəklində çap olundu, ziyalıların vətəni müdafiəsində zəhmətkeşlərlə çiyin-çiyinə dayandığı əksini tapırdı.
Müharibə dövrü jurnalistikası həcmcə yığcamlığı, konkret faktlara bağlılığı və faşizmin xalqlara ölüm, işgəncə, dilənçilik gətirən bir bəla olduğunu oxuculara təlqin etməyi ilə seçilirdi.
Publisist söz görkəmli şəxsiyyətlərin dilindən eşidiləndə, yaxud qələminin məhsulu olanda xalqın mübarizə əzmi və qələbəyə inamı artırdı. Ona görə də mədəniyyət xadimlərinin, ilk növbədə şair və yazıçıların, elm adamlarının qəzetlərdə dərc edilən məqalələri mübarizə ovqatı yaradırdı.
Müharibənin gedişi ərəfəsində Mehdi Hüseyn, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, İlyas Əfəndiyev, Əli Vəliyev, Mir Cəlal kimi söz ustadlarının imzaları "Kommunist”, "Bakinski raboçi”, "Ədəbiyyat və incəsənət” və digər mətbuat orqanlarında görünürdü. Onların alov tökülən məktub və məqalələri, oçerkləri, şeir və hekayələri xalqın düşmənə qarşı nifrət hissini artırır, onları faşizm əleyhinə ölüm-dirim mübarizəsinə səsləyirdi. Düşmənə nifrət və şüarlarla dolu olan yazılarda ziyalıların, ədiblərin mövqeləri dərc olunur, onların xalqa ünvanladıqları müraciətlər əksini tapırdı.
Zəhmətkeşləri ruhlandıran şeir və hekayələr demək olar ki, qəzetlərin hər nömrəsində işıq üzü görürdü. Mirvarid Dilbazinin neft sənayesində çalışanlara ünvanladığı "Neft gərəkdir cəbhəyə” şeirini bu baxımdan nümunə göstərmək olar. Qəzetlərdə bəzən Hitleri ələ salan lətifələrdən, satirik şeirlərdən də istifadə olunurdu.

"Ədəbiyyat və incəsənət” qəzetində "Hitler və şəkil” lətifəsində faşizm ideoloqu ələ salınırdı. "Dövlətə çox şey verəcəyik, dövlətdən az şey tələb edəcəyik” şüarı məqalələrin əsas qayəsini, ana xəttini təşkil edir, insanların daha çox zəhmət çəkməsini təbliğ edirdi.

Mətbuat və radio ilə aparılan əsas təbliğat ona əsaslanırdı ki, müharibədə qələbə fabrik-zavodlarda, mədənlərdə, kolxoz və sovxozlarda, nəqliyyatda işin nümunəvi, müharibə dövrünün tələblərinə uyğun şəkildə aparılması nəticəsində qazanılır. Mətbuat iki-üç və daha çox adamı əvəz edən qəhrəmanlar haqqında oçerklər, müəssisələrdən reportajlar hazırlayırdılar. Staxanov əmək metodları, çoxlu dəzgahlara xidmət etmək üsulu daha böyük sürətlə yayılmağa başlamışdı. Staxanovçu qəhrəmanlar tez-tez qəzet səhifələrində görünür, barələrində oçerklər, məqalələr yazılır, iri ölçüdə şəkilləri çap edilirdi. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi fədakarlıq alimlər tərəfindən tədqiq olunmuş, araşdırmalar aparılmış, bu sahədə bir neçə monoqrafiya çap edilmişdi.

Azərbaycan mətbuatı səhifələrində dərc olunan materiallar da professor Nəsir İmanquliyev tərəfindən tədqiq edilib. Arxiv sənədləri, zəngin faktiki material əsasında "Zəhmətkeşlərin əmək qəhrəmanlığı uğrunda” kitabı 1968-ci ildə çap olunub.
Professor N.İmanquliyevin araşdırmasına görə, müharibə şəraitinin ağırlığına və redaksiyanın yaradıcı işçilərinin xeyli hissəsinin cəbhəyə getməsi səbəbindən törənən çətinliyə baxmayaraq qəzetlər neft mədənləri, sənaye müəssisələri ilə daim əlaqə saxlayır, hər bir yenilikdən, vətənpərvərlik təşəbbüslərindən xəbər tutur və aldıqları informasiyaları işıqlandırırdı.
Müharibənin ilk illərindən, demək olar ki, sonunadək "Kommunist” qəzetinin baş redaktoru vəzifəsində çalışmış Rza Quliyev öz xatirələrini "Şanlı səhifələr” kitabında oxuculara çatdırır: "Müharibə şəraitində qəzetin rol və əhəmiyyəti, məsuliyyət və məqsədi ikiqat artıq idi. Məhz buna görədir ki, biz qəzetin hər nömrəsi üzərində çox fikirləşir, məqalə və yazıların, sərlövhə və başlıqların hər dəfə düşmənə qarşı mübarizəyə yönəldilməsinə çalışır, fəhlələrə, kolxozçulara və ziyalılara arxalanırdıq. Belə ciddi anlarda qəzet xalqla daha sıx bağlı olmalı idi”.
Qəzetin informasiya siyasətinə diqqət yönəldən R.Quliyev o dövr üçün aktual olan cəbhə xəbərlərinin dərcinə üstünlük verdiklərini qeyd edərək yazır: "Hamının nəzəri cəbhəyə dikilmişdi. Buna görə də respublikamızın zəhmətkeşləri İkinci Dünya müharibəsi cəbhələrindən alınan müxtəlif xəbərlərlə, Sovet Məlumat Bürosunun məlumatları, Baş Komandanın əmirləri ilə tanış olmaq üçün qəzetin hər bir nömrəsini səbirsizliklə gözləyirdi”.

Cəbhədə ordu sıralarında döyüşən yazıçı və jurnalistlərin yazılarını, şeir və hekayələrini, oçerklərini mütəmadi dərc edən "Kommunist”in baş redaktoru onların adlarını sadalayır: "Məmməd Rahimin, Abbas Zamanovun, S.Rüstəmin, Əli Vəliyevin, İbrahim Novruzovun, Nüsrət Bağırovun, Qafar Rəcəbovun və başqalarının tez-tez yazılarını çap edirdik”.
Müxtəlif cəbhələrdə qəhrəmanlıqla döyüşən Azərbaycan xalqının mübariz övladları ilə bağlı oçerklər, bədii yazılar, geniş araşdırmalar dövri mətbuat orqanlarında dərc olunurdu. 1942-ci ilin 1 yanvar sayında "Kommunist” qəzeti Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəhrəmanlığından vəcdə gələrək irihəcmli məqalə çap etdi. Cəsur təyyarəçi Hüseynbala Əliyevin 17 yara almasına baxmayaraq iki düşmən təyyarəsini sıradan çıxarıb, üçüncüsünü qaçmağa vadar edərək, təyyarəni xətərsiz yerə endirməyi mərkəzi mətbuat orqanlarının əsas mövzusuna çevrildi.
Bütün mətbuat orqanları 1942-ci ilin dekabrın sonlarından Azərbaycanın bu şanlı qəhrəman övladının fədakarlığına, mübarizliyinə onlarla məqalə, şeir, hekayə, oçerk həsr etdi. Bütün qüvvələrin alman-faşist işğalçılarına qarşı mübarizəyə səfərbər olduğu dövrdə "Azərbaycan” jurnalının varisi olan "Revolyusiya i kultura” jurnalı zamanın tələbinə uyğun ad dəyişikliyinə uğradı. Jurnal "Vətən uğrunda” adı ilə nəşr olundu.

Müharibə illərində "Vətən uğrunda” adı ilə nəşr olunan "Azərbaycan” jurnalının qarşısında duran ən mühüm vəzifə ədəbi janrların, o cümlədən ədəbi tənqidin faşizmin maddi və mənəvi sərvətlərə amansız düşmən olduğunu oxuculara çatdırmaqdan ibarət idi.
Bu dövrdə jurnalda peşəkar tənqidçi və ədəbiyyatşünaslarla yanaşı, filosof və tarixçilər də ardıcıl məqalələrlə çıxış edirdilər. Onların ən yaxşı məqalələri günün tələblərinə uyğun publisist üslubda qələmə alınırdı”.

Araşdırmaçı qeyd edir ki, müharibənin ilk günlərindən başlayaraq döyüşçüləri igidlik və qəhrəmanlıq göstərməyə ruhlandıran, onları ideoloji baxımdan hazırlayan mərkəzi və yerli mətbuat orqanları ilə yanaşı, cəbhə qəzetləri də nəşr olunurdu: "Müxtəlif xalqların dillərində döyüş bölgələrində böyük çətinliklərlə işıq üzü görən cəbhə qəzetləri arasında Azərbaycanda işıq üzü görən qəzetlər fədakar oğulları düşmənə qarşı amansız olmağa, mübarizəyə, igidliyə səsləyirdi.
Cəbhə qəzetlərinin əsas missiyası Ali Baş Komandanın əmrlərini döyüşçülərə çatdırmaq, müharibənin gedişi, döyüş əməliyyatları ilə onları tanış etmək, arxa və ön cəbhənin vəhdətini yaratmaq idi.
1942-ci ildə alman qoşunları Kuban torpağını və Şimali Qafqazın xeyli hissəsini işğal etdikdən sonra Qafqaza genişmiqyaslı hücum planı hazırladılar. Qafqaz böyük bir işğal təhlükəsi ilə üz-üzə olduğundan bu torpağın övladları "Qafqazı müdafiə” şüarı altında ağır döyüşlərə atıldılar.
Qafqazın müdafiəsi uğrunda gedən döyüşlərin ən təhlükəli günlərində "Fəhlə-kəndli Qızıl Ordusu döyüşçüsü” qəzeti Azərbaycan övladlarını mübarizəyə çağırırdı. Qəzetin texniki və yaradıcı əməkdaşları operativlik, təşəbbüskarlıq göstərərək maşın və təyyarələrlə, qatarla cəbhəyə yollanıb, vərəqələr çap edib yayırdılar. Bu cəbhə qəzetinin əməkdaşları Novorosiyski, Mozdok, Buyunaksk ətrafında gedən döyüşlərdən redaksiyaya poçtla, telefonla, adamlarla məlumatlar çatdırır, azərbaycanlı döyüşçülər barəsində məlumatlar dərc edirdi.

Əməkdar artist: “Evim yoxdur, səhnədə kralam, həyatda kasıb oğlan” - Müsahibə Zərif və döyüşən poeziya - Tofiq Bayramın 90 illiyinə Xidmətçi qıza aşıq olan evli qadın - Ən yaxşı 10 LGBT filmi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 May 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see124

Məşhur mağazalar şəbəkəsinin müdiri meneceri bıçaqladı

22 İyun 2025 18:26see117

Almaniya nəhəngi Liverpul un iki vingerini birdən almaq istəyir

22 İyun 2025 22:00see116

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see116

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see116

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see116

Bakıda toyda DAVA

22 İyun 2025 20:11see114

Netanyahu: İsrail İranda qarşısına qoyduğu hədəflərə çatmağa çox yaxındır

23 İyun 2025 00:18see113

Polis niyə maşının arxa farasına toxunur? Bu hərəkət həyatı xilas edə bilər

22 İyun 2025 22:10see113

Bu bürcə XƏBƏRDARLIQ

22 İyun 2025 22:53see113

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see113

ABŞ müdafiə naziri hücum təfərrüatlarını AÇIQLADI: 125 təyyarə ilə...

22 İyun 2025 16:46see112

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see112

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see112

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see111

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see111

Roma Papası dünya liderlərinə çağırış etdi: Müharibəni dayandırın

22 İyun 2025 17:43see111

ABŞ qoşunlarına zərbə endirilməsi ehtimalı var NYT

23 İyun 2025 09:31see111

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see111

“Tramp heç vaxt “Nobel”i görməyəcək” Medvedev

22 İyun 2025 13:47see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri