Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

İmran Xanın səhhəti pisləşdi:

İmran Xanın səhhəti pisləşdi:

Azpost saytına istinadən Icma.az xəbər verir.

Pakistan Ali Məhkəməsi çərşənbə axşamı keçmiş baş nazir İmran Xanın həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar qəbul edib. Bununla da onun partiyasının və ailəsinin uzun müddətdir irəli sürdüyü tələb təmin olunub. Onlar Xanın səhhətinin pisləşməsindən narahat olduqlarını bildirirdilər.

Keçmiş kriketçi, siyasətçi İmran Xan 73 yaşındadır. O, 2023-cü ilin avqustundan qarnizon şəhəri Ravalpindidə həbsdə saxlanılır. Xan 2022-ci ildə hakimiyyətdən uzaqlaşdırılmasından sonra barəsində açılan bir sıra işlər üzrə məhkum edilib. O isə bu ittihamların siyasi motivli olduğunu bildirir.

Xanın oğulları ötən il onun səhhətinin pisləşməsi ilə bağlı dəfələrlə narahatlıqlarını ifadə ediblər. Vəkilləri isə həbsdə olduğu müddətdə onun sağ gözündə görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəiflədiyini bildiriblər.

Qərarı elan edən üç hakimdən ibarət kollegiyanın rəhbəri, hakim Şahid Vahid bildirib ki, məhkəmə məhbusun sağlamlığının və təhlükəsizliyinin qorunmasını təmin etmək məqsədilə bu qərarı qəbul edib.

Məhkəmə Xanın 48 saat ərzində paytaxt İslamabaddakı Şifa Beynəlxalq Xəstəxanasına köçürülməsini və orada sentyabrın 16-dək qalmasını tapşırıb. Bu barədə Xanın sözçüsü Naim Heydər Pəncutha “X” sosial şəbəkəsində məlumat verib.

Məhkəmə həmçinin Xanın müalicəsi üçün tibbi heyətin yaradılmasına qərar verib. Heyətdə kardioloq, terapevt, oftalmoloq və Xanın şəxsi həkimi yer alacaq.

İmran Xanın partiyası qərarı alqışladı

İmran Xanın rəhbərlik etdiyi Pakistan Təhrik-i-İnsaf (PTI) partiyası məhkəmənin qərarını alqışlayıb və onun “dərhal, tam və gecikmədən” icra edilməsini tələb edib.

Partiyanın sözçüsü Zülfiqar Buxari bildirib:

“Kaş bu qərar daha əvvəl veriləydi ki, onun gözü və ümumi səhhəti bu qədər pisləşməyəydi.”

PTI həmçinin partiya üzvlərinə və Xanın tərəfdarlarına məhkəmə qərarına uyğun olaraq xəstəxananın qarşısında toplaşmamaq çağırışı edib.

Hökumətdən açıqlama yoxdur

Pakistan hökuməti məhkəmənin qərarı ilə bağlı hələlik açıqlama verməyib. Ölkənin informasiya və daxili işlər nazirlikləri Reuters-in şərh almaqla bağlı sorğularını cavabsız qoyub.

İmran Xan 2022-ci ildə parlamentdə keçirilən etimadsızlıq səsverməsindən sonra hakimiyyətdən uzaqlaşdırılıb. Bundan sonra onun barəsində dövlət hədiyyələri və qanunsuz nikah ittihamları da daxil olmaqla çoxsaylı cinayət işləri açılıb. Bir sıra məhkumluqlar dayandırılıb və ya ləğv edilib, bəzi işlər üzrə apellyasiya prosesləri isə davam edir. Xan bütün qanunsuzluq ittihamlarını rədd edir.

Xanın 2023-cü ilin mayında ilk dəfə həbs olunması ölkə üzrə geniş etirazlara səbəb olmuşdu. Etirazlar zamanı yüzlərlə insan dövlət binalarına və hərbi obyektlərə hücum etmişdi.

Sonrakı illərdə də Xanın tərəfdarları onun azadlığa buraxılması tələbi ilə bir neçə dəfə küçələrə çıxıblar.

2026-cı ilin fevralında Hindistan da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən tanınmış kriketçilər Xanın həbsxanadakı vəziyyəti ilə bağlı “dərin narahatlıq” ifadə edərək onunla daha yaxşı rəftar edilməsinə çağırıblar. Pakistan hökuməti isə məhbusla pis rəftar edilməsi barədə ittihamları rədd edib.

İmran Xanın PTI partiyası 2018-ci ildə hakimiyyətə gəlib və ölkənin əsas əyalətlərində geniş seçici dəstəyini qoruyub saxlayır. Lakin partiya 2024-cü il seçkiləri ərəfəsində seçki simvolundan məhrum edilib.

PTI namizədləri seçkidə müstəqil namizədlər kimi iştirak etməyə məcbur olunsalar da, ən çox mandatı onlar qazanıblar. Bununla belə, hökumət formalaşdırmaq üçün tələb olunan parlament çoxluğunu əldə edə bilməyiblər.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Avqust 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri