Icma.az
close
up
RU
İmtahan bitdi, sualı qaldı: Yüksək balla niyə kəsildilər?

İmtahan bitdi, sualı qaldı: Yüksək balla niyə kəsildilər?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmə başa çatıb.

Müsabiqənin nəticələrinə əsasən, 57 236  nəfər (o cümlədən 6 461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 956 (o cümlədən 1 728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29 280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. DİM-in məlumatına görə, qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etdikdə, bu il tələbə adını qazananların sayının daha da artması müşahidə edilir.

Ötən ilə nisbətən bu il tələbə olanların sayı 1 580 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 839 nəfər çoxdur. Ümumiyyətlə, son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. 

Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.80 %). II ixtisas qrupu üzrə də 98.12 % olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (3079 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub.

I qrup ixtisasları üzrə də subbakalavrların imkanları vardı və 2 842 nəfər qəbul olunub. Ümumilikdə I ixtisas qrupunda plan yerləri 92.25 % dolub. IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 95.39 % və 96.84 % dolub.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə, I mərhələdən sonra tələbə qəbulu aparılan 43 mülki ali təhsil müəssisəsinin 12-də plan yerləri 100 %, bundan əlavə, 26 ali təhsil müəssisəsində 90 %-dən çox dolub.

Qeyd edək ki, bu il ixtisas seçimi nəticəsində yüksək bal toplamasına baxmayaraq qəbul ola bilməyən abituriyentlərin də sayı kifayət qədərdir. 

Bu, abituriyentlərin yüksək səviyyədə hazırlığının göstəricisidirmi?

Məsələ ilə bağlı təhsil üzrə ekpert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, boş qalan yerlərə ixtisas seçimi başa çatıb:

“Bu il abituriyent sayı ötən ilə nisbətən artıb. Biz saylara baxanda bu artımı görürük. Hətta bu il plan yerlərində də artım var. Sadəcə olaraq, ən çox balın qalxdığı III ixtisas qrupudur.

Bu qrupda da ötən ilə nisbətən plan yerində cüzi artım olub. Ancaq III qrupda abituriyent sayında da artım müşahidə edildi. Bununla yanaşı III qrupda yüksək bal toplayanların, yəni 200-400 arasında bal toplayanların sayında da artım vardı. Bu da istər-istəməz III ixtisas qrupunda balların artmasına şərait yaratdı.

Belə ki, III ixtisas qrupunda plan yerlərinin sayı 300 bal yığanların yuxarı sayı ilə bərabər olub. Yəni burada 300 baldan 700 bala qədər səhv seçim edən abituriyentlərin yerinə aşağı bal toplayan 6 nəfərin abituriyentin qəbulu həyata keçirildi. 

Məsələn, 320 bal yığan abituriyent səhv elədi, onun yerinə  299 bal yığan abituriyent qəbul oldu. Burada saylarda artım var və bu birbaşa balların artmasına dəlalət edir.  

Ancaq I ixtisas qrupunda əksinə, ballarda enmələr müşahidə edildi. Çünki burada qruplar üzrə paylanmanı görəndə fərqli rəqəmlər ortaya çıxır. Bir də səhv seçim edənlər var. Onlar da yüksək balla kəsildilər. Bu da istər-istəməz müsabiqə şərtinin fərqli istiqamətdə formalaşmasına səbəb oldu”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: İmtahan Rizvan Fikrətoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri