Icma.az
close
up
RU
“Valideynlərim məndən yüksək nəticə gözləyir” İmtahan öncəsi stress

“Valideynlərim məndən yüksək nəticə gözləyir” İmtahan öncəsi stress

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Aprelin 13-ü 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Bu barədə DİM məlumat verib. Qeyd olunub ki, aprelin 13-də Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran) rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Uşaqları psixoloji olaraq imtahana necə hazırlamalıyıq?
Psixoloq Gövhər Məmmədova Demokrat.az-a bununla bağlı açıqlama verib.
O qeyd edib ki, uşaqların keçid yaş dövründə böyük məsuliyyət tələb edən imtahandan keçməsi onlar üçün həyatlarının geri qalanını həll edəcək tək vasitənin imtahandan yüksək nəticə ilə keçmək olduğunu düşünməyə səbəb olur:
“Əlbəttə ki, buna səbəb olan bir çox nüans vardır ki,  nümunə olaraq dərs yükünün artmasından qaynaqlanan stress, valideyn, qonşu, qohum, müəllimlərin etdiyi psixoloji təzyiqi göstərə bilərik. İmtahanda qeyd edəcəyi cavabları, qarşısına çıxacaq sualları, mövzuları düşünmək əvəzinə "valideynlərim məndən yüksək nəticə gözləyir"," sinifdə biabır ola bilərəm", "növbəti sinifə keçə bilmərəm", "yoldaşlarımı itirərəm" və s. bu kimi stressini daha da artıracaq fikirlər ilə məşğul olur. Bilməliyik ki, bu fikirlər öz-özünə formalaşmır, nəticədə uşaqlar imtahan vaxtı  düzgün bildiyi suallara belə cavab verə bilmir. Bəs nə etməliyik? İlk növbədə valideyn olaraq uşağımıza dəstək olmalıyıq, əsla imtahan sonrası üçün qorxu doğuracaq sözlərdən istifadə etməməliyik, uşağımızın düzgün qidalanmasına, istirahətinə, yuxu rejiminə diqqət yetirməli, imkan daxilində dərslərinə maneə olmayacaq şəkildə əylənməsini də təmin etməsinə yardımcı olmalıyıq. Müəllimlərimizin diqqət etməli olduğu mövzu uşaqlara öz məsuliyyətlərini yükləməməkdir, əksinə onların rahatlaması üçün zaman-zaman fərqli dərs üsullarından istifadə edilməlidir”.
Psixoloq diqqətə çatdırıb ki, hər yaşda güvən duyğusu çox önəmlidir:
“Lakin güvən, keçid dövrlərində ikiqat önəm daşıyır. Valideynlərinin, müəlliminin ona güvəndiyini, hər zaman yanında olduğunu bilən uşaq özünü daha yaxşı hiss edir və qarşısına çıxan çətinlikləri qorxmadan keçməyə çalışır. Əgər siz övladınız üçün ən yaxşısını etdiyiniz halda problem olduğunu düşünürsünüzsə, imtahan stresinin heç cürə qarşısını ala bilmirsinizsə, uşağınız üçün psixoloji dəstək almanız tövsiyə olunur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Aprel 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri