Icma.az
close
up
RU
İmtahan öncəsi kritik AÇIQLAMA: keçən ilin səhvləri təkrarlanacaqmı?

İmtahan öncəsi kritik AÇIQLAMA: keçən ilin səhvləri təkrarlanacaqmı?

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

17-25 iyun tarixində Azərbaycanda müəllimlərin sertifikatlaşdırması prosesi başlayacaq.

Qeyd edək ki, ötən il bir sıra fənlərdən keçirilən sertifikasiya imtahanları ilə bağlı kütləvi narazılıqlar səsləndirilmişdi.

Bəs builki imtahanlardan gözləntilər nədir?

Təhsil eksperti Şəmsi Qoca Redaktor.az-a açıqlamasında bildirdi ki, sertifikasiya prosesi bu gün Azərbaycan təhsilinin ən aktual, eyni zamanda ən çox müzakirə edilən və həssas məsələlərindən biridir.

Müsahibimizin sözlərinə görə, ötən il bəzi fənlər üzrə sualların çətinlik dərəcəsi, xüsusən də proqram çərçivəsindən kənara çıxma iddiaları və bəzi texniki məsələlər müəllimlər arasında müəyyən narazılıqlara və gərginliyə səbəb olmuşdu:

"Bu, tamamilə anlaşılandır, çünki söhbət illərini bu peşəyə vermiş insanların əməyindən, mənəvi statusundan və gələcək taleyindən gəlir. Lakin builki gözləntilər və görülən işlər bizə müəyyən qədər nikbin olmağa əsas verir. Elm və Təhsil Nazirliyi ötənilki təcrübəni, səslənən tənqidləri və müəllimlərin rəylərini ciddi şəkildə analiz edib. Cari ilin imtahanlarında ilk növbədə çərçivə sənədinin dəqiqliyinə xüsusi önəm verilir. Bu il sualların məhz elan olunmuş çərçivə sənədinə və metodologiyaya uyğun hazırlanmasına xüsusi diqqət yetirilir ki, keçən il narahatlıq doğuran "gözlənilməz" sual tipləri minimuma endirilsin. Digər tərəfdən, metodika və kurikulum suallarının mahiyyətində də dəyişiklik gözlənilir. Keçən il ən çox birmənalı qarşılanmayan hissələrdən biri metodika suallarının həddindən artıq akademik dildə və bəzən qəliz formalaşdırılması idi. Bu il həmin sualların daha çox praktiki müəllim fəaliyyətinə — sinif idarəedilməsi və real dərsin təşkilinə yönəlməsi hədəflənir. Eyni zamanda müəllimlərimizin psixoloji hazırlığı və adaptasiya səviyyəsi də fərqlidir; artıq müəllimlərimiz imtahanın formatına, kompüter qarşısında işləmək qaydalarına daha yaxşı bələddirlər və il ərzində keçirilən sınaq imtahanları da bu gərginliyi azaltmağa kömək edib.

Təbii ki, hər bir kütləvi imtahanda müəyyən dərəcədə həyəcan və fərdi narazılıqlar qaçılmazdır. Lakin builki imtahanların daha sistemli, şəffaf və ötənilki kütləvi narazılıqlardan uzaq bir şəraitdə keçəcəyinə ümidimiz böyükdür. Dövlətin də bu prosesdə əsas məqsədi müəllimi "kəsmək" deyil, onun potensialını üzə çıxarmaq və təhsilimizin insan kapitalını gücləndirməkdir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyun 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri