Icma.az
close
up
RU
İmtahan öncəsi bunu qətiyyən etməyin STRESSƏ SƏBƏB OLUR

İmtahan öncəsi bunu qətiyyən etməyin STRESSƏ SƏBƏB OLUR

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İmtahan qabağı stress, qayğılar, depressiya, yorğunluq bir çoxlarının üzləşdiyi əsas problemlərdən biridir. Bu kimi halların iştirakçıların imtahanda göstərdiyi nəticələrə mənfi təsirinə biganə qalınmamalıdır.

Bəs bütün bu problemlərdən maksimum yayınmaq üçün nə etmək lazımdır?

İmtahan dövründə həddindən artıq qəhvə və turşulu içkilər istehlak etmək böyük səhvdir. Çünkü belə içəcəklər bir çoxlarında ürək döyüntüsü, narahatlıq, yuxusuzluq, qorxu kimi problemlərin yaranmasına səbəb olur. Bu içkilərin əvəzinə tərkibində yüksək miqdarda vitamin C olan və stressi azaldan, uzun müddət konsentrə olmağa kömək edən itburnu, çobanyastığı, adaçayı, göyərti kimi bitki çayları seçim edilməlidir. Ərik qaxı, gavalı, kişmiş, əncir qurusu kimi quru meyvələrdən istifadə etmək də məqsədəuyğun olar.

İmtahandan əvvəl, səhər və imtahan zamanı qidalanma tövsiyələri:

İmtahan stressindən xilas olmaq üçün imtahandan əvvəl, imtahan günü səhər və imtahan zamanı istehlakı tövsiyə edilən bir çox qida mövcutdur. Lakın ən çox məsləhət görülənləri belədir:

Stressi azaltmaq üçün meyvə istehlak edilməlidir.Meyvələrdəki antioksidantlar həm sitrassin azalmasına kömək edər həm də tərkibindəki vitamin C immunitet sistemini gücləndirir. İmtahandan bir gün əvvələ qədər heç dadılmamış və ya tanış olunmamış yemək qəbul edilməməlidir. Mümkün olduğu qədər evdə bişirilmiş və daha əvvəl də yeyib və sınanmış az yağlı yeməklər seçim edilməlidir. İmtahandan bir gün əvvəl hinduşka və ya toyuq yeməmək məsləhətdir. Bunun səbəbi isə toyuq və hunduşqa ətinin tərkibində yuxu hissi verən “triptofan” maddəsinin olmasıdır. İmtahan əvvəli qan şəkərini tənzimləmək üçün şirin, şokolad, hazır meyvə şirəsi yerinə təzə meyvə, kəpəkli çörək, süd kimi qan şəkərini daha yavaş artıran qidaların istehlakı məsləhətdir. İmtahandan bir gün əvvəl köp və şişkinliyə səbəb ola biləcək çox yağlı, ağır qidalar yerinə zülal, karbohidrat, yağ balanslı yüngül qidaların istehlakı seçim edilməlidir. İmtahan günü səhər yuxudan oyandıqda qan şəkərini dərhal artırmayacaq və ya azalmayacaq balanslı səhər yeməyi yemək faydalıdır.

İmtahan günü əslində hər günün ən vacib yeməyi hesab edilən səhər yeməyi çox əhəmiyyət kəsb edir. Yumurta, tam taxıl çörəyi, zeytun, pendir, tahin-bəkməz, pomidor, xiyar, bibər-cəfəri, yulaf, dənli bitkilər, quru meyvələr, qoz,fındıq, badam kimi yağlı toxumlar, süd və ya meyvə şirələri kimi qidalardan hazırlanan səhər yeməyi imtahanın  uğurlu keçməsinə kömək edər.

İmtahandan əvvəl şəkərli qidalar qəbul edilməməlidir. Qan şəkərinin azalmasının qarşısını almaq üçün, kəpəkli biskvitlər, qablaşdırılmış süd və su kimi qidaları seçim edilməlidir. İmtahan ərəfəsində zehni aktivliyi yaxşılaşdıran balıq kimi qidaların istehlakı əhəmiyyət daşıyır. Həftədə ən azı 2 dəfə istehlakı tövsiyə edilən balıq tərkibindəki omeqa 3 sayəsində konsentrasiyanın artmasına kömək edir. İmtahan əvvəlində Konsentrasiyanı, diqqəti və düşüncə gücünü artıran dəmirlə zəngin qidalar istehlak edilməlidir. Dəmir beyni qidalandırır, siqnalların beyinə çatma müddətini azaldır. Ancaq yumurta, qırmızı ət, quzu ciyəri, bəkməz və sayir qidaların tərkibindəki dəmirin sürətlə sorulması üçün sözügedən qidaları vitamin C ilə qəbul etmək daha faydalıdır. İmtahan əvvəli çörək, paxlalılar, dənli bitkilər kimi vitamin B baxımından zəngin qidalar da seçim edilməlidir. Vitamin B-nin stress və beyin yorğunluğunun qarşısını aldığı bilinir. Vitamin E baxımından zəngin bitki yağları və yağlı toxumlar başda olmaqla serotonin hormonlarının ifrazını artıran və rahatlama təmin edən süd, ananas, qatıq istehlakına da üstünlük verilməlidir. Lakin İmtahan zamanı susuzluğa səbəb olacaq yağlı və duzlu qidalardan imtina edilməlidir. İmtahana hazırlaşan və qəbuzlik problemi olmayan hər kəs gündə 1 banan istehlak etməlidir. Banan həm serotonin hormonunun ifrazını artırır həm də kalium qaynağı olduğu üçün diqqətin yayınmasının qarşısını alır.

Alimlərə görə İmtahan stressini azaldan ən önəmli faktorlardan biri də gecə yaxşı yatmaqdır. İmtahana qatılacaq şəxs gecəni rahat yatmaq və stressdən xilas olmaq üçün yatmazdan 1-2 saat əvvəl bir stəkan çobanyastığı, melissa və darçınlı mixək ilə dəmlənmiş çay içməlidir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri