Icma.az
close
up
RU
İmtahan stressini necə azaltmaq olar. Psixoloqun tövsiyələri

İmtahan stressini necə azaltmaq olar. Psixoloqun tövsiyələri

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

İmtahan yalnız qazanılmış biliklərin deyil, eyni zamanda insanın psixoloji davamlılığının sınaqdan keçirilməsidir.

Psixoloji tədqiqatlar sübuta yetirir ki, imtahandan uğurla keçmək üçün, özünüqiymətləndirmənin səviyyəsini yüksəltmək, özgüvəni artırmaq vacibdir.

İmtahan stressi necə meydana çıxır?

Stresi intensiv əqli fəaliyyət, eyni vəziyyətdə uzunmüddətli olmaqdan əzələ və orqanların yorulması prosesi, yuxu və istirahət rejiminin pozulması yaradır. Lakin imtahan stressinin inkişafını sürətləndirən ən başlıca faktor-neqativ təəssüratlar və ya iztirablardır.

Məzunların anketləşdirilməsi nəticələri göstərir ki, imtahan verən şəxslərdə çox hallarda baş ağrısı, ürəkbulanma və ishal meydana çıxır, onlarda bir çox dəri xəstəlikləri müşahidə olunur, ümumi həyəcan, məyusluq, panika və qorxu hissləri təzahür edir. Bu zaman imtahan verən şəxslərdə ifrat dərəcədə özünütənqid vəziyyəti müşahidə olunur, onları vahimə dolu yuxular və özünün yaxud başqa birinin əvvəlki imtahanlarda yaşamış olduqları uğursuzluqlar barədə xoşagəlməyən xatirələr narahat edir.

Stress insan psixikasına neqativ təsir göstərir. Bu, hafizənin pozulmasına, nitqin çətinliklə ifadə olunmasına, məşğələlərə qarşı yoğunluq və dözümsüzlük kimi təzahür edir. Stressin nəticəsi olaraq beyin yarımkürələrinin harmonik işi pozulur.

Sakit insan üçün narahatlıq daşımayan situasiyada beyin yarımküləri biri digəri ilə razılıq şəraitində işləyir. Sol yarımkürə məntiq və analizə cavabdehlik daşıyır, sağ yarımkurə isə emosiya və obrazlarla məşğul olur. Sağ yarımkürənin dominantlıq etdiyi şəxslərdə stress zamanı məntiq «itir», məsələləri həll etmək qabiliyyəti «dağılır». Sol yarımkürələrin dominantlıq etdiyi şəxslərdə isə obrazlar, məntiqli nitqlə bağlı hər şey “məhv olur”. Təsadüfi deyildir ki, uğursuz imtahan və ya uğursuz sınaqdan sonra imtahan verən şəxslərdən bu sözləri eşitmək olar: «elə bil yaddaşını pozulmuşdu» və ya «söz tapa bilmirdim». Bu sözlər beyində gedən prosesləri dəqiqliklə təsvir edir.

İmtahan stressinin əlamətləri hansılardır?

İmtahan bütün sinir-əsəb sistemi üçün ciddi sınaqdır. Stress zamanı bir qayda olaraq, aşağıdakı əlamətlər meydana çıxır:

- güclü narahatlıq hiss olunur;

- imtahan verən şəxs situasiyaya nəzarət edə bilmədiyini və problemlə bacarmadığını hiss edir.

Stress vəziyyətinin daha dəqiq əlamətləri aşağıdakılardır:

- güclü ürəkdöyünmə;

- tərləmənin artması;

- qıcıqlanma;

- güclü yorğunluq hissi;

- iştahanın itirilməsi;

- baş ağrıları.

Eyni zamanda yuxusuzluq, miqren, həzm prosesinin pozulması, özünühissetmənin pisləşməsi və emosional boşalma, relaks qabiliyyətsizliyi meydana çıxa bilər.

Stress eyni zamanda depressiya yarada bilər. Bu zaman insanda əhval dəyişikliyi, iştahanın pisləşməsi, yuxunun pozulması, özünüqiymətləndirmənin aşağı enməsi müşahidə oluna bilər.

Bir faktı da qeyd edək ki, imtahan önü stresin müsbət tərəfləri də var. Az dozada o vacib şərtdir, belə ki, təhlükəyə qarşı adekvat davranış yaradır, orqanizmə əlavə adrenalin verir, bizi lazımi formada saxlayır.

İmtahanönü stress vəziyyəti ilə necə mübarizə aparmaq olar?

İlk növbədə, stress vəziyyətinin fizioloji təzahürlərinə diqqət yetirilməlidir. Bir qayda olaraq, bu, tənəffüsün çətinləşməsi, yüngül titrəmə, bədənin ayrı-ayrı əzələlərində gərginlik (qarın, üz və s.) kimi meydana çıxır. Nəfəsalma ritmini normallaşdırmaq üçün sadə tapşırıqlar kifayətdir: bir neçə dəqiqə ərzində asta və dərindən nəfəs almaq vacibdir. Ən isti havada belə bəzən titrəməni aradan qaldırmaq üçün imtahan prosesində məktəblilərə isti üst geyimi vacib olur.

Bəzi məktəblilərə «kollektiv» qorxu paralizedici təsir bağışlayır, buna görə də onları təkliyə çəkmək lazımdır: bir kənara çəkilmək, dəhlizdə gəzinmək, pəncərədən baxmaq və s. İmtahan günü həkim məsləhəti olmadan dərman qəbul etmək arzuolunan deyil.

İmtahanönü həyəcanı ən çox gülüş azaldır. Əgər imtahan əvvəl azacıq da olsa gülmək imkanı varsa, bu, həyəcanın azalmasına xidmət edir.

Yeganə Mikayılova

Bakı Qızlar Universitetinin müəlliməsi, Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri