Icma.az
close
up
RU
Abituriyentlərdə imtahan stressi. Psixoloqun tövsiyələri

Abituriyentlərdə imtahan stressi. Psixoloqun tövsiyələri

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uşaqların  bilik səviyyələrinin ölçülməsi üçün aparılan imtahanlara uşaqlar xarakterik xüsusiyyətlərindən asılı olaraq, bir-birlərindən fərqli şəkildə reaksiya verir.

Uşaqları imtahan stressindən uzaqlaşdırmaq üçün tək öhdəlik onların boynuna düşmür.Eyni zamanda ailələrə və müəllimlərə də böyük öhdəlik düşür.

Uğursuzluq qorxusu yaşayan uşaqlarda imtahandan əvvəl, imtahana hazırlaşarkən və imtahan vaxtı çox fərqli əlamətlər özünü göstərə bilər. Bu əlamətlər psixoloji və ya fizioloji ola bilər. Valideyn və müəllimlərin əvvəlcədən bu əlamətləri görməsi,  bu sıxıntıların aradan qaldırılması üçün böyük əhəmiyyətə malikdir. Çünki uşaqlar sıxıntıları ifadə etməkdə böyüklərə nisbətən çətinlik çəkirlər.

Uşaqların yüksək səviyyədə imtahan stressi yaşadığını hardan anlaya bilərik?

Əgər, uşaqlarınızda aşağıdakı əlamətlərdən bir neçəsi varsa, deməli uşaq imtahan stressini həddindən artıq çox yaşayır.

- Düşüncələrini toplaya bilməmə və ifadə edəməmə.

- Öyrəndiklərini unutmaq və yaza bilməmək.

- Diqqətini verə bilməmək.

- Sualları başa düşməkdə çətinlik.

- Ürəyin sürətlə döyünməsi.

- Əllərin titrəməsi, istilik basması və baş fırlanması.

- Mədə bulantısı və baş ağrısı.

- Gərginlik və əsəbilik.

- İnamsızlıq və mənfi düşünmə.

- Qorxu hissi.

Bəs bu əlamətlərdən bir neçəsi mövcuddursa, bunu necə aradan qaldırmaq lazımdır? Valideynlər uşaqlarına necə kömək edə bilərlər?

- Birinci, uşaqlarda bu həyəcanı tam ortadan qaldırmaq lazım deyil. Əsas olan onlara  bu həyəcanı idarə edə bilməyi öyrətməkdir. Əgər uşaq bir işə qarşı heç bir həyəcan keçirmirsə, demək ki, heç o işi önəmsəmir. Bu halda o işə motivasiya olmaq da qeyri-mümkündür. Bir işə qarşı məsuliyyət və həyəcan duymaq o işi yaxşı görməyimiz üçün bir səbəbdir. Uşaq bir işə qarşı həyəcan duyursa, deməli, bu işə qarşı daha çox istək və önəm verir və bu da şagirdin bu işi daha yaxşı yerinə yetirməyinə səbəbdir. Bizə düşən öhdəlik onların bu həyacanını bacardığımız qədər azaltmaqdır.

- İkinci, zamanı düzgün istifadə etməkdə uşağa köməklik göstərin. Şagirdlər bəzən verilən zamanın onların yazacağı imtahan suallarına yetməyəcəyini düşünür və özlərini panikaya salırlar. Zamanı düzgün bölmək üçün ilk əvvəl düşünülməlidir ki, verilən vaxt elə hesablanıb ki, bütün sualları sona qədər oxuyub və həmin suallara cavab vermək üçün kifayət etsin. Bu qanunla,  uşaqların bilik  səviyyəsi nəzərə alınaraq uyğunlaşdırılıb. Sadəcə vaxtı düzgün bölməklə tam rahat şəkildə yerinə yetirmək mümkündür.

- Üçüncü, imtahan şagirdin xarakterini deyil, savadını ölçər. Əgər uşaq bu imtahanın savadının yox xarakterinin ölçüldüyünü və bu imtahan nəticəsinə görə dəyərləndiriləcəyini düşünürsə. onun həyəcanı daha da artar. Özünü imtahan nəticəsinə görə “dəyərsiz və yetərsiz” görən uşaq özünə güvənini itirəcək və imtahana qarşı qorxu artacaq. Burda da məsuliyyət yenə döə valideynə düşür. Valideyn  nəticədən asılı olmayaraq uşağın əziyyəti mütləq dəyərləndirilməlidir. Çünki, əlindən gələni edən lakin aşağı nəticə verən uşaq ətrafı tərəfindən danlanılırsa, özünü çox çarəsiz hiss edər.İlk əvvəl uşağın əziyyəti dəyərləndirməli sonra yaranan problemin həllinə yönəlilməlidir.

Elvira Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Pcc.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri