Icma.az
close
up
RU
Menu

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

İmtahandan əvvəlki mərhələ ilə yanaşı imtahandan sonrakı mərhələdə də valideynlərin davranışları vacibdir RƏY

İmtahandan əvvəlki mərhələ ilə yanaşı imtahandan sonrakı mərhələdə də valideynlərin davranışları vacibdir RƏY

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahanların nəticələrinin açıqlanması bəzi şagirdlərə valideynlər tərəfindən psixoloji təzyiqlərin artması ilə nəticələnir. Təəssüf ki, hər il ekspertlər, psixoloqlar tərəfindən imtahan ərəfəsində çağırışlar edilsə də, yenə də şagirdlərə çətinlik yaradan əsas problem valideynlərin basqısı nəticəsində onlarda yaranan stresdir. Abituriyentlər üçün imtahan dövrü onsuz da gərgin mərhələdir. İmtahan balı aşağı olan abituriyentlərə valideynlərin müdaxiləsi, seçimlərinə qarışması nəticədə vəziyyəti daha da çətinləşdirir. Bu cür basqı və stres abituriyentlərin imtahandan uğur qazanmalarına başlıca maneədir.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev deyib ki, hazırda buraxılış imtahanından toplanan ballar ötən illə müqayisədə yuxarıdır.

Ekspert bildirib ki, valideynlər blok imtahanlarında övladlarının daha yüksək bal toplamaları, ödənişsiz əsaslara, daha yüksək balla Prezident təaqaüdünə və yaxşı ixtisasa düşmələri üçün çalışırlar: “Təbii ki, bu bir imtahandır, lakin valideynlər başa düşməlidirlər ki, hər bir şagirdin, ali təhsil müəssisəsinə qəbul olmaq istəyən abituriyentin öz potensialı var. Bu potensiala uyğun onların biliklərini formalaşdırmaq lazımdır. Nəzərə alaq ki, peşə məktəblərimizdə kifayət qədər yaxşı ixtisaslar, peşələr var. Artıq təkcə diplom kifayət etmir, peşə təhsili olanlar  kifayət qədər əməkhaqqı alırlar. Peşə məktəbini bitirən aşpazlar, mühəndislər ali təhsil mərkəzini bitirib 300-500 manat maaş alanlardan daha yüksək məvaciblə axtarılır. Peşə məktəblərində işləyənlər praktiki olaraq bu işləri gördükləri üçün onlara böyük tələbat var. Valideynlər də övladları sırf ali təhsil müəssisəsində oxumalarını deyil, gələcək karyeralarını da düşünməlidirlər. Yəni diplomlu işsiz olmaqdansa, həm də erkən yaşdan rahat bir peşə sahibi olarlar. Valideynlər övladlarına basqı etməməlidirlər. Abituriyentlər aşağı bal topladıqları təqdirdə onları ruhlandırmaq, həyata hazırlamaq, daim yanlarında olmaq lazımdır. Həm ali təhsil məktəbinə, həm də peşə məktəbinə qəbul olmaları üçün valideynlərin düzgün istiqamət göstərmələri və dəstək vermələri vacibdir”.

Psixoloq Aygün Ağabalayeva isə bildirib ki, övladının təhsil alması hər bir valideynin arzusudur:

“Təəssüflər olsun ki, bir çox hallarda valideynlər övladlarının potensialını nəzərə almadan istiqamət verirlər. Sonda gözlənilən nəticə olmayanda valideynlər də, övladlar da psixoloji gərginlik yaşayırlar. Çox vaxt valideynlərin imtahan qabağı övladlarını stressə salmamaq, gərginliklərini aradan qaldırmaq üçün necə davranmaları lazım olduğu barədə danışılır. Nəzərə almaq lazımdır ki, imtahandan əvvəlki mərhələ ilə yanaşı imtahandan sonrakı mərhələdə də valideynlərin davranışları vacibdir. Elə olur ki, imtahan nəticəsi uğursuz alınanda ailədə gərginlik yaşanır. Valideynlər övladlarına qarşı kobud, aqressiv olurlar. Əslində bu məqamda ailənin abituriyentin yanında olması daha çox vacibdir. Təhsil almaq gözəldir, amma unutmayaq ki, daha önəmli məsələ övladımızın sağlamlığıdır. Əziz valideynlər, övladlarınızın yanında olun, onlara dəstək göstərin. Bu gün övladınızın uğursuz olması hər zaman uğursuz olacağı demək deyil. Bundan sonra da cəhd etmək, daha da gözəl nəticə əldə etmək olar. "Mütləq şəkildə övladım ali təhsil almalıdır" düşüncəsi də yanlışdır. Hər insanın öz potensialı var. Ola bilər, birinin akademik tərəfi zəifdir, ali təhsili yoxdur, amma hansısa sahədə yaxşı sənətkardır. Bunu nəzərə alaraq valideynlər övladlarını düzgün yönəltməli, uşağın istək və bacarığını, potensialını nəzərə almalıdırlar. Düzgün yönəltsinlər ki, imtahan nəticələri də uğurlu alınsın”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:25
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 Aprel 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see153

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see126

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see125

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see122

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see121

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see118

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see117

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see116

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see115

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

23 Aprel 2025 14:05see115

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see115

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see115

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see114

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see114

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see113

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see113

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see113

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

23 Aprel 2025 10:51see113

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see112

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri