Icma.az
close
up
RU
“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Ölkə kubokunun finalı çərçivəsində keçirilən "Qarabağ" - "Sabah" matçı Masazır təmsilçisinin əlavə vaxtda qazandığı 3:2 hesablı qələbəsiylə başa çatdı.

Bilindiyi kimi, hazırda "bayquşlar"ın tarixində ilk dəfə ölkə kubokunu başı üzərində qaldırması və Avropa Liqasına vəsiqə qazanması, "Qarabağ"ın finalda uduzması, "qızıl dubl"a imza atmaq nailiyyətindən yan keçməsi kimi məqamlarla yanaşı, matçdakı ədalət təmsilçisilərinin, xüsusilə də baş hakim İnqilab Məmmədovun qərarları müzakirə olunur.
Çoxu ölkənin ən təcrübəli "fit sahibləri"dən biri olan çimərlik futbolu üzrə FİFA referisindən daha yaxşı idarəçilik gözlədiyini dilə gətirir. Bəli, istənilən halda bir üst səviyyə var və dolayı yollarla da olsa, buna çatmaq mümkündü.
Bəs karyerası ərzində üçüncü dəfə ölkə kubokunun finalını idarə edən İnqilab bəy bütün tənqidlərə layiqdimi? Həqiqətənmi "Qarabağ"a simpatiyasının olduğunu büruzə verəcək qərarlarla yadda qaldı? Yoxsa narazı qalan tərəflər məhz emosiyaların, matçın əhəmiyyəti fonunda üzə çıxan gərginliyin qurbanıdı?
Bu suallara cavab axtaraq.
Bəhsə oyunla bağlı maraqlı statistikadan danışmaqla başlayaq. Matçda "hakimin qərarına etiraz" maddəsiylə üç rəsmi xəbərdarlıq edildi. Dəqiq desək, bu səbəbdən "Qarabağ"ın futbolçusu Kadi Borges və məşqçisi Elçin Rəhmanov sarı, digər məşqçisi Müşfiq Hüseynov birbaşa qırmızı vərəqəylə cəzalandırılıb.
Bundan başqa, Qurban Qurbanovun hələ ilk dəqiqələrdən hakimliklə bağlı etirazlarına şahidlik etdik. Sadəcə, təcrübəli mütəxəssis emosiyalarını cilovlamağı bacardığından narazı qaldığı məqamlar haqda dördüncü hakim Rəşad Əhmədova sakit psixoloji durum fonunda məlumat verməklə kifayətləndi. Əsas sözlərini isə sonda dedi:

"İnqilab Məmmədov oyunu çox ağıllı idarə etdi. Təcrübəsindən yararlandı".

Bəli, ilk baxışdan bu ifadələrin razılıq əlaməti olduğunu düşünmək olar. Ancaq onun görüntüləri və səs tonu ilə tanış olan istənilən şəxs bu sözlərin rişxənddən başqa niyyətlə deyilmədiyini açıq-aşkar başa düşür. Yəni Qurban Qurbanovun cəzalanmaması hakimdən narazı qalmadığına işarə deyil. Hələ onu demirik ki, Yassin Benzya hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqəylə üzləşdi.
Ümumiyyətlə, "Qarabağ"ın futbolçuları matçdan sonra hakimləri alqışlamaq kimi ironik davranış sərgiləməklə nəinki cəzalandırılan futbolçuların, hər komanda üzvünün bir nəfər kimi İnqilab Məmmədovdan narazı qaldığını ortaya qoydu. 
"Sabah" düşərgəsində isə tam fərqli mənzərə hökm sürdü. Baş məşqçisi Vasili Berezutski hakimlik haqda yalnız bunu dedi:

"Hər iki komandaya münasibətdə bəzi qərarları anlaşılmaz idi".

Qələbə qazanan komandanın çalışdırıcısı da belə açıqlama verirsə, İnqilab Məmmədovun idarəçiliyində qüsur axtarmağa dəyər. O başqa məsələ ki, bəzi hallarda VAR hakimlərinin operativ müdaxiləsi ədalət təmsilçisinin daha ciddi səhvlərinə mane oldu.
Hər halda, sadaladığımız məqamları nəzərə alıb, veteran hakim Fariz Yusifovu dinləməyə qərar verdik. Fariz bəylə danışarkən məlum oldu ki, keçmiş FİFA referisi də İnqilab bəyin oyundakı fəaliyyətini uğurlu saymır:

"Oyuna çox əsəbi baxdım. Belə idarəçilik məndə narahatlıq doğurdu. İlin son oyununda belə performans göstərmək doğru deyil. Söhbət ölkə kubokunun finalı kimi vacib matçdan gedir. Belə görüşə daha ciddi və məsuliyyətli yanaşmaq lazım idi. Ancaq iş o həddə çatdı ki, hakim öz idarəçiliyinə görə təhqirə, əl-qol hərəkətlərinə məruz qaldı. Bu görüşdə nə qələbə qazanan, nə də məğlub olan narazılıq etməliydi. Sonda İnqilab Məmmədovla əl sıxışıb "çox sağ ol" deməliydilər. Təəssüf ki, belə olmadı. Karyeram ərzində 4 dəfə ölkə kubokunun final matçını idarə etmişəm. Həmin oyunlarda üzərimdə olan məsuliyyəti dərk edirdim. Bilirdim ki, komandalar mövsümü yaxşı notda başa vurmaq istəyir. Belə matçı Axərbaycan futbol hakimliyinin tarixinə yaraşan şəkildə idarə etmək lazım idi. Təəssüf ki, belə ağır yük İnqilab Məmmədovun çiyinləri üzərinə qoyulmuşdu. Yəqin ki, təyinat onun mövsüm ərzində idarə etdiyi matçlarda göstərdiyi performansa uyğun verilmişdi. Ancaq bu dəfə işinin öhdəsindən gələ bilmədi. Penalti qərarlarını gec verdi. 31-ci dəqiqədə Xəyalın yerdə qalmağına baxmayaraq, oyunu davam etdirdi. Eyni hal 39-cu dəqiqədə də yaşandı. Bu dəfə də Leandronun ayağının tapdalandığını görmədi. Bəli, fiziki forması yerində idi. Bütün epizodları yaxından izləyə bildi. Köməkçiləriylə əlaqə zamanı qüsura yol vermədi. Ancaq yaxından şahidlik etdiyi hadisələri düzgün təhlil etməkdə çətinlik çəkdi. Ümumiyyətlə, ölkəmizə VAR sistemi gələndən bəri hakimlərdə arxayınlıq hiss olunur. Təsəvvür edin, hakimin az qala bütün qərarları ya "Qarabağ"ın, ya da "Sabah"ın narazılığına səbəb oldu. Belə mənzərə hakimliyin nüfuzuna ciddi zərbədi. "VAR-a baxıb qərar verərik" düşüncəsindən xilas olmaq lazımdı. İnqilab Məmmədov penaltilərin vurulma qaydasında da diqqətli olmadı. Bununla belə, 90+3-cü dəqiqədə Con İrasabal aut atışını yerinə yetirərkən hər iki ayağı havaya qalxır və topu həmin an oyuna daxil edir. Belə aut olur? İnqilab Məmmədov bunu niyə görmədi? Qısası, Qurban Qurbanov hakimləri tənqid etməkdən yana deyil. Adətən, ciddi qayda pozuntuları qeydə alındığı zaman belə aqressiv reaksiya verir. Elə Vasili Berezutski də hakimin qərarlarına pis mənada eyham vurdu. Ölkə kubokunun finalı klublar və azarkeşlər üçün bayram ab-havasında keçirsə, Hakimlər Komitəsi də hazırlığını buna uyğun görməli və özləri də bayram keçirməliydi. Ancaq tənqid hədəfinə çevrildilər... Hər halda, ölkəmizi avrokuboklarda təmsil edəcək bütün komandalara uğurlar arzulayıram".

KƏNAN BAHADIR 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyun 2025 04:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see219

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see184

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see184

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see179

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see178

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see143

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see138

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see135

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see135

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see132

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see130

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see122

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri