Icma.az
close
up
RU
40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İrlandiyaya bağlı “EU Reporter” saytında siyasi elmlər üzrə professor Taras Kuzionun “Double standards and colonialism: Why the global South does not support the West or Russia” (İkili standartlar və müstəmləkəçilik: Qlobal Şərq niyə Qərbi və ya Rusiyanı dəstəkləmir?) adlı məqalə ilə çıxış edib. Məqalənin adı özlüyündə çox şey deyir.
Bəri başdan onu deyim ki, bu məqalədə vurğulanan arqumentlər mən özüm də daxil olmaqla bir çox azərbaycanlı jurnalist və siyasi analitik tərəfindən dönə-dönə istifadə olunub. Problem ondadır ki, Qərb bu arqumentləri görməzdən gəlməyə çalışır. Bütün çılpaqlığı ilə ortada olan həqiqətləri saxta üsullarla ört-basdır edir.
Qərb analitikləri Rusiyanı, Çini... totalitar təfəkkürdə ittiham edir. Şübhəsiz ki, onlar haqlıdırlar. Ancaq problem ondadır ki, artıq Qərbdə də demokratiya adına deyilən şüarlar altında mahiyyətdə bu və ya digər məsələyə totalitar baxışlar sistemi formalaşıb. Düzdür, arada Taras Kuzion kimi müəlliflərə arada bu kimi yanaşmaların sərhədini keçməyə icazə verilir. Küll halında isə uzun illər, bəzən isə əsirlər ərzində formalaşmış müəyyən doqmalar, tabular daşlamış vəziyyətdə qalmaqda davam edir.
Adın çəkdiyim məqalədə bu tendensiyanı özündə parlaq şəkildə əks etdirən nümunələr var. Məsələn, ikili standartlar məsələsinə toxunan müəllif yazır ki, NATO 1999-cu ildə Serbiyaya qarşı bombardman kampaniyası həyata keçirdi. 2003-cü ildə ABŞ İraqa hərbi müdaxilə etdi. Hər iki müdaxilə BMT-nin sanksiyası olmadan baş tutdu. Qərb İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətlərə, xüsusən də indi Qəzzada baş verən qırğınlara onilliklər ərzində məhəl qoymayıb. Qlobal Cənubun Qərbi insan haqları ilə bağlı ikili standartlarda ittiham etməsi bu kimi səbəblərdən irəli gəlir.
Ermənistan-Azərbaycan müharibəsinə də Qərbin münasibəti ikili standartlara nümunə sayıla bilər. Siyasət üzrə professor bu məsələ ilə bağlı yazır ki, Azərbaycan 1992-2023-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş suveren ərazilərini azad edərkən güclü müqavimətlə üzləşdi. ATƏT-in Minsk Qrupunun üç həmsədri - Rusiya, ABŞ və Fransa Ermənistanın 1992-2022-ci illər arasında işğal altında saxladığı ərazilərdən çıxmasını tələb etmədi. Bəllidir ki, Sovet İttifaqı və Rusiya 1988-1992-ci illərdə I Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi qələbəsini dini və geosiyasi səbəblərə görə dəstəkləyib. ABŞ da Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişlə, bu düzəliş yalnız bir keçmiş sovet dövlətinə - Azərbaycana qarşı qəbul olunub, ermənilərin yanında yer aldı. Böyük və nüfuzlu erməni diasporuna malik Fransa həmişə ermənipərəst olub. Fransanın Analitik İnstitutu Montaigne analitiki Sossi Tatikyan yazır: “Fransanın Ermənistana dəstəyi Makron və ya onun siyasi düşərgəsindən çox-çox kənara çıxır – bu, sağda, solda və mərkəzdə geniş milli konsensusu təmsil edir. Hətta bəzi fransız siyasətçiləri Ermənistana daha güclü dəstək və Azərbaycana qarşı daha sərt tədbirlərin görülməsini tələb edir. Azərbaycanın Fransada az sayda tərəfdarı var...”

Fransada digər təsiredici amil ifrat sağçı siyasətçilər tərəfindən artan anti-müsəlman əhval-ruhiyyəsidir ki, bu da bütün siyasi spektrə yayılıb və Ermənistan və Azərbaycan qarşıdurması məqsədli şəkildə “xristian-müsəlman” qarşıdurması kimi təbliğ olunur. Halbuki Azərbaycan dünyanın ən tolerant islam ölkəsidir.
Müəllif qeyd edir ki, Avropada ən çox müsəlman yaşayan Fransanın irqçilik problemi var. Fransız jurnalisti və analitiki Regis Gente bildirib ki, Fransada siyasi gündəmi ifrat sağçılar müəyyən edir. Onlar arasında isə islamofobiya geniş yayılıb. Fransa Rusiya imperializminə qarşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda Azərbaycana qarşı erməni irridentizmini (tarixi torpaqları geri almaq cəhdi) müdafiə edir. Bu ziddiyyətin səbəbi nədir? Bəlli deyil. Əslində isə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa bütün dövlətlərin ərazi bütövlüyünün beynəlxalq səviyyədə müdafiə etməlidir.
Prezident Emmanuel Macron deyir: ”Əgər mənim yaddaşım məni aldatmırsa, Azərbaycan 2020-ci ildə (Ermənistana qarşı) dəhşətli müharibəyə başladı”. Həmin il Azərbaycan BMT tərəfindən suveren torpaqları kimi tanınan və Fransanın həmsədr olduğu ATƏT-in Minsk Qrupunun üç onillik ərzində işğaldan azad edilməsinə nail ola bilmədiyi əraziləri geri aldı.
Bundan başqa, Fransa heç vaxt Ermənistanın Azərbaycanın beşdə bir hissəsinin işğalını, bu torpaqlardan və Ermənistanın özündən dörddə üç milyon azərbaycanlının etnik təmizlənməsini, mədəni və dini binaların və abidələrin kütləvi şəkildə dağıdılmasını pisləməyib. Fransa yalnız Avropa Parlamenti və Avropa Şurasına Azərbaycanı anti-erməni fəaliyyətinə görə pisləyən qətnamələrin qəbulunda dəstək verib.
Fransa ATƏT-in Minsk Qrupunun qərəzsiz həmsədri olsa da, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə məhəl qoymayıb, yalnız Azərbaycanın BMT tərəfindən öz suveren əraziləri kimi tanınan torpaqlarını geri almasına görə pisləyən bəyanatlar verib.
Fransanın Xarici İşlər Nazirliyi və Xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın beynəlxalq aləmdə onun suveren ərazisi kimi tanınan Dağlıq Qarabağı geri qaytarmaq üçün keçirdiyi hərbi əməliyyatı “qanunsuz, əsassız, qəbuledilməz” adlandırıb.
Fransa öz parlamentinin hər iki palatasında, BMT-də və Avropa Parlamenti, Avropa Şurası kimi Avropa təsisatlarında Ermənistanı Azərbaycana qarşı dəstəkləyib.
2024-cü ilin yanvarında Fransa Senatı lehinə 336 səslə (və yalnız bir əleyhinə!) Dağlıq Qarabağ ərazisinə “Azərbaycanın hərbi təcavüzünü” pisləyən və “Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən dərhal çıxarılmasını” tələb edən qətnamə qəbul etdi. Fransa Senatının Ukraynanı Krım və Donbasa “hərbi işğala” görə pisləyən və Ukrayna qoşunlarının Rusiyanın suveren ərazisindən “dərhal çıxarılmasına” çağıran qətnamə qəbul etməsini təsəvvür etmək mümkündürmü? Müəllif bu suala mənfi cavab verir.
2024-cü ilin oktyabrında Avropa Parlamenti Azərbaycanın “Fransanın reputasiyasına xələl gətirməyə yönəlmiş qarayaxma kampaniyasından təəssüflədiyini” bildirdi.
Azərbaycan isə Avropa Parlamentinə belə cavab verdi: Şovinist, irqçi və müstəmləkəçi düşüncəyə sahib Fransanın müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqları irredentist qruplar kimi qələmə verməsi qəbuledilməzdir. Avropalı parlamentarilər Fransanın müstəmləkəçilik siyasətinə haqq qazandıraraq, müstəmləkəçilik siyasətini Avropa siyasətinin bir hissəsi kimi qələmə verirlər”.

Qrupların nə vaxt terrorçu və ya azadlıq döyüşçüləri kimi təyin oluna biləcəyi ilə bağlı köhnə problem həm Azərbaycan-Fransa münasibətlərini, həm də Fransa və ABŞ-ın Türkiyə ilə münasibətlərində özünü açıq şəkildə göstərir. Fransa Türkiyəyə qarşı Ermənistanın yanında yer almağa meyllidir. Bu arada ABŞ və Türkiyə arasında Vaşinqtonun PKK-nın (Kürdüstan Fəhlə Partiyası) Suriya qolu olan YPG-yə (Xalq Müdafiə Birlikləri) hərbi dəstəyi ilə bağlı fikir ayrılığı var. Türkiyə, ABŞ, AB və Avstraliya PKK-nı terror qruplaşması elan edib. Fransa silahlı separatçı FLNC-yə (Korsika Milli Azadlıq Cəbhəsi) qarşı 40 il müharibə aparıb və Rusiyanın Ukraynadakı separatçılara hərbi dəstəyini pisləyib. Eyni zamanda elə həmin Fransa Dağlıq Qarabağdakı silahlı erməni separatçılarını dəstəkləyib. Bu arada PKK-nı terrorçu qrup sayan ABŞ PKK-nın uzantısı olan müttəfiqi YPG-yə hərbi dəstək verir.
Fransa Korsika və Brittanidə öz milli azlıqlarını susdurmağa çalışır. Qvadelupa, Fransız Qvianası, Martinik, Reunion, Mayotte, Sent-Bardoniya kimi Fransanın “kənar əraziləri”ndə ayrı-seçkilik və müstəmləkəçilik siyasətini davam etdirir. Azərbaycanın erməni milli azlığa qarşı dirənişini isə məqbul saymır...
Buna cavab olaraq Azərbaycan Fransanın müstəmləkəsi olan “kənar ərazilərin” dekolonizasiyasını dəstəkləmək üçün Bakı Təşəbbüs Qrupunu yaratdı.
Azərbaycan Fransa üçün 1954-1962-ci illərdə Əlcəzairdə baş vermiş müstəqillik müharibəsi ilə bağlı travmatik suallar verir. 400,000 ilə 1.5 milyon arasında kütləvi ölüm faktını ortaya qoyub...
2024-cü ilin oktyabr ayında Beynəlxalq Frankofoniya Təşkilatının (OIF) 19-cu Sammiti ilə eyni həftə ərzində Azərbaycanın paytaxtı Bakıda Afrikaya həsr olunmuş “anti-müstəmləkəçilik” konfransı keçirildi. Frankofoniya Parlament Assambleyası Azərbaycanın Dağlıq Qarabağla bağlı siyasətini pisləyən və Ermənistanın müstəqilliyi və suverenliyinə dəstək ifadə edən “Frankofoniya məkanında böhranlı vəziyyətlər, onların aradan qaldırılması və sülhün möhkəmləndirilməsi haqqında qətnamə” qəbul etdi. Azərbaycan Xarici İşlər Nazirliyi təcili olaraq bu qətnaməni qınadı və “Fransız hökumətinin Fransanın hökmranlığı altında olan Kənar Ərazilərdə törətdiyi cinayətlərə diqqət yetirməyi` tövsiyə etdi...
Öz adımdan onu da xatırladım ki, rəsmi statistikaya görə Qərbdə 260-a yaxın separatçı hərəkat var. Kollektiv Qərb öz ərazisində mövcud olan separatizmin bütün növlərinə qarşı çıxır. Türkiyə və Azərbaycan kimi ölkələrdə isə separatizmə açıq və gizli şəkildə var gücü ilə dəstək verir. Gördüyünüz kimi, ikili standartların mövcudluğu artıq Qərb mediasında da etiraf olunur...
//az.eureporter.co/world/russia/2025/06/06/double-standards-and-colonialism-why-the-global-south-does-not-support-the-west-or-russia/
Elbəyi Həsənli
Sürix

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyun 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri