Icma.az
close
up
RU
İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır Şahlar Əsgərov

İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır Şahlar Əsgərov

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə qeyd edib ki, sertifikasiyanın başladığı 2022-ci ildən bu yana bu proses çərçivəsində 8 minə yaxın müəlliminin fəaliyyətinə xitam verilib.

Mövzu ilə bağlı öz fikirlərini Redaktor.az-la bölüşən Milli Məclisin Elm və təhsil komissiyasının keçmiş sədri, təhsil eksperti, professor Şahlar Əsgərov bildirdi ki, bu nəticə təhsil üçün çox bəd xəbərdir:

"Müəllimləri zaman-zaman dünyanın hər yerində imtahan edirlər. Ancaq bu, xoş niyyətlə edilir. Məqsəd müəllimlərin bilik səviyyəsini ölçməkdir. Əgər səviyyə tələb olunan həddən aşağı olarsa, həmin müəllimlər təkmilləşdirmə kurslarına göndərilir. Təkmilləşdirməni uğurla başa vurduqdan sonra müəllim yenidən məktəbə qayıdır. Bu sadə addımın arxasında dərin bir fəlsəfə dayanır. Belə ki, vətəndaşına dəyərli resurs kimi yanaşan dövlətlər anlayırlar ki, şagirdləri dəyər yaradan vətəndaşlara çevirə biləcək əsas şəxs müəllimdir. Bu səbəbdən müəllimləri daha dərindən öyrədir, onları imtahan edirlər ki, mümkün qüsurlar aradan qaldırılsın. Qısaca bu qədər. Anlamayanlara Sinqapur təcrübəsini dərindən öyrənməyi tövsiyə edirəm".

Professor xüsusi vurğuladı ki, müəllimi imtahan etməyin məqsədi onu işdən çıxarmaq deyil.

"Məqsəd onu daha da təkmilləşdirmək, uşaqları daha yaxşı öyrətmək qabiliyyətini artırmaqdır. İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır. Buna isə “sui-qəsd nəzəriyyəsi” deyilir", - Şahlar Əsgərov bildirdi.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see268

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see261

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see250

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see189

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see142

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see138

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see132

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see129

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see126

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see126

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see125

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri