Icma.az
close
up
RU
İmtahandan kəsilən uşaqlarla necə davranmalı? Psixoloqdan tövsiyə

İmtahandan kəsilən uşaqlarla necə davranmalı? Psixoloqdan tövsiyə

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Əfsuslar olsun ki, bəzi valideynlər universitetə qəbul imtahanından kəsilən övladlarına təzyiq göstərirlər. Bu isə sonda həmin uşaqların hətta intihara cəhd etmələrinə belə səbəb olur”.

Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, valideynlər ilk növbədə övladlarını olduqları kimi qəbul etməlidirlər:

“Hər hansısa bir uğuruna görə uşağı sevmək lazım deyil. Valideyn uşağını sadəcə öz övladı olduğu üçün sevməlidir. Uşaqları nə olursa, olsun universitetə girməyə fokuslamaq düzgün deyil.

Belə təsirlərə məruz qalan uşaqlar tələbə adını qazana bilməyəndə özlərini dəyərsiz hiss etməyə başlayırlar. Çünki valideynlər uşaqlardan mütləq şəkildə universitetə qəbul olmağı tələb edirlər.

Üstəlik, əksər valideyn bunu qohum-qonşu yanında hörmətli olmaq üçün istəyir. Nəticədə belə təzyiqlərə imtahana hazırlaşan uşaqlar həyəcanlı olurlar”

Ekspert qeyd edib ki, valideynlər övladlarının potensiallarını düzgün qiymətləndirmirlər:

“Bəzi uşaqların potensialı onların valideynlərinin xəyalları ilə üst-üstə düşməyə bilər. Bəlkə də qəbul imtahanından kəsilən uşaqlardan kimlərsə gələcəkdə çox yaxşı maşın ustası və ya bərbər ola bilər. Təəssüflər olsun ki, bir çox valideyn bunu qəbul etmir. Bir növ ata-analar uşaqlarının gələcəkləri ilə bəzi problemlərin bünövrəsini qoyurlar.

Hətta bəzi valideynlər imahandan kəsilən övladlarını çox sərt davranırlar. Hərçənd ki, universitetə qəbul olmayan uşağa daha çox mənəvi dəstək olmaq lazımdır. Valideynlər bu vəziyyətdə uşaqlarının yanında olmalı və çəkdikləri əziyyəti qiymətləndirməlidirlər. Uşağın illər boyunca çəkdiyi əziyyəti yerə vurmaq düzgün deyil”.

Onun sözlərinə görə, imtahandan keçə bilmədiyi üçün evdə təzyiqə məruz qalan uşaqlar intihara əl ata bilirlər:

“Çünki uşaqlar düşünürlər ki, universitetə qəbul olmadırlarsa, həyatları artıq mənasız olacaq. Buna görə də universitetə qəbul olmayan uşaqları qucaqlamaq, onlara əziyyətlərinə görə təşəkkür etmək lazımdır. Həmçinin, bir imtahandan kəsilmək dünyasın sonu deyil.

Çox çalışaraq 1 il sonra yenidən imtahan verərək uğurlu ola bilər. Uşaqları sadəcə bir imtahana fokuslamaq, onların bədbəxtçiliyinə gətirib çıxarır”.

İlhamə Mustafayeva gənclərə də tövsiyə verib:

“İmtahandan kəsilən gənclər alternativlər üzərində düşünə bilirlər. Çünki insanın beyni bir şeyə fokuslandıqda, başqa nə isə görmür. Onlar imtahandan kəsildikləri üçün özlərini “heç kim” və “bacarıqsız” olaraq görürlər. Nəticədə isə intihara əl atırlar.

Lakin bu, tamamilə qəbulolunmazdır. Unutmasınlar ki, qarşıdakı il daha yüksək bal toplaya bilərlər. Bəlkə də növbəti il ixtisaslarını və qruplarını dəyişmələri mümkündür.

Həmçinin, aradakı 1 il müddətində başqa nələrsə etmək olar. Ümumiyyətlə, alternativ düşünəndə intihara meyil azalır. İntihar beynin bloklanması nəticəsində baş verir. Lakin daha çox alternativ düşünmək bu bloku aradan qaldırar.

Bundan başqa, abituryentlərin ən böyük səhvi tələbə adını qazananları uğurlu, özlərini isə uğursuz və onlardan aşağı görmələridir. Bu və ya başqa şəkildə özlərini kimsəylə müqayisə etməsinlər”.

Elmir
“Cebheinfo.az”

Açar sözlər: İmtahan abituriyent tələbə psixoloq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Avqust 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri