Icma.az
close
up
RU
Yeniyetmələrlə necə davranmalı? Psixoloqdan valideynlərə tövsiyələr

Yeniyetmələrlə necə davranmalı? Psixoloqdan valideynlərə tövsiyələr

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeniyetməlik dövrü valideynlər üçün ən narahat dövrlərdən biridir. Bəzi yeniyetmələrin valideynləri uşaqlarının aqressiv, kobud, bədbin, yalançı olmasından şikayətlənirlər.

Uşağın yeniyetməlik dövrü ailənin ona yanaşma tərzindən çox asılıdır, bu mənada valideynlərin maariflənməsi vacib və aktual məsələdir. Yeniyetməlik dövründə yaranmış bir sıra psixi problemlər, o cümlədən özünəinamsızlıq, özünəqapanma halları, sosial fobia gələcək illərdə geri dönüşü olmayan böyük psixoloji travmalara aparıb çıxarır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova məlumat verib. Onun dediyinə görə, yeniyetməlik dövrü bioloji, fizioloji və psixoloji inkişafın ən aktual dövrüdür və müxtəlif yaşlara təsadüf edə bilər: “Başlanğıc yaş həddi 9-12, sonrakı dövr 13-15 yaş müəyyən edilib. Əvvəlki dövrlərə nisbətən yeniyetmə ətraf mühitə yönəlmiş olur və yaşıdları ilə ünsiyyətə üstünlük verir. Bu, öz "mən"ini sübut etmək tələbatını ortaya çıxarır. Onun eqoları yüksəlir və yaşıdlarıyla özünü müqayisə edərək diqqət çəkməyə və seçilməyə çalışır. Həmin yaşda uşaqlar yaşlılar tərəfindən bəyənilməkdən çox, həmyaşıdları arasında nüfuz qazanmağa üstünlük verirlər. Onun enerjisinin həddi-hüdudu olmur, lakin həmin enerjinin sosial fəallığa ötürülməsi, gələcək perspektivlərə xərclənməsi daha məqsədəuyğun olar.

Həmin dövrdə psixoloji baxımdan bir sıra yeni maraqlar formalaşır. Böyümək, yetkin və sərbəst olmaq, bacarıq və etibar qazanmaq şəxsiyyətin formalaşması üçün əsas psixoloji amillərdir. Bəyənilmək, təqdir edilmək, sosial fəallıq gələcəkdə yeniyetmənin şəxsiyyət və mənlik anlayışlarının təşəkkülündə müəyyən rol oynayır, öz maraqlarını həmyaşıdları arasında təmin etmək istəyən yeniyetmə bəzən yanlış mühitə düşür. Həmin prosesdə ana-balanın rolunu unutmaq olmaz. Yeniyetməni duyğu və davranışları enişli-yoxuşludur, çox vaxt onun nə vaxt nə edəcəyi bəlli olmur. Bəzən böyüklər tərəfindən anlaşılmazlıq və təzyiqlər, özünəinamsızlıq və özünəqapanma halları yeniyetmələri intihara məruz qoyur. Zərərli maddələrə aludəçilik və zəruri vərdişlər qazanmaq əsasən həmin dövrə təsadüf edir. Belə hallar xoşagəlməz nəticəyə və ya ağır patoloji problemlərə aparıb çıxara bilər. Ailədə hər iki valideynin və ya birinin öz vəzifəsini yerinə yetirməməsi yeniyetmənin xarakter xüsusiyyətlərinin korlanmasına və onun mənfi istiqamətlərə yönəlməsinə səbəb olur”.

Psixoloq daha sonra deyib: “Ailə genoqramından qızların həssas və mənəvi cəhətdən zəngin şəxsiyyət kimi formalaşmasında atanın mühüm rolu var. Eyni zamanda oğlanlar da şəxsiyyət özəllikləri baxımından anaya ehtiyac duyur və bu mənada ailə bir tamlıq və bütövlük təşkil edir. Ailədə yeniyetmə gəncə səbirlə yanaşılmalı, övladla valideyn arasında ortaq nöqtələr tapılmalıdır.

Yeniyetməlik dövrü öz həssaslığı və çılğınlığı ilə seçilir. Ona görə də həmin dövrdə övladı çox danlamaq, hər xırda məsələyə görə onu qıcıqlandırmaq olmaz. Həmçinin yeniyetmənin şəxsiyyətinə istiqamətlənən təhqir və onu idarə etməyə çalışmaq valideynlərin ən böyük səhvidir. Ona uzun-uzadı öyüd-nəsihət verməkdənsə sadəcə məlumatlandırmaq lazımdır. Bununla yanaşı qətiyyən laqeydlik göstərmək olmaz. Onların gələcəyi necə tərbiyə etdilməkdən çox asılıdır. İlk növbədə valideyn onun böyüdüyünü dərk etməli, uşağa qarşı əvvəlki münasibət və davranışı dəyişməlidir. Təbii ki, ən böyük iş ata və ananın həmin dövr üçün yaranmış bəzi problemlərin həllinə sevgi və duyğu ilə, ünsiyyət və səbirlə yanaşılmalıdır. Yeniyetmələri dinləmək, onları anlamağa çalışmaq, özlərini tanımaları üçün fürsət vermək lazımdır”.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri